Bizə yazın

Baku

-°C

USD

-

Vəzifəli şəxslərə hədiyyə və "haqq" almaqla bağlı yeni qadağalar gəlir

Cəmiyyət 24 Noyabr 2026, 12:15

466

Milli Məclis "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.

Citypost.az xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, vəzifəli şəxslər tərəfindən maraqlar toqquşması nəticəsində əldə olunmuş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü şəkildə dövlət nəfinə ödəniləcək.

Bildirilib ki, vəzifəli şəxs bundan imtina etdikdə, qurumun iddiası əsasında göstərilənlər məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.

Layihəyə görə, vəzifəli şəxslərin gəlirləri, dövlət satınalmalarında, bələdiyyə sifarişlərinin verilməsində iştirakı, hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadəsi, kənar fəaliyyətləri, ianə və haqq alması, reklam, əmlak və məlumatlardan istifadəsi haqqında bəzi qadağa və məhdudiyyətlər tətbiq ediləcək.

Müəyyən hallarda keçmiş vəzifəli şəxslərə əmək münasibətlərinə xitam verildikdən sonra 2 il müddətində məhdudiyyətlər qoyulacaq. Bu müddətdə əvvəlki qurumun fəaliyyətinə aid müəyyən işlərdə çalışmaq, müqavilələr bağlamaq və ya həmin qurumun işləri üzrə üçüncü şəxsləri təmsil etmək məhdudlaşdırılacaq.

Sənədə görə, vəzifəli şəxslər vəzifəyə təyin olunmazdan və ya xidməti vəzifələrinin icrasına başlamazdan əvvəl, sonradan isə hər il aprelin 15-dək şəxsi maraqlar haqqında bəyannamə təqdim etməlidirlər.

Qanun layihəsinə əsasən, maraqlar toqquşmasını həll etmək üçün vəzifəli şəxsin maraqlar toqquşması yaranan məsələ üzrə qərarların qəbulunda iştirakı məhdudlaşdırıla biləcək, onun vəzifə səlahiyyətlərinə yenidən baxıla və ya dəyişdiriləcək.

Həmçinin vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan xidməti vəzifələrin icrasından kənarlaşdırılması, maraqların toqquşması ilə bağlı olmayan vəzifəyə keçirilməsi, aktivlərin özgəninkiləşdirilməsi, xidməti vəzifələrlə ziddiyyət təşkil edən kənar fəaliyyətə və işə xitam verilməsi və ya onlardan imtina olunması, yaxud maraqlar toqquşmasına səbəb olan şəxsi marağın digər üsullarla aradan qaldırılması, vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması, onun fəaliyyətinə nəzarətin yenidən təşkili kimi tədbirlər görüləcək.

Sənəddə vurğulanıb ki, maraqlar toqquşması barədə məlumatlar bəyannamələrin, maliyyə xarakterli məlumatların, hədiyyələrə dair məlumatların, qurumlardan və fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərin, habelə mediada yayılan məlumatların təhlili əsasında müəyyənləşdiriləcək.

Maraqlar toqquşması ilə bağlı araşdırma müvafiq hallarda 30 iş günü ərzində aparılacaq. Qanunun layihəsi qəbul edildiyi halda, dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.

Sənəd müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zahid Oruc:"Biz ərazilərimizin itirilməsinə razı olmadığımız kimi, Xəzərin sahillərinin nəzarətsiz qalmasına”…

Müzakirəyə təqdim olunan “Abşeron” dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişinin yeni redaksiyada təsdiqi Azərbaycanın müstəqil neft-qaz siyasətində növbəti mühüm addımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Avropanın enerji təhlükəsizliyində  önəmli rolunu davam etdirir.2009-cu ildə imzalanan ilkin sazişin yenilənməsi, SOCAR, Fransanın “TotalEnergies” və Əbu-Dabinin ADNOC şirkətinin iştirakı ilə yeni investisiya mərhələsinə keçid Azərbaycan iqtisadiyyatına beynəlxalq etimadın göstəricisidir. Layihədə SOCAR və “TotalEnergies”in hər birinin 35, ADNOC-un isə 30 faiz payı var. Sazişin əvvəlki hökumət təminatları qüvvədə saxlanılır, 12 əlavə təsdiqlənir, investorların hüquqları və müqavilə sabitliyi qorunur.Əsas məqsəd neft-qaz siyasəti hasilatla bərabər, dövlətin uzunmüddətli iqtisadi maraqlarını təmin etməyə yönəlib. 2023-cü ildə “Abşeron”da...

24 Noyabr 2026, 12:06

Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin qurulduğunu qeyd edib.Dövlət başçısı gələn il Monteneqro Prezidentinin ölkəmizə rəsmi səfər edəcəyini bildirib və vurğulayıb ki, bütün bunlar siyasi, iqtisadi, investisiya, həmçinin bir çox digər sahələrdə əlaqələrimizin inkişafında müsbət dinamikanın olduğunu və yaxşı nəticələrin əldə edildiyini göstərir.Prezident İlham Əliyev Baş nazirin səfərinin uğurlu keçəcəyinə və ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.Bakıda olmaqdan məmnunluğunu ifadə edən Baş nazir Miloyko Spayiç öz növbəsində...

24 Noyabr 2026, 12:04

Soğan və kartof kəskin BAHALAŞDI

Son günlər kartof və soğanın topdansatış qiymətləri xeyli artıb. Bunun da əsas səbəbi İrandan bu məhsulların idxalının dayandırılmasıdır.Bəs, bahalaşma daha nə qədər davam edə bilər?Citypost.az xəbər verir ki, Məsələ ilə bağlı “Meyvəli” topdansatış mərkəzində çalışan Elçin adlı iş adamı News365.az-a bildirib ki, İrandan artıq xeyli müddətdir ki, kartof gətirilmir:“Hazırda əsasən Tovuz, bir az da Cəlilabad kartofu satırıq. İran və Pakistandan idxalın dayanma səbəbilə kartofun topdansatış qiyməti hazırda 0,9-1 manat arasında dəyişir. Amma bu müvəqqətidir. Qiymət qalxacaq. Çünki yerli kartof tələbatı uzun müddət ödəyə bilməyəcək. Rusiyadan da az miqdarda kartof gəlir. Onun da topdansatış qiyməti 1-1,1 manatdır. Bu da o deməkdir...

24 Noyabr 2026, 11:55

Milli Məclisin iclası başlayıb

Milli Məclisin növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

24 Noyabr 2026, 11:06

Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, dekan vəzifəsi üzrə müsabiqə fakültələr üzrə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə elan edilib.Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında aparılacaq.Qeyd edək ki, müsabiqə sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.Xatırladaq ki, noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə...

24 Noyabr 2026, 10:55

Bakıda ilk dəfə quraşdırılacaq işıqforlar bu qaydada çalışacaq

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb.“Qafqazinfo”nun məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.Mərkəzin hazırladığı bu fotoməlumatlar vasitəsilə avtobus sürücüləri yeni işıqforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər....

24 Noyabr 2026, 10:37