Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi
Cəmiyyət 10 Aprel 2025, 11:49

644
Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.
Citypost.az Report-a istinadla xəbər verir ki, təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Xatırladaq ki, Milli Məclisin aprelin 11-ə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edlməsi ilə bağlı məsələ daxil edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Güclü qarla əlaqədar Quba-Xınalıq yolu bağlanıb
Quba-Xınalıq yolu bağlanıb.
18 Aprel 2025, 12:30

Hikmət Mirzəyevə ağır itki
Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mirzəyevə ağır itki üz verib.
18 Aprel 2025, 12:19

Kürdə suyun səviyyəsi artıb
Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.Bu barədə
18 Aprel 2025, 12:00

Milli Etalon Vaxtı yaradılır
Azərbaycanda Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə start verilib.
18 Aprel 2025, 11:00

Nazirlik 255 minə avtomobil alır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xüsusi təyinatlı tibbi avtomobil sifariş edəcək.
18 Aprel 2025, 10:47

ASA: Qeyri-sabit hava ilə bağlı sığorta hadisələrinin sayı 800-ə çatıb
15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq intensiv yağışlar nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib.Bu barədə
18 Aprel 2025, 10:30