Bizə yazın

Baku

-°C

USD

-

İndoneziyada torpaq sürüşməsi: 10 ölü

Hadisə 04 Aprel 2025, 17:11

538

İndoneziyanın Yava adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində uçurumun kənarındakı yola torpaq parçası düşməsi nəticəsində 10 nəfər həyatını itirib.

Citypost.az xəbər verir ki, yerli polis rəsmisi Andi Yudha Pranata məsələ ilə bağlı açıqlama verib.

Həddindən artıq yağış səbəbiylə Java adasında daşqın və torpaq sürüşməsinin meydana gəldiyini bildirən Pranata, yamac yolu ilə hərəkət edən avtomobillərin üzərinə bir torpaq parçasının düşdüyünü bildirib.

Pranata qeyd edib ki, üçü uşaq olmaqla ümumilikdə 10 nəfərin cəsədi yerdən çıxarılıb.

İndoneziyada oktyabrdan aprel ayına qədər davam edən mövsümi yağışlar tez-tez daşqın və sürüşmələrə səbəb ola bilər.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN: Dünən kiber üsullarla vətəndaşların 87 min manatı talanıb

Aprelin 8-də müxtəlif kiber üsullarla vətəndaşların 87 067 manatı talanıb.Bu abrədə Citypost.az-a DİN-dən məlumat verilib.Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir: "Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli...

09 Aprel 2025, 10:00

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

09 Aprel 2025, 09:18

Bir gündə kartlardan 67 min manat oğurlandı 

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarının talanması halları davam edir.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb:“Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi...

08 Aprel 2025, 12:27

Qaçaqmalçılara rüşvət müqabilində kömək etməkdə təqsirləndirilən gömrükçülər həbs edilib 

Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və onlardan rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər ifşa edilib.Citypost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib. Məlumata görə, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.İstintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi...

08 Aprel 2025, 12:00

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub  

Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb."Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.

07 Aprel 2025, 11:57

Gəncədə ana və iki övladı qidadan zəhərləndi

Gəncədə ana və iki övladı qidadan zəhərlənib.Citypost.az xəbər verir ki, şəhər sakinləri, 1981-ci il təvəllüdlü L.Nəcəfova və onun övladları, 2010-cu il təvəllüdlü K.Nəcəfov, 2005-ci il təvəllüdlü R.Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

06 Aprel 2025, 11:16