Azərbaycanın Yunanıstana qaz ixracı 423,9 milyon dollara çatıb
İqtisadiyyat 19 Noyabr 2026, 08:12
375
Yunanıstan Azərbaycandan təbii qaz idxalını 11,4 faiz artırıb.
Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 756,7 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib. İxracın dəyəri 423,9 milyon ABŞ dolları təşkil edib.
Citypost.az xəbər verir ki, Komitənin məlumatları əsasında trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77,2 milyon kubmetr və ya 11,4 faiz artıb. Dəyər ifadəsində isə ixrac 65,8 milyon ABŞ dolları və ya 18,4 faiz yüksəlib.
Qurumun məlumatına görə, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 358,1 milyon ABŞ dolları dəyərində 679,5 milyon kubmetr təbii qaz ixrac olunub.
Həmçinin oxuyun
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycandan Yunanıstana 397,6 milyon ABŞ dolları dəyərində 927,1 milyon kubmetr, 2025-ci ildə isə 461,2 milyon ABŞ dolları dəyərində 910,5 milyon kubmetr təbii qaz ixrac edilib.
Beləliklə, 2025-ci ildə Azərbaycandan Yunanıstana təbii qaz ixracının fiziki həcmi əvvəlki illə müqayisədə 1,8 faiz azalsa da, dəyəri 16 faiz artıb.
Prezident təqaüdü alanların sayı açıqlandı
Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüdün məbləği aşağıdakı kimidir:Fəxri adlara görə aylıq təqaüdlərin məbləği:- “Xalq” fəxri adı verilmiş şəxslər üçün - 300 manat;- “Əməkdar” fəxri adı verilmiş şəxslər üçün - 200 manat.Digər Prezident təqaüdləri:- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü – 1700 manat;- Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək...
18 Noyabr 2026, 17:20
Bundan toplanan haqq büdcəyə ödəniləcək
Avtomobillərin Bakıda ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan haqq dövlət büdcəsinə ödəniləcək.Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək, həmin haqq dövlət büdcəsinə ödəniləcək.Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına...
18 Noyabr 2026, 16:33
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 dollar və ya 0,03% artaraq 98,79 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98,76 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
18 Noyabr 2026, 10:15
Gələn ildən gəlir vergisi bu qədər olacaq
Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.Dəyişikliklərə görə, 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500...
17 Noyabr 2026, 11:48
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,92 dollar və ya 3,82% azalaraq 98,76 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102,68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
17 Noyabr 2026, 09:50
Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq".Citypost.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, qanunvericiliyə əsasən, pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiya məbləğləri hər altı ildən bir yenidən hesablanır. Bu zaman həmin müddət ərzində toplanmış pensiya kapitalı nəzərə alınır:"2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan vətəndaşların pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq artırılacaq.Digər pensiyaçıların məbləğlərindəki artım isə illik indeksləşdirmə mexanizmi əsasında həyata keçirilir....
16 Noyabr 2026, 18:45