Oman ABŞ-İran danışıqlarının dördüncü raundu üçün yeri açıqlayacaq
Dünya 27 Aprel 2025, 10:22

287
ABŞ və İran arasında danışıqların dördüncü raundunun yerini İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli prosesində vasitəçilik edən Oman hakimiyyəti elan edəcək.
CityPost.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət televiziyasına açıqlamasında deyib.
"Növbəti raund çox güman ki, şənbə günü baş tutacaq. Oman hökuməti bütün təfərrüatlarla məşğuldur. Onlar bütün məlumatları, o cümlədən danışıqların yerini hər iki tərəfə çatdıracaqlar", - XİN rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında dialoqun üçüncü raundu şənbə günü Maskatda başa çatıb. Yüksək səviyyəli siyasi danışıqlara paralel olaraq Omanın paytaxtında respublikanın nüvə proqramı üzrə potensial sazişin detallarını müzakirə edən ekspertlərlə texniki məsləhətləşmələr aparılıb.(report)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İranda matəm elan olundu
Aprelin 28-i İranda Milli Matəm Günü elan olunub.Bununla bağlı “Tasnim” agentliyi məlumat yayıb.Bildirilib ki, İranda Milli Matəm Günü elan olunmasına səbəb Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışda həlak olanların xatirəsini anmaqdır.Qeyd edək ki, ötən gün Şəhid Rəcai limanında partlayış baş verib. Nəticədə 36 nəfər həlak olub, 1241 nəfər isə yaralanıb.
27 Aprel 2025, 21:22

İranda Milli Matəm Günü elan edilib
İranda 28 aprel Milli Matəm Günü elan edilib.
27 Aprel 2025, 18:00

Pezeşkian Hindistan və Pakistanın baş nazirləri ilə danışdı
İran Prezidenti Məsud Pezeşkian Hindistan və Pakistanın baş nazirləri Narendra Modi və Şahbaz Şərif ilə danışıqlar aparıb.
27 Aprel 2025, 11:30

Barselonada maraqlı TAPINTI
İspan arxeoloqları Barselonanın keçmiş balıq bazarı ərazisində aparılan qazıntılar zamanı XV-XVI əsrlərə aid böyük orta əsr gəmisinin qalıqlarını tapıblar.
27 Aprel 2025, 10:44

Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır
Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər.Bu barədə “Reuters” agentliyi məlumat yayıb.Agentliyin məlumatına görə, Hindistan atəşin Pakistan tərəfindən atıcı silahlardan açıldığını iddia edir. Bildirilib ki, Hindistan hərbçiləri arasında xəsarət alanlar yoxdur.İslamabad isə öz növbəsində bu məlumatlarla bağlı hələ ki şərh vermir.
26 Aprel 2025, 11:48

Tramp Si Cinpinlə telefonla danışdı
Çin prezidenti Si Cinpin Ağ Evin ticarət tariflərini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampa zəng edib.
25 Aprel 2025, 19:34