"Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi sadələşdirir"-FT
Dünya 07 Aprel 2025, 13:00

566
Böyük Britaniya hakimiyyəti Baş nazir Keir Starmerin xərcləri azaltmaq səyləri çərçivəsində 300 agentliyi bağlamağı və ya birləşdirməyi planlaşdırır.
Citypost.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazır.
Böyük Britaniyanın Hökumət İşləri Naziri Pat MakFadden hökumət idarələrinə məktub yazıb, hər bir agentliyin işinə haqq qazandırmağı xahiş edib.
Bundan əlavə, hakimiyyət Britaniya hökumət işçilərinin minlərlə kredit kartını ləğv etməyi planlaşdırır.
Bundan əvvəl “Financial Times” yazıb ki, Britaniya hökuməti büdcə kəsiri səbəbindən xərcləri azaltmaq zərurəti ilə əlaqədar yeni qırıcının hazırlanmasından imtina etməyi düşünür.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"ABŞ İrana qarşı hərbi güc tətbiq edəcək"-Tramp
ABŞ prezidenti Donald Tramp yenidən İranı hədələyib.Citypost.az bu barədə "Reuters"ə istinadən xəbər verir.O, İrana qarşı hərbi güc tətbiq edəcəyi ilə hədələyib. Onun sözlərinə görə, İran nüvə proqramına son qoymağa razı olmasa, bu baş verəcək. Tramp əlavə edib ki, İsrail əsas rol oynayacaq.Yeganə
10 Aprel 2025, 12:14

Makron: Fransa Fələstin dövlətini tanıyacaq
Fransa prezidenti Emmanuel Makron deyib ki, iyun ayında Fransa və Səudiyyə Ərəbistanının birgə ev sahibliyi etdiyi BMT konfransında bir neçə ölkənin Fələstin dövlətini tanımaq üçün birgə hərəkəti yekunlaşdıra bilər.Citypost.az xəbər verir ki, bu barədə "Le Monde"qəzeti yazır."Biz tanınmağa doğru getməliyik və bunu yaxın aylarda edəcəyik. Mən bunu edəcəm, çünki bunun doğru olacağına inanıram",- deyə o, əlavə edib.Yeganə
10 Aprel 2025, 12:00

Ərdoğan və Trampın görüşünün tarixi və yeri müzakirə olunur
Türkiyə və ABŞ prezidentlərinin görüşünün tarixi və yeri müzakirə olunur.Citypost.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib.O, bu görüşün ən qısa zamanda baş tuta biləcəyini də qeyd edib.
09 Aprel 2025, 22:37

Ermənistan və İran birgə hərbi təlim keçirəcək
Ermənistan və İran birgə hərbi təlim keçirəcək.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.Məlumata görə, 9-10 aprel tarixlərində Ermənistan Respublikası silahlı qüvvələri və İran İslam Respublikası silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri birgə təlimlər keçirəcək.
09 Aprel 2025, 18:42

400 ildən sonra üzə çıxdı: Şekspirin gizli soneti tapıldı
Oksford Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsindən Dr. Lea Veronese Şekspirin 116-cı sonetinin nadir əlyazma nüsxəsini tapıb. Citypost.az xəbər verir ki, əlyazma 17-ci əsrə aid poeziya kolleksiyası içərisində kralçı və Ashmolean Muzeyinin yaradıcısı Elias Ashmole-un şəxsi arxivində tapılıb.Bu kəşf diqqətəlayiqdir, çünki bu, indiyə qədər müəyyən edilmiş yalnız ikinci əlyazma nüsxəsidir.Şeir Şekspirin ən tanınmış əsərlərindən biri olsa da, öz dövründə ona az diqqət yetirildiyi güman edilir. Poeziya siyasi məqsədlər üçün yenidən tərtib edilmişdir. Aşkar edilmiş bu versiyanın ən diqqət çəkən cəhəti odur ki, əsər İngiltərə vətəndaş müharibəsi zamanı siyasi məqsədlər üçün yenidən uyğunlaşdırılıb.Sonet Milad ilahiləri və o zaman qadağan edilmiş siyasi satiralarla...
09 Aprel 2025, 18:00

Yunanıstanda fəhlələr və məmurlar 24 saatlıq tətilə başlayıblar
Yunanıstanda fəhlələr və dövlət qulluqçuları hökumətdən yaşayış bahalığına qarşı tədbir görməyi tələb edərək 24 saatlıq tətilə başlayıblar.Citypost.az xəbər verir ki, Həmkarlar İttifaqları Konfederasiyası (GSEE) və Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə fəhlələr və dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar. Tətilə Yunanıstan Kommunist Partiyasına (KKE) bağlı olan PAME işçilərinin həmkarlar ittifaqı da dəstək verib.Tətil səbəbindən bir çox şəhərlərdə, xüsusən də paytaxt Afinada ictimai nəqliyyatın hərəkəti dayandırılıb.Həmçinin dəmir yolu və dəniz nəqliyyatı tamamilə dayanıb. Qatarların hərəkəti ləğv edilib. Gəmilər limanlarda yan-yana qalıblar. Hava limanlarında uçuşlar təxirə salınıb.Tətil çərçivəsində paytaxt Afinada nümayiş keçirilib. Afinada toplaşan minlərlə fəhlə və məmur parlament binası qarşısında...
09 Aprel 2025, 17:44