Bizə yazın

Baku

-°C

USD

-

Prezident təqaüdü alanların sayı açıqlandı 

İqtisadiyyat 18 Noyabr 2026, 17:20

426

Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb.

Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüdün məbləği aşağıdakı kimidir:

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği:

-  “Xalq” fəxri adı verilmiş şəxslər üçün - 300 manat;

- “Əməkdar” fəxri adı verilmiş şəxslər üçün - 200 manat.

Digər Prezident təqaüdləri:

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü – 1700 manat;

- Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən tələbələr üçün aylıq təqaüd – 350 manat təşkil edir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bundan toplanan haqq büdcəyə ödəniləcək

Avtomobillərin Bakıda ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan haqq dövlət büdcəsinə ödəniləcək.Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək, həmin haqq dövlət büdcəsinə ödəniləcək.Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına...

18 Noyabr 2026, 16:33

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 dollar və ya 0,03% artaraq 98,79 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98,76 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

18 Noyabr 2026, 10:15

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır.Citypost.az “Qafqazinfo”a  istinadən  xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.Dəyişikliklərə görə, 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500...

17 Noyabr 2026, 11:48

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,92 dollar və ya 3,82% azalaraq 98,76 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102,68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

17 Noyabr 2026, 09:50

Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar

"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq".Citypost.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, qanunvericiliyə əsasən, pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiya məbləğləri hər altı ildən bir yenidən hesablanır. Bu zaman həmin müddət ərzində toplanmış pensiya kapitalı nəzərə alınır:"2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan vətəndaşların pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq artırılacaq.Digər pensiyaçıların məbləğlərindəki artım isə illik indeksləşdirmə mexanizmi əsasında həyata keçirilir....

16 Noyabr 2026, 18:45

Deputat: "Aparıcı banklar Azərbaycana cəlb edilməlidir"

​Dünyanın aparıcı bankları Azərbaycana cəlb edilməlidir.Citypost.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarının, eləcə də regional ticarətinin miqyası dünyanın aparıcı banklarının ölkədə fəaliyyət göstərməsi üçün imkanlar yaradır: "Hazırda Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında fəaliyyət göstərən müəssisələrin sayı 65,5 mini ötüb. Ölkədə xarici markalı avtomobillərin istehsal olunduğu müəssisədə 1 300-dən artıq insan çalışır, ötən il orada 52 mindən çox avtomobil istehsal edilib. Bundan başqa, Çinin aparıcı elektromobil istehsalçısı ilə əməkdaşlıq həyata keçirilir"."Özbəkistanda da xarici kapitalın iştirakı...

16 Noyabr 2026, 16:35