Bizə yazın

Baku

-°C

USD

-

Ucarda azyaşlı uşaq ruhi xəstə ilə bir evdə saxlanılır? - ŞİKAYƏT + VİDEO

Hadisə 02 Oktyabr 2024, 14:47

10146

Övladını görə bilməyən ata media vasitəsi ilə kömək istəyib.

Bakı şəhər sakini İsmayılov Eyvaz  həyat yoldaşından boşandıqdan sonra  övladı ilə görüşə bilmədiyini və övladının hazırda təhlükədə olması barədə mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib.

CityPost.az  saytına danışan Eyvaz İsmayılov bildirib ki, həyat yoldaşı Səfurə Qasımova ilə rəsmən boşandıqdan sonra azyaşlı övladı ilə vaxtında  görüşə bilmir.

“Övladım Elçin İsmayılov 6 yaşındadır. Özü də qüsurlu uşaqdır. Bu günün özündə danışa bilmir. Yoldaşımla boşandıqdan sonra məhkəmə həftədə 5 saat görüş təyin edib. Uşaq Ucar rayonu,Qarabörk kəndində anası ilə birlikdə yaşayır.  Mən isə  Bakı şəhəri,Yasamal rayonunda  yaşayıram. Bu səbəbdən də mənim uşağımla normal şəkildə  görüşməyim  süni  əngəllərlə  məhdudlaşdırılır. Bununla bağlı  Yasamal Rayon İcra Hakimiyyəti  Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasınına müraciət etmişəm.  Onların   saxta   faktlara   əsaslanan  qərarına  etiraz  etdiyimi  və  daha yüksək qurumlara  onlardan şikayət etdiyim üçün təyziqlərə məruz qalmışam. Komissiyanın  sədri  Təravət  Muradova  və  oranın  əməkdaşı  Elçin Əhmədov şikayət etdiyim  üçün  məni  ölümlə  hədələyirlər. Bu qanunsuz əməllərlə bağlı Yasamal  Rayon Prokurorluğuna şikayət  də  etmişəm”,- deyə  şikayətçi  bildirib.

 

 

 

Eyvaz İsmayılov  bildirib ki, 6 yaşlı  övladının  həyatı  hər  an təhlükədədir. 

O,hazırda ruhi xəstə olan  dayısı  Qasımov  Abbas Füzuli  oğlu ilə Ucar rayonunun Qarabörk kəndində bir evdə yaşayır. Azyaşlı övladının ruhi əsəb xəstəsi ilə bir evdə yaşaması atanı narahat edir. Bu səbəbdən də övladının yaşayış yerinin dəyişdirilməsini tələb edir.

“ Keçmiş  qaynım  Abbas  Qasımov  ruhi əsəb   xəstəsidir. Arayışa görə  O, 29 sentyabr  2007-ci il tarixdən  “Orta dərəcəli əqli gerilik” diaqnozu  ilə  Ucar Rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyata alınıb. Mütəmadi olaraq  24.04.2020-ci ildən  26.10.2021-ci il tarixə qədər xəstəxanadan pulsuz dərmanlar alıb. İstifadə etdiyi dərmanlar arasında Amitriptilin,Tezersin,Xlonozepam,Leponeks,Trftazin və Cucladol var. Bu qədər ağır  dərmanlar  hesabına  idarə olunmağa  çalışan ruhi-əsəb  xəstəsi ilə mənim azyaşlı və qüsurlu övladım necə yaşaya bilər?

 Bununla bağlı Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına faktları təqdim etsəm də hansısa maraqları hesabına bu faktları rəyə daxil etməyiblər.  Mən buradan övladımın təhlükədə olması barədə aidiyyatı qurumlara müraciət edirəm.Mövcud təhlükə barədə əvvəlcədən xəbərdarlıq edirəm”,-deyə  Eyvaz   İsmayılov  bildirib.

Eyvaz İsmayılov bildirib ki, övladının bu  gün təhlükədə olmasına  səbəb  Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Təravət Muradova,əməkdaş Elçin Əhmədov və Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Aida Qəhrəmanova və komissiya üzvü Xəyyam Səmədzadədir. Məlumat üçün qeyd edək ki, şikayət edən şəxsin övladı faktiki olaraq Ucar rayonu,Qarabörk kəndi ərazisində yaşayır. Qeydiyyat isə Yasamal rayonunda olduğu üçün yekun rəyi məhz Yasamal rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası verir.

 

 

CityPost.az məsələ ilə bağlı Yasamal  rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik  Komissiyası  ilə  əlaqə saxlayıb. Komissiyadan  şifahi verilən məlumata  görə  uşağın faktiki  yaşadığı ərazi  olan  Ucar rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən onlara rəy təqdim olunub. Həmin təqdim olunmuş rəy əsasında onlar da öz rəylərini tərtib  ediblər. 

 

 

CityPost.az məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası ilə əlaqə saxlayıb. Komissiyanın katibi Xəyyam Səmədzadə saytımıza açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı komissiya tərəfindən araşdırma aparılıb. Müxbirimizin “Azyaşlı uşağın ruhi-əsəb xəstəsi ilə bir evdə yaşaması sizi bir vəzifəli şəxs kimi narahat etmirmi”, sualına o belə cavab verib: 

-“Biz dəfələrlə həmin evdə olmuşuq.Uşağın anası Səfurə Qasımovanın bildirdiyinə görə,o uşağı ilə birlikdə bibisi qızının evində yaşayır.Biz də tərtib etdiyimiz  aktda bu məlumatı  qeyd etmişik.”,-deyə o bildirib.

 

CityPost.az  azyaşlı uşağın  harada qalması ilə bağlı müstəqil mənbələrə istinadən araşdırma aparıb.Məlum olub ki, Səfurə Qasımova azyaşlı övladı ilə həqiqətən də ata-anasının evində,ruhi-əsəb xəstəsi olan qardaşı ilə birlikdə yaşayır. Yalnız komissiya günləri olduqda müvəqqəti olaraq qohumunun evinə  köçür. Bununla bağlı saytımızın əməkdaşı video görüntülərin olduğu faktları əldə edib.Maraqlıdır ki, qeyd olunan faktlara  sədri Aidə Qəhrəmanova olan Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası hansı maraqlara əsasən göz yumub?

 

Azyaşlının ruhi-əsəb xəstəsi ilə eyni evdə yaşadığını sübut edən video...

 

 

 

CityPost.az məsələnin digər detallarını da araşdırır...

(Xəstəlik kağızı)

 

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsrailin Livanın cənubuna zərbələri nəticəsində dörd nəfər ölüb 

İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə aviazərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb.Bu barədə Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilir.Qeyd olunub ki, zərbələr İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən ölkənin cənubundakı Nəbatiyə rayonu, Ərəb-Səlim və Ruman kəndlərinə endirilib. İsrailin hücumları nəticəsində həmçinin Nəbatiyə əl-Faukadakı Qandur xəstəxanası da dağıdılıb.İMQ-dən bildirilib ki, aviazərbələr "Hizbullah"ın Livanın cənubunda ehtimal edilən dron hücumuna cavabdır.

06 Sentyabr 2026, 12:58

Bakıda qadın maşına hücum çəkdi - Polis hərəkətə keçdi 

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadın avtomobilə hücum çəkib.Citypost.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.Görüntülərdə qadının idarə etdiyi maşınla qarşısındakı avtomobili vurduğu, daha sonra yerə enərək zərbələr endirdiyi, şüşələrini sındırmağa çalışdığı əks olunub.İddialara görə, sözügedən avtomobil hadisəni törədən xanımın həyat yoldaşına aiddir.Əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanları hadisədən məlumatlıdır. Həmin şəxs artıq aidiyyəti polis şöbəsinə dəvət olunub.

05 Sentyabr 2026, 13:50

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi 

Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq hərəkətləri etmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü V.Abbasova hökm oxunub.O, Cinayət Məcəlləsinin 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.Məlum olub ki, V.Abbasov paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbə sakinidir və “Sədərək” ticarət mərkəzində satıcı kimi işləyib. O, Lökbatan qəsəbəsində olarkən avtobusdan düşən 17 yaşlı məktəbli qızı görüb və izləyib. Qızın ardınca binanın dəhlizinə daxil olan 26 yaşlı oğlan ona hücum edərək ağzını bağlayıb və seksual xarakterli zorakılıq hərəkətləri törədib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasova 5 il...

04 Sentyabr 2026, 14:22

Bakıda avtomobil ağaca çırpıldı: sərnişin öldü

Bakıda maşın ağaca çırpılıb, sərnişin ölüb.Citypost.az  xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.Belə ki, 2000-ci il təvəllüdlü Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun sağ hissəsindəki ağaca çırpılıb.Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Qasımov hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.

04 Sentyabr 2026, 09:36

Xırdalanda obyektdə yanğın baş verib 

Xırdalanda obyektdə yanğın baş verib.Fövqəladə Hallar Nazirliyindən Citypost.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

04 Sentyabr 2026, 08:46

Qusarda təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşub

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerıi bürosunun xəbərinə görə, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində qeydə alınıb. Təcili tibbi yardım avtomobili ilə yük maşını toqquşub.İlkin məlumata görə, xəsarət alan olmayıb, təcili tibbi yardım avtomobilinə ziyan dəyib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

03 Sentyabr 2026, 18:00