Azərbaycan və İran generalları görüşdü: protokol imzalandı
Hərbi 19 Noyabr 2024, 17:30

893
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya"nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.
CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb.
Həmçinin oxuyun
Görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra birgə komissiyanın iclasında Azərbaycan və İranın hərbi strukturları arasında hərbi sahədə əməkdaşlığın inkişafı, yeni fəaliyyət istiqamətləri və sahələrinin müəyyən edilməsi üzrə geniş müzakirələr aparılıb.
Yekunda razılıq əldə edilmiş əməkdaşlıq istiqamətləri üzrə maddələri özündə əks etdirən protokol imzalanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan-İran birgə təlimi başa çatıb - VİDEO
Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.
22 May 2025, 13:00

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
19 May 2025, 15:05

Azərbaycan-İran birgə hərbi təliminin açılışı olub - VİDEO
Ölkəmizdə keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub.
19 May 2025, 13:14

Azərbaycan və İran işğaldan azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir - VİDEO
Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.Qeyd edək ki, "Araz - 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək....
18 May 2025, 11:20

Ordumuz yaz-yay rejiminə keçdi - Video
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.Bu barədə
16 May 2025, 12:30

Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.Bu barədə
15 May 2025, 15:17