Bizə yazın

Baku

-°C

USD

-

60 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

Tibb 24 Noyabr 2026, 13:19

457

60 yaşdan sonra orqanizmdə əzələ kütləsinin azalması, sümük sıxlığının zəifləməsi və maddələr mübadiləsinin yavaşlaması kimi dəyişikliklər baş verir. Mütəxəssislər bu proseslərin təsirini azaltmaq üçün gündəlik fiziki aktivliyin vacibliyini vurğulayır. Bununla yanaşı, bəzi sadə güc məşqlərinin yaşlı insanlar üçün adi gəzintidən daha çox fayda verə biləcəyi bildirilir.

Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, bu barədə “elEconomista” nəşri məlumat yayıb.

Məşqçi Alvaro Puçe hesab edir ki, gəzinti ürək sağlamlığının qorunması, çəkiyə nəzarət və stressin azaldılması baxımından faydalıdır. Lakin onun sözlərinə görə, yaşlı insanların fiziki gücünü və funksional imkanlarını qoruması üçün əlavə məşqlərə də ehtiyac var.

Mütəxəssis cəmi 3-4 dəqiqə ərzində yerinə yetirilə bilən dörd hərəkət təklif edib.

Tövsiyə olunan dörd məşq

1. Stuldan sürətlə qalxıb-oturmaq: Bu hərəkət 10 dəfə təkrarlanmalıdır. Əllərdən kömək almadan stuldan mümkün qədər sürətlə qalxmaq, oturarkən isə dizlərin içəriyə doğru əyilməməsinə diqqət etmək lazımdır. Məşq ayaq əzələlərinin gücləndirilməsinə kömək edir.

2. Dabanları qaldırmaq: Hərəkət 12 dəfə yerinə yetirilməlidir. Məşqi həm ayaqüstə, həm də oturaq vəziyyətdə etmək mümkündür. Məşqçi bu iki variantın həftə ərzində ayrı günlərdə icrasını tövsiyə edir.

3. Elastik lentlə birəlli dartma: Hər qol üçün 10 təkrar nəzərdə tutulur. Elastik lent möhkəm dayağa bərkidilir. Dizlər bir qədər bükülür və lent növbə ilə hər iki əllə bədənə doğru çəkilir. Bu hərəkət kürək və qol əzələlərini işlədərək yuxarı bədən gücünün qorunmasına kömək edir.

4. Mətbəx dəzgahına söykənərək jim etmək: Bu hərəkət 6 dəfə təkrarlanmalıdır. Əllər çiyin enindən bir qədər geniş məsafədə sabit və sürüşməyən səthə qoyulur. Bədən düz saxlanılaraq qollar bükülüb-açılır.

Yaşlılıqda fiziki aktivlik niyə vacibdir?

60 yaşdan sonra əzələ kütləsinin və sümük sıxlığının azalması gündəlik hərəkətləri çətinləşdirə bilər. Bu səbəbdən fiziki aktivlik yalnız çəkiyə nəzarət üçün deyil, müstəqil hərəkət qabiliyyətinin qorunması baxımından da əhəmiyyətlidir.

Mütəxəssislər sağlam qidalanma, kifayət qədər zülal qəbulu, su balansının qorunması və keyfiyyətli yuxunun da vacibliyini qeyd edirlər.

Qeyd edək ki, sadalanan məşqlər hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Xüsusilə oynaq, ürək-damar və hərəkət məhdudiyyəti olan şəxslərin yeni məşq proqramına başlamazdan əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xroniki stress beynin quruluşunu belə dəyişir: Ondan qorunmağın 6 effektiv yolu

Müasir dövrdə insanların gündəlik həyatında qarşılaşdığı əsas problemlərdən biri xroniki stressdir. İş yükü, maddi çətinliklər, ailə qayğıları, davamlı narahatlıq və gələcəklə bağlı qeyri-müəyyənlik zaman keçdikcə insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Bir çoxları stressi sadəcə əhvalın pisləşməsi, əsəbilik və yorğunluq kimi qəbul etsə də, uzun müddət davam edən stress orqanizmdə daha dərin dəyişikliklərə səbəb ola bilər. Xüsusilə sinir sisteminə təsir edən bu vəziyyət diqqət, yaddaş, yuxu və emosiyaların idarə olunması ilə bağlı çətinliklər yarada bilər.Həkim-nevroloq Minarə Çərkəzzadə Citypost.az-a açıqlamasında bildirib ki, xroniki stress yalnız insanın əhvalına təsir etməklə məhdudlaşmır, eyni zamanda beynin fəaliyyəti və bəzi beyin strukturlarında baş verən...

24 Noyabr 2026, 11:40

Kardioloqdan TƏZYİQ XƏSTƏLƏRİNƏ XƏBƏRDARLIQ: “Yalnız dərman qəbul etməklə kifayətlənmək olmaz”

Yüksək arterial təzyiq cəmiyyətdə geniş yayılan sağlamlıq problemlərindən biridir. Bir çox insan təzyiq yüksəldikdə bunu ayrıca bir xəstəlik kimi qəbul edir və əsas çıxış yolunu təzyiqsalıcı dərmanlardan istifadə etməkdə görür. Halbuki bəzi hallarda yüksək təzyiq orqanizmdə mövcud olan başqa xəstəliklərin və pozuntuların əlaməti ola bilər. Belə vəziyyətlərdə yalnız təzyiqi aşağı salmağa çalışmaq deyil, onun hansı səbəbdən yüksəldiyini müəyyənləşdirmək və əsas problemi aradan qaldırmaq da mühüm əhəmiyyət daşıyır.Kardioloq Toğrul Talıbov Citypost.az-a açıqlamasında bildirib ki, arterial təzyiqin yüksəlməsi hər zaman müstəqil xəstəlik kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, yüksək təzyiq bəzi hallarda orqanizmdə gedən digər patoloji proseslərin göstəricisi, yəni simptomu ola bilər. Bu...

24 Noyabr 2026, 10:40

Zəngilanda 86 vətəndaş stomatoloji müayinədən keçirilib

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyəti tərəfindən "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda ikigünlük tibbi aksiya təşkil edilib.Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.Bildirilib ki, aksiya zamanı 86 vətəndaş tibbi müayinədən keçirilib. Zəngilan sakinlərinə stomatoloji fərdi konsultasiyalar verilib və ağız boşluğunun sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim edilib. Müayinələr zamanı ağız və diş sağlamlığının vəziyyəti qiymətləndirilib, stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb.Tibbi xidmətlərin təşkili zamanı tam avtonom işləmə imkanına malik portativ stomatoloji avadanlıqlardan istifadə edilib.Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici...

23 Noyabr 2026, 17:12

Uşaqlarda hıçqırıq nədən yaranır və nə zaman təhlükəli hesab olunur? – PEDİATR AÇIQLADI

Uşaqlarda hıçqırıq valideynlərin tez-tez qarşılaşdığı hallardan biridir. Xüsusilə körpələrdə və azyaşlı uşaqlarda qəfil başlayan hıçqırıq bəzən valideynlərdə narahatlıq yaradır. Əksər hallarda qısa müddət davam edən hıçqırıq ciddi sağlamlıq problemi hesab olunmur və öz-özünə keçir. Lakin bu hal tez-tez təkrarlanırsa, uzun müddət davam edirsə və ya digər narahatedici əlamətlərlə müşayiət olunursa, səbəbinin araşdırılması vacibdir. Çünki hıçqırıq bəzən uşağın qidalanma vərdişləri, həzm sistemi və ya digər sağlamlıq problemləri ilə əlaqəli ola bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pediatr Ülvi Əliyev bildirib ki, hıçqırıq diafraqmanın qeyri-iradi yığılması nəticəsində yaranan refleksdir. Diafraqma döş qəfəsi ilə qarın boşluğunu bir-birindən ayıran və tənəffüsdə mühüm rol oynayan əzələdir....

23 Noyabr 2026, 10:30

Ürək əməliyyatından sonra ömürlük dərman qəbul etmək məcburidirmi? – Cərrah AÇIQLADI

Ürək əməliyyatı keçirən insanların bir çoxunu düşündürən əsas məsələlərdən biri əməliyyatdan sonra nə qədər müddət dərman qəbul etməli olduqlarıdır. Bəzi pasiyentlər əməliyyatdan sonra sağlamlıqlarının bərpa olunmasını və ürək fəaliyyətinin normallaşmasını dərman müalicəsinin başa çatması kimi qiymətləndirirlər. Lakin ürək-damar xəstəliklərinin bir qismi uzunmüddətli nəzarət və müalicə tələb edir. Xüsusilə ateroskleroz fonunda yaranan ürək-damar problemlərində əməliyyat xəstəliyin bütün risklərini aradan qaldırmır. Bu səbəbdən bəzi pasiyentlər üçün əməliyyatdan sonra dərman qəbulu uzun illər, hətta ömür boyu davam edə bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında ürək-damar cərrahı Ramil Əliyev bildirib ki, ürək əməliyyatından sonra müəyyən dərmanların uzunmüddətli qəbulu bir çox xəstə üçün zəruridir. Onun sözlərinə...

23 Noyabr 2026, 09:30

Təkrarlanan baş ağrıları hansı nevroloji xəstəliklərin əlaməti ola bilər? – Həkim AÇIQLADI

Baş ağrısı insanların gündəlik həyatda ən çox qarşılaşdığı sağlamlıq problemlərindən biridir. Bir çox insan baş ağrısı yarandıqda bunun səbəbini araşdırmaq əvəzinə, ağrıkəsici dərman qəbul etməklə kifayətlənir. Lakin baş ağrısı hər zaman müstəqil xəstəlik hesab edilmir. Əksər hallarda bu, orqanizmdə baş verən müəyyən pozuntunun, nevroloji və ya digər sağlamlıq probleminin əlaməti ola bilər. Buna görə də təkrarlanan baş ağrılarına adi və keçici narahatlıq kimi yanaşmaq düzgün deyil. Əsas məsələ ağrını müvəqqəti aradan qaldırmaq deyil, onun hansı səbəbdən yarandığını müəyyənləşdirməkdir.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında həkim-nevroloq Əliövsət Əhmədli bildirib ki, baş ağrısı özü-özlüyündə xəstəlik deyil, hər hansı xəstəliyin simptomu və ya əlamətidir. Onun...

23 Noyabr 2026, 08:30