Aprelin 20-də buraxılış imtahanı keçiriləcək
Cəmiyyət 10 Aprel 2025, 11:30

715
Aprelin 20-də ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bu barədə Citypost.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Qeyd olunub ki, imtahan Bakı şəhəri Xəzər (I zona), Sabunçu (I zona), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I zona), Gəncə (II zona), Mingəçevir, Lənkəran (II zona) şəhərlərində, Abşeron (I zona), Daşkəsən, Şəmkir (I zona), Gədəbəy, Qəbələ, Oğuz, Cəlilabad (I zona), Masallı (I zona), Beyləqan, Füzuli, Zəngilan, Cəbrayıl, Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I zona), Quba (I zona) rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün nəzərdə tutulub.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər bu linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini bu linkdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Güclü qarla əlaqədar Quba-Xınalıq yolu bağlanıb
Quba-Xınalıq yolu bağlanıb.
18 Aprel 2025, 12:30

Hikmət Mirzəyevə ağır itki
Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mirzəyevə ağır itki üz verib.
18 Aprel 2025, 12:19

Kürdə suyun səviyyəsi artıb
Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.Bu barədə
18 Aprel 2025, 12:00

Milli Etalon Vaxtı yaradılır
Azərbaycanda Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə start verilib.
18 Aprel 2025, 11:00

Nazirlik 255 minə avtomobil alır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xüsusi təyinatlı tibbi avtomobil sifariş edəcək.
18 Aprel 2025, 10:47

ASA: Qeyri-sabit hava ilə bağlı sığorta hadisələrinin sayı 800-ə çatıb
15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq intensiv yağışlar nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib.Bu barədə
18 Aprel 2025, 10:30