Marsa uçuş bu tarixdə mümkün olacaq
Dünya 13 Aprel 2025, 17:59

793
İnsanlıq artıq növbəti 10 il ərzində Marsın səthinə qədəm qoya bilər.
Citypost.az-ın məlumatına görə, bu barədə TASS-a müsahibəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) keçmiş direktor köməkçisi Çarlz Vinsent bildirib.
Onun sözlərinə görə, texniki baxımdan belə bir missiyanın həyata keçirilməsi üçün imkanlar artıq mövcuddur, lakin ABŞ üçün əsas maneə maliyyələşdirmə çatışmazlığı olaraq qalır.
“Bir çox aspektlərdə lazımi texnologiyalar artıq hazırlanıb. Bizə sadəcə bu iddialı layihəni ödəmək üçün bir yol tapmaq lazımdır”, – deyə Vinsent vurğulayıb.
Ekspert xatırladıb ki, əvvəllər NASA-da insanın artıq 2018-ci ilə qədər Marsa göndərilməsi imkanı nəzərdən keçirilirdi, lakin bu planlara layihənin yüksək dəyəri mane olub. Buna baxmayaraq, Vinsentin fikrincə, lazımi maliyyələşdirmə və siyasi iradə olduqda Qırmızı planetə pilotlu uçuş yaxın onillikdə tamamilə reallığa çevrilə bilər. /Oxu.Az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İranda matəm elan olundu
Aprelin 28-i İranda Milli Matəm Günü elan olunub.Bununla bağlı “Tasnim” agentliyi məlumat yayıb.Bildirilib ki, İranda Milli Matəm Günü elan olunmasına səbəb Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışda həlak olanların xatirəsini anmaqdır.Qeyd edək ki, ötən gün Şəhid Rəcai limanında partlayış baş verib. Nəticədə 36 nəfər həlak olub, 1241 nəfər isə yaralanıb.
27 Aprel 2025, 21:22

İranda Milli Matəm Günü elan edilib
İranda 28 aprel Milli Matəm Günü elan edilib.
27 Aprel 2025, 18:00

Pezeşkian Hindistan və Pakistanın baş nazirləri ilə danışdı
İran Prezidenti Məsud Pezeşkian Hindistan və Pakistanın baş nazirləri Narendra Modi və Şahbaz Şərif ilə danışıqlar aparıb.
27 Aprel 2025, 11:30

Barselonada maraqlı TAPINTI
İspan arxeoloqları Barselonanın keçmiş balıq bazarı ərazisində aparılan qazıntılar zamanı XV-XVI əsrlərə aid böyük orta əsr gəmisinin qalıqlarını tapıblar.
27 Aprel 2025, 10:44

Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq
ABŞ və İran arasında danışıqların dördüncü raundunun yerini İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli prosesində vasitəçilik edən Oman hakimiyyəti elan edəcək.
27 Aprel 2025, 10:22

Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır
Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər.Bu barədə “Reuters” agentliyi məlumat yayıb.Agentliyin məlumatına görə, Hindistan atəşin Pakistan tərəfindən atıcı silahlardan açıldığını iddia edir. Bildirilib ki, Hindistan hərbçiləri arasında xəsarət alanlar yoxdur.İslamabad isə öz növbəsində bu məlumatlarla bağlı hələ ki şərh vermir.
26 Aprel 2025, 11:48