Azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi
Hadisə 16 Noyabr 2026, 10:13
458
Rusiyada yaşayan iş adamı vəfat edib.
Citypost.az Oxu24.com-a istinadən, əslən Gəncə şəhərindən olan biznesmen, 1960-cı il təvəllüdlü Saləddin Məmmədov uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində bizneslə məşğul olub.
Onun adıçəkilən şəhərdə onlarla ticarət obyektinin olduğu bildirilir. Saləddin Məmmədov bir neçə il əvvəl ağır xəstəliyə yoluxub.
Həmçinin oxuyun
Müalicələrə baxmayaraq, sahibkar noyabrın 14-də Türkiyədəki klinikalardan birində dünyasını dəyişib.
İş adamı dünən Gəncə şəhərində dəfn olunub.
DSX-dən əməliyyat: Paraplan zərərsizləşdirildi, iranlı tutuldu
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən paraplan tipli uçuş aparatı müşahidə edilib.Citypost.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paraplan zərərsizləşdirilib, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək) və 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb, uçuş aparatını idarə edən İran İslam Respublikası vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi...
16 Noyabr 2026, 09:58
Bakıda təhlükəli anlar - Külək dayanacağı aşırdı
Bakıda güclü külək dayanacağı aşırıb.Citypost.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.Nəticədə dayanacağın şüşələri sınıb və əraziyə yayılıb. Hadisə yerindən foto və videogörüntüləri təqdim edirik.
16 Noyabr 2026, 08:00
Tələbə yataqxanada hansı şəraitdə ölüb?
Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.Citypost.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb.Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:"Bir saylı yataqxanada olub. Mən də orada qalıram. Deyilənə görə, qızın başı ağrıyırmış. Bacısına xəbər verərək hamam otağına gedib. Bacısı onun uzun müddət geri qayıtmadığını görüb və narahat olub. Hamam otağının qapısı bağlı olduğundan kilidi açıblar. İçəri daxil olanda qızın yerdə uzandığını görüblər. Dəqiq bilmirəm, təzyiqi düşüb, yoxsa beyninə qan sızıb. Mən ikinci mərtəbədə qalıram, həmin qız isə üçüncü mərtəbədə yaşayırmış. Onu şəxsən tanımırdım, amma otaq yoldaşlarım tanıyırdılar".Tələbə...
16 Noyabr 2026, 07:30
Bakıda külək ağacı evin üstünə aşırdı
Güclü külək paytaxt ərazisində fəsadlara yol açıb.Citypost.az xəbər verir ki, güclü külək səbəbilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 207 ünvanında ağacın aşması nəticəsində İsgəndər İsmayılova məxsus yaşayış evinin ön hissəsi eləcə də kommunal xidmətləri tamamilə yararsız hala düşüb.Əraziyə FHN-nin xüsusi xilasediciləri cəlb olunub. Evidəki şəxslər təxliyə edilib.
15 Noyabr 2026, 23:30
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 15.11.2026-cı il tarixində saat 15:20 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə Citypost.az-aTƏBİB-dən bildirilib.Qeyd edilib ki, bədənin müxtəlif nahiyyələrinin termiki yanığı və sağ bud nahiyyəsinin parçalanmış və didilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və əməliyyat edildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.1986-cı il təvvəlüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumata əsasən, bu gün Ağstafa rayonunun...
15 Noyabr 2026, 19:25
Bu dəfə general qızı onu məhkəməyə verdi
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev barəsində Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi təqdim olunub.CityPost.az Gununsesi.info-ya istinadla xəbər verir ki, ərizəçi Türkər Əliyeva dövlət məmurunu böhtan, təhqir, hədə-qorxu və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.Şikayət ərizəsində bildirilir ki, Türkər Əliyeva Abşeron rayonu ərazisində yerləşən 10 hektar 20 sot torpaq sahəsini satmaq niyyətində olub. Onun sözlərinə görə, torpağın satış qiyməti Ceyhun Rzayevlə razılaşma əsasında 1 milyon 500 min manat müəyyən edilib. Rzayevin bu razılaşma çərçivəsində ilkin ödəniş olaraq hissə-hissə 380 min manat verdiyi iddia olunur.Ərizədə qeyd edilir ki, tərəflərin razılaşmasına əsasən, torpağın mülkiyyət sənədləri hazır...
15 Noyabr 2026, 13:27