Bizə yazın

Baku

-°C

USD

-

İnsan hüquqları dini və geosiyasi maraqların girovuna çevrilməməlidir

Cəmiyyət 24 Noyabr 2026, 13:03

378

ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında səsləndirilən fikirlər Azərbaycan–Türkiyə münasibətlərini xristian icmaları üçün təhlükə kimi təqdim etməklə yanaşı, regionun mürəkkəb tarixini birtərəfli siyasi müstəviyə çəkir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında noyabrın 18-də keçirilən “Dünyada xristianların təqibi: yeni çağırışlara cavab” mövzusunda dinləmələrdə səsləndirilən fikirlər regionumuzla bağlı köhnə mübahisələri yenidən gündəmə gətirib. Xüsusilə “Christian Solidarity International” təşkilatının prezidenti Con Aybnerin çıxışı diqqət çəkir. O, Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığını Ermənistan Apostol Kilsəsinə qarşı təzyiqlərlə əlaqələndirərək, iki ölkənin Ermənistan xristianları üzərində üstünlük qurmaq məsələsində “vahid qüvvə kimi” hərəkət etdiyini iddia edib.

Aybner bununla kifayətlənməyib. O, Azərbaycan və Türkiyənin birgə geosiyasi təsir dairəsini genişləndirmək siyasəti yürütdüyünü, Ermənistanın həmin təsir dairəsinə salınmasının hədəfləndiyini irəli sürüb. “Bir millət, iki dövlət” prinsipi ilə ifadə olunan Azərbaycan–Türkiyə münasibətləri də onun çıxışında xristian icmaları üçün təhlükə yaradan siyasi birlik kimi təqdim edilib. Beləliklə, iki suveren dövlətin müttəfiqliyi dini qarşıdurma kontekstində şərh olunub.

Burada prinsipial sual yaranır: İnsan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq təşkilatların və ekspertlərin vəzifəsi konkret dini icmaların hüquqlarını müdafiə etməkdir, yoxsa bu mövzudan istifadə edərək bütöv dövlətlərin siyasətinə dini-siyasi damğa vurmaq? Dini etiqad azadlığı universal hüquqdur. Bu hüququn müdafiəsi isə hər hansı dövlətə, xalqa və ya siyasi ittifaqa qarşı ümumiləşdirilmiş ittihamlar irəli sürməklə deyil, konkret faktların, hüquqi sənədlərin və sübutların araşdırılması ilə həyata keçirilməlidir.

Aybnerin çıxışında diqqət çəkən məqamlardan biri də müxtəlif tarixi və siyasi hadisələrin vahid ittiham xətti daxilində birləşdirilməsidir. Türkiyədə xristian azlıqların vəziyyəti, Osmanlı dövrünün faciəli hadisələri, Suriyadakı dini icmaların taleyi, Qarabağ münaqişəsi, Ermənistan Apostol Kilsəsi ətrafında baş verən daxili siyasi proseslər və Azərbaycan–Türkiyə münasibətləri eyni geosiyasi çərçivədə təqdim olunur. Halbuki bu hadisələrin hər birinin öz tarixi, hüquqi və siyasi konteksti var. Onları bir-birinə bağlamaq üçün sadəcə siyasi mülahizələr deyil, konkret və yoxlanıla bilən sübutlar tələb olunur.

Aybner Qarabağ ermənilərinin 2023-cü ildə bölgəni tərk etməsini “etnik-dini təmizləmə” kimi xarakterizə edir, Azərbaycanı Ermənistan ərazisinin bir hissəsini işğal etməkdə və erməni əsilli şəxsləri girov saxlamaqda ittiham edir. O, həmçinin “Qərbi Azərbaycan” ifadəsini Ermənistan ərazisinə iddia kimi təqdim edir. Bunlar onun çıxışında irəli sürdüyü iddialardır və onların hər biri ayrıca hüquqi və faktoloji araşdırma tələb edir. Lakin bir məqam aydındır: belə ağır ittihamlar siyasi bəyanatlarla deyil, beynəlxalq hüququn tələblərinə uyğun sübutlarla əsaslandırılmalıdır.

Eyni prinsip Ermənistanın öz daxilində baş verən proseslərə də aiddir. Ermənistan hökuməti ilə Apostol Kilsəsi arasında münasibətlər, din xadimlərinə qarşı irəli sürülən ittihamlar və kilsənin idarəçiliyi ətrafındakı mübahisələr Ermənistan cəmiyyətinin və hüquq sisteminin daxilində araşdırılmalı olan məsələlərdir. Bu prosesləri avtomatik olaraq Azərbaycan və Türkiyənin siyasətinin nəticəsi kimi təqdim etmək səbəb-nəticə əlaqəsini sübut etmədən siyasi nəticəyə gəlmək deməkdir.

Ən mühüm məsələ isə dinləmənin özündəki təmsilçilik problemidir. Komissiyanın rəsmi elanında tədbirin dünyada xristianların təqibini, dini azadlıqlara qarşı təhdidləri və dövlətlərin bu sahədəki məsuliyyətini araşdırmaq məqsədi daşıdığı bildirilirdi. Lakin regionla bağlı müzakirələrdə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların hüquqları, onların doğma yurdlarına qayıtmaq məsələsi və dağıdılmış mədəni-dini irsi barədə Qərbi Azərbaycan İcmasının mövqeyinə yer verilmədi. Nəticədə regionun insan hüquqları mənzərəsi yalnız bir tərəfin təqdim etdiyi problemlər əsasında müzakirə olundu.

İnsan hüquqları məsələsinə yanaşmada dini mənsubiyyət seçici meyar ola bilməz. Xristianın hüququ necə müdafiə olunmalıdırsa, müsəlmanın, yəhudinin və başqa dini icmaların nümayəndələrinin hüquqları da eyni prinsip əsasında qorunmalıdır. Əgər bir qurum dini azadlıqları müdafiə etdiyini bəyan edirsə, o zaman yalnız öz diqqət mərkəzinə gətirdiyi icmaların deyil, münaqişə və deportasiya nəticəsində hüquqları pozulmuş bütün insanların taleyinə diqqət yetirməlidir.

Qərbi azərbaycanlıların məsələsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ, onların mülkiyyət məsələləri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış məskənləri və digər mədəni irs nümunələri də insan hüquqları gündəliyinin tərkib hissəsidir. Bu problemləri görməzdən gəlmək, eyni zamanda başqa bir icmanın hüquqlarından danışmaq universal insan hüquqları prinsipinə uyğun yanaşma sayıla bilməz.

Qərbi Azərbaycan İcmasının noyabrın 19-da yaydığı bəyanat da məhz bu məsələyə diqqət çəkib. İcma Tom Lantos Komissiyasının dinləmələrində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirildiyini bildirib, Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların hüquqlarına, qayıdış məsələsinə və dağıdılmış mədəni-dini irsinə yer ayrılmamasını ikili standartların təzahürü kimi qiymətləndirib. İcma Komissiyanı gələcəkdə regionla bağlı keçiriləcək dinləmələrə dəvət olunmağa və öz mövqeyini təqdim etməyə çağırıb.

Bu çağırışın mahiyyəti sadədir: Əgər dinləmələr həqiqətən insan hüquqlarının müdafiəsinə xidmət edirsə, orada yalnız bir tərəfin mövqeyi eşidilməməlidir. Müxtəlif icmaların nümayəndələrinə bərabər imkan yaradılmalı, səsləndirilən iddialar qarşı tərəfin cavabı ilə birlikdə araşdırılmalı, tarixi və hüquqi faktlar siyasi şərhlərdən ayrılmalıdır. Əks halda, insan hüquqları platforması münaqişə tərəflərinin mövqelərini obyektiv şəkildə dinləyən məkan deyil, birtərəfli siyasi tezislərin səsləndirildiyi tribuna təsiri bağışlayacaq.

Azərbaycan ilə Türkiyənin münasibətləri isə iki müstəqil dövlətin siyasi, iqtisadi, hərbi və mədəni əməkdaşlığına əsaslanır. Bu əməkdaşlığın mövcudluğu özlüyündə hər hansı dini icmaya qarşı təhlükənin sübutu sayıla bilməz. Onu belə təqdim etmək üçün konkret faktlar və hüquqi əsaslar göstərilməlidir. Eyni zamanda, bu münasibətlərin tənqid edilməsi də mümkündür, lakin tənqid dini ümumiləşdirmələrə deyil, real siyasət və fəaliyyətin təhlilinə söykənməlidir.

ABŞ Konqresinin insan hüquqları üzrə komissiyası kimi qurumların nüfuzu məhz obyektivlik, açıq müzakirə və bütün tərəflərin dinlənilməsi prinsiplərindən asılıdır. İnsan hüquqlarını müdafiə etmək iddiası daşıyan hər bir təşkilat öz yanaşmasına eyni ölçü ilə yanaşmalıdır. Bir xalqın ağrısını görüb digərinin faciəsinə göz yummaq, bir icmanın dini irsini müdafiə edib başqa icmanın dağıdılmış məbədlərini, qəbiristanlıqlarını və tarixi yurdlarını müzakirədən kənarda saxlamaq universal hüquq anlayışına uyğun deyil.

İnsan hüquqları siyasi seçimlərə, dini mənsubiyyətə və geosiyasi maraqlara görə bölünə bilməz. Tom Lantos Komissiyasının qarşısında duran əsas vəzifə də budur: regionla bağlı gələcək dinləmələrdə bütün tərəflərə söz haqqı vermək, səsləndirilən iddiaları sübutlarla yoxlamaq və heç bir xalqın hüququnu digərinin hüququ hesabına kölgədə qoymamaq. Əks halda, insan hüquqlarının müdafiəsi naminə təşkil olunan müzakirələrin özündə ədalət və obyektivlik prinsipləri sual altına düşəcək.

Şəmsi QOCA

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hakim məhkum ataya güzəşt etdi - Uşaqlarını məktəbə aparacaq

Azərbaycanda məhkəmə övladlarını məktəbə və hazırlıq kursuna aparıb-gətirə bilməsi üçün məhkumun üzərinə qoyulmuş vaxt məhdudiyyətini dəyişib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Teymur Həsənov belə qərar verib.40 yaşlı F.Rəcəbov bir müddət əvvəl cinayətdə təqsirli bilinib. Ona 2 il 3 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Hökmə əsasən, onun üzərinə yaşayış yerini hər gün axşam saat 20:00-dan səhər saat 09:00-dək tərk etməmək vəzifəsi də qoyulub.F.Rəcəbov verilən cəza ilə razılaşsa da, yaşayış yerini tərk etməməsi ilə bağlı vaxt məhdudiyyəti onun ailə vəziyyətində çətinlik yaradıb. Məhz bu səbəbdən o, qeydiyyatda olduğu rayonun məhkəməsinə müraciət edib....

24 Noyabr 2026, 13:00

“Vesta Construction”un təsisçisinin cinayət işi məhkəməyə göndərildi

Bakıda mənzil satışı adı altında vətəndaşların xüsusilə külli miqdarda vəsaitini ələ keçirməkdə təqsirləndirilən “Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyevin cinayət işi məhkəməyə göndərilib.Citypost.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.Bildirilib ki, Bakının Nizami rayonunda tikinti işləri ilə əlaqədar mənzilləri sökülən sakinlərə uzun müddət yeni mənzillərin verilməməsi barədə daxil olan məlumatlar əsasında araşdırma aparılıb.İstintaq zamanı Ceyhun Quliyevin “My Home” yaşayış kompleksində əvvəllər başqa şəxslərə satılmış mənzilləri və digər əmlakları yenidən satmaq adı ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.Şirkətin təsisçisinə xüsusilə külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub. Barəsində...

24 Noyabr 2026, 12:49

Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Xəzər dənizinin akvatoriyasında müşahidə olunan küləkli hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyindən (DDLA) məlumat verilib.Bildirilib ki, DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.Xəbərdarlığa əsasən, noyabrın 25-də gün ərzində Xəzər dənizinin akvatoriyasında şimal-qərb və şimal küləkləri müşahidə olunacaq.Küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.Dalğanın hündürlüyünün 2,5-3,5 metr, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır....

24 Noyabr 2026, 12:42

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

Noyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60%, gündüz 70-80% təşkil edəcək.Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə...

24 Noyabr 2026, 12:26

Vəzifəli şəxslərə hədiyyə və "haqq" almaqla bağlı yeni qadağalar gəlir

Milli Məclis "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.Citypost.az xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Qanun layihəsinə əsasən, vəzifəli şəxslər tərəfindən maraqlar toqquşması nəticəsində əldə olunmuş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü şəkildə dövlət nəfinə ödəniləcək.Bildirilib ki, vəzifəli şəxs bundan imtina etdikdə, qurumun iddiası əsasında göstərilənlər məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.Layihəyə görə, vəzifəli şəxslərin gəlirləri, dövlət satınalmalarında, bələdiyyə sifarişlərinin verilməsində iştirakı, hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadəsi, kənar fəaliyyətləri, ianə və haqq alması, reklam, əmlak və məlumatlardan istifadəsi haqqında bəzi qadağa və məhdudiyyətlər...

24 Noyabr 2026, 12:15

Zahid Oruc:"Biz ərazilərimizin itirilməsinə razı olmadığımız kimi, Xəzərin sahillərinin nəzarətsiz qalmasına”…

Müzakirəyə təqdim olunan “Abşeron” dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişinin yeni redaksiyada təsdiqi Azərbaycanın müstəqil neft-qaz siyasətində növbəti mühüm addımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Avropanın enerji təhlükəsizliyində  önəmli rolunu davam etdirir.2009-cu ildə imzalanan ilkin sazişin yenilənməsi, SOCAR, Fransanın “TotalEnergies” və Əbu-Dabinin ADNOC şirkətinin iştirakı ilə yeni investisiya mərhələsinə keçid Azərbaycan iqtisadiyyatına beynəlxalq etimadın göstəricisidir. Layihədə SOCAR və “TotalEnergies”in hər birinin 35, ADNOC-un isə 30 faiz payı var. Sazişin əvvəlki hökumət təminatları qüvvədə saxlanılır, 12 əlavə təsdiqlənir, investorların hüquqları və müqavilə sabitliyi qorunur.Əsas məqsəd neft-qaz siyasəti hasilatla bərabər, dövlətin uzunmüddətli iqtisadi maraqlarını təmin etməyə yönəlib. 2023-cü ildə “Abşeron”da...

24 Noyabr 2026, 12:06