Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
Hadisə 20 Noyabr 2026, 15:54
340
İsmayıllı rayonunda atasını döyərək xəsarətlər yetirmiş 1990-cı il təvəllüdlü Müslüm Murtuzovun (ad və soyadlar şərtidir) məhkəməsi keçirilib.
Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Müslüm evlərinin həyətində doğma atasını döyərək 3 qabırğasını sındırıb. Belə ki, o, ailə üzvləri ilə yaşadığı evin həyətində atası üçün birotaqlı mənzil tikib və Seyran Murtuzov orada yaşayıb. Buna səbəb isə Seyranın arvadı ilə yola getməməsi, tez-tez spirtli içki qəbul edərək söz-söhbətlər yaratması olub. Hadisə günü isə Müslüm atasının həyətdəki kiçik evə başqa qadın gətirdiyini görüb. O, pəncərəni sındıraraq oraya daxil olub və qadının yanında atasını əxlaqsızlıqda günahlandıraraq döyüb. Müslümlə anası qadını da pəncərədən çıxararaq döyüblər, saçını yolaraq həyətdə sürüyüblər.
Məhkəmədə şahid qismində ifadə verən həmin qadın Seyranla dost olduğunu bildirib və hava soyuq olduğu üçün onun evinə gəldiyini deyib: “Seyranla uzun müddətdir dostluq münasibətimiz var. Mütəmadi olaraq evimizə gəlib-gedir. Həmin gün mən yaşadığım evdə spirtli içki qəbul etmişdim, buna görə bacımla mübahisəmiz oldu. Seyran da həmin vaxt bizdə iş görürdü. Bundan sonra evi tərk etmək istədim. Seyran havanın soyuq olduğunu əsas gətirərək ərim gələnə kimi çöldə qalmamağım üçün məni öz mənzilinə dəvət etdi. Anam da Seyranla getməyimə razılıq verdi. Birlikdə onun yaşadığı evə getdik. Seyran mağazaya gedib yemək-içmək aldı.
Həmçinin oxuyun
Mən Seyranın evində telefonla danışarkən o da televizora baxırdı. Bundan az sonra qapı döyüldü. Sonradan Seyranın oğlu Müslüm olduğunu öyrəndiyim şəxs pəncərəni vurub açdı və şüşə qırıldı. Mən elə o pəncərənin kənarında əyləşmişdim, həmin vaxt Müslümlə anası məni tutub pəncərədən çölə çıxardı, baş verənlərə görə həyəcan keçirdim. Bundan sonra Müslümün anası saçımı yoldu, özü isə bədənimin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmağa başladı. Onlara oraya gəlişimin əsl məqsədini başa salmaq istəsəm də, qulaq asmayaraq məni və Seyranı döyməyə davam etdilər. Müslüm atasını yerə yıxıb təpiklə zərbələr vururdu. Yalnız polislər gələndən sonra bizi döyməyi dayandıraraq buraxdılar”.
Məhkəmədə zərərçəkmiş şəxs oğlundan şikayətçi olmayıb və barışdıqlarını deyib.
İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Müslüm Murtuzova 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun gecələr evi tərk etməsi qadağan edilib və üzərinə elektron qolbaq taxılıb.
Azərbaycanda bələdiyyə sədri vəfat etdi - Ölüm səbəbi bilindi
Kotanarx kəndinin bələdiyyə sədri Əli Qarakişi oğlu Lətifovun ölüm səbəbi bilinib.Citypost.az Oxu.Az-a istinadən xəbər, o, xərçəng xəstəsi olub, uzun sürən xəstəlikdən sonra vəfat edib.Qeyd edək ki, Əli Lətifovun oğlu Qara Lətifov Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsidir.
20 Noyabr 2026, 14:15
Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
"Alyans" vəkil bürosunun rəhbəri Orxan Kəngərli ilə birlikdə həbs edilənlərin sayı 6-ya çatıb.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, yeni həbs olunan şəxs aptek müdiri Xalid Mustafayevdir.Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.Məhkəmənin qərarı ilə X.Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib....
20 Noyabr 2026, 11:55
Bakıda avtobusda insident: Sərnişin şüşəni təpiklə sındırıb qaçdı
Bakı şəhəri, Yasamal rayonunda sərnişin avtobusun şüşəsini sındırıb və hadisə yerindən qaçıb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, olay ötən gün axşam saatlarında qeydə alınıb.Belə ki, 99-JP-013 dövlət nömrə nişanlı 65 saylı marşrut avtobusunda sərnişin sürücüdən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağı tələb edib.Sürücü qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, sərnişin tələbini davam etdirib.O, avtobusun salonunda quraşdırılmış, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş cihazına və avtobusun ön qapısının şüşəsinə zərər vurub. Sərnişin avtobusun qapısının şüşəsini təpikləyərək qırıb və hadisə yerindən uzaqlaşıb.Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə anbaan qeydə alınıb....
20 Noyabr 2026, 11:52
Mingəçevirdə mənzildən yüksəkrütbəli zabitin meyiti tapıldı
Mingəçevirdə mənzildən kişi meyiti tapılıb.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Naxçıvan küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.Meyiti tapılan şəxs hazırda xidmətdə olan mayor Müşfiq Əliyevdir.Onun ölüm səbəbi hələlik məlum deyil.Faktla bağlı araşdırma aparılır.
20 Noyabr 2026, 10:59
Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır
Sabirabadda yetkinlik yaşına çatmayan qız evlənmək məqsədilə qaçırılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü qızın 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılması barədə qızın atası polisə müraciət edib.Onların tapılması istiqamətində axtarış elan olunub.Araşdırma aparılır.
20 Noyabr 2026, 10:57
Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü
"Atlant" ailəvi istirahət mərkəzinin keçmiş sahibi Tahir Qədəşov vəfat edib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildiOnun ürək çatışmazlığından öldüyü bildirilir.Qeyd edək ki, bir neçə gün öncə Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" istirahət mərkəzi müsadirə edilib.
20 Noyabr 2026, 10:25