FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 27 Aprel 2025, 12:00

217
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit və fasilələrlə yağıntılı keçəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
CityPost.az-ın xəbərinı görə, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bununla yanaşı, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır:
"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
27 Aprel 2025, 20:01

Bakıda yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.Xidmətdən
27 Aprel 2025, 18:18

Sabah Bakıda arabir yağış yağacaq, bəzi rayonlarda leysan olacaq
Aprelin 28-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə
27 Aprel 2025, 13:23

200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Azərbaycanda 2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən formalaşan keçid balları məlum olub.
27 Aprel 2025, 11:17

Bağçalardakı boş yerlərin sayı açıqlandı
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbəqədər təhsil müəssisəsi üzrə hazırda bir neçə yaş qrupu üçün 230 boş yer mövcuddur.
27 Aprel 2025, 11:00

Dumanlı hava şəraiti ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq yollarda görünüş məsafəsi məhdudlaşacaq.Bu barədə
27 Aprel 2025, 10:00