Bizə yazın

Baku

-°C

USD

-

Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi

Cəmiyyət 23 Dekabr 2024, 20:34

218

Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi

Veysəloğlu Şirkətlər Qrupu 30 illik yubileyi ilə bağlı silsilə festival tədbirlərinin sonuncusunu, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını paytaxtın tanınmış idman-konsert kompleksi olan “Baku Crystal Hall”da qeyd etdi. Tədbir şirkət əməkdaşları, onların ailə üzvləri, dəvət edilmiş qonaqlar və media nümayəndələri ilə birgə baş tutub. Dekabrın 22-si saat 12:00-da başlayan və gecə saatlarına qədər davam edən təntənəli yubiley mərasimi öz möhtəşəmliyi ilə yadda qalıb.

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun 30 il ərzində keçdiyi inkişaf yolu və bu istiqamətdə dövlətin yaratdığı münbit şəraitdən bəhs edilib. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin iqtisadiyyat və biznes subyektlərinin ictimai məsuliyyəti ilə bağlı səsləndirdikləri dəyərli fikirlərə xüsusi diqqət çəkilib. Qeyd olunub ki, Veysəloğlunun böyük bir biznes subyektinə çevrilməsində dövlət-özəl sektor tərəfdaşlığının xüsusi rolu var.

Aparıcılar, Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun “V-FEST 2024” adlı tədbirdə iştirak etdiyini bildirərək sözü çıxış üçün ona veriblər. Şirkət rəhbəri qonaqları salamladıqdan sonra rəhbəri olduğu kollektivə səmimi təbriklərini çatdırıb və 30 illik uğur tarixçəsindən danışıb. Çıxışında xüsusi vurğulayıb ki, şirkətin inkişafını təmin edən əsas amillər dövlətin yaratdığı lazımi şərait və dövrün tələbləri ilə ayaqlaşmağı bacaran kollektiv üzvləridir. Buna görə də, Aydın Talıbov ölkə rəhbərliyinə və şirkətin inkişafına töhfə verən hər kəsə minnətdarlığını bildirib.

Aydın Talıbov çıxışında “Veysəloğlu”nun Azərbaycan üçün əhəmiyyətini də qeyd edib. Bildirib ki, ölkə rəhbərliyinin sahibkarlığa göstərdiyi diqqət və qayğı bu Şirkətlər Qrupunu da əhatə edib. Onun sözlərinə görə, bu özəl qurumun uğurlu fəaliyyəti və ölkənin sosial-iqtisadi həyatına verdiyi töhfələr dövlətin sahibkarlığa verdiyi yüksək qiymətin bariz nümunəsidir.

Qeyd edək ki, tədbirdə ailə üzvləri ilə iştirak edən qonaqlar müxtəlif çeşidli yeməklərdən dadaraq, respublikanın tanınmış estrada ulduzlarının və rəqs ansambllarının təşkil etdiyi yaddaqalan konsert proqramını izləyiblər.

Tədbirin sonunda Veysəloğlunun əməkdaşı olan iştirakçılar (rəhbər heyətdə çalışanlar istisna olmaqla) minik avtomobili və digər qiymətli hədiyyələr üzrə keçirilən lotereyada bəxtlərini sınayıblar. Bununla da, Veysəloğlu qaliblərə həmişəlik yadda qalacaq uduş sevinci bəxş edib. Daha sonra Aydın Talıbov xüsusi tortu kəsərək tədbirdə iştirak edən hər kəsə minnətdarlığını ifadə edib.

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?

Universiteti bitirsə də,diplomunu ala bilmir.Bu şikayətlə Citypost.az saytına müraciət edən  şikayətçi  Əliyev Ağa Çingiz oğlu  özü məlumat verib.Onun sözlərinə görə, 2023-cü tədris ilində  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsinin bakalavr pilləsini  bitirsə də, bu günə qədər ona məlum olmayan səbəblərdən ali təhsil haqqında diplomunu ala bilmir.“Mən Universitetə Dərbənd filialından köçürmə yolu ilə gəlmişəm.Bütün imtahanları,hətta Dövlət İmtahanını da vermişəm.Heç bir problemim olmadığı halda diplomu ala bilmirəm”,-deyə  keçmiş tələbə bildirib.Sayt məsələ ilə bağlı Universitetlə əlaqə saxlayıb. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib.“Həmin məzun Dərbənd filialından UNEC-ə köçürülüb. Dərbənd filialının məzunlarına, eləcə də filialdan UNEC-ə...

12 Mart 2025, 14:19

Sabah duman olacaq, temperatur 25 dərəcəyə yüksələcək  

Martın 13-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə 

12 Mart 2025, 13:00

Prezident sərəncam imzaladı  

Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

12 Mart 2025, 12:59

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb  

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb.

12 Mart 2025, 12:30

Dövlət Komitəsi: Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır  

Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.

12 Mart 2025, 12:14

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

12 Mart 2025, 12:00