Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Müsahibələr 07 Noyabr 2024, 14:30
8633
"Azur” Ticarət Mərkəzi insanların həyat və sağlamlığına təhlükə törədən fəaliyyətlə məşğuldur.
CityPost.az xəbər verir ki, bu barədə Demokrat.az-a Azad İstehlakçılar Birliyi tərəfindən məlumat verilib.
Məlumata görə, “Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC arasındakı qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq səviyyəyə gəlib çatıb.
Məsələdə MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlunun da adı hallanır. Belə ki bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli olan maddələrin təsirinə məruz qalmış paltarı anbardan çıxarıb satmaq qərarına gəliblər.
Məlumatda qeyd olunur ki, “Azur”un rəhbəri olan Fuad Rzayev (“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin oğlu) və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb.
O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər.
“Azad İstehlakçılar” İB tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb.
Qeyd edilib ki, 8 aprel 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov da satış üçün nəzərdə tutulan geyim əşyalarının yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair rəsmi ekspert rəyini təqdim etməklə bildirib.
Həmçinin oxuyun
Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 2023-cü ildə sınaq protokolu ilə təsdiq edib.
Bu faktdan sonra növbəti mərhələyə əl atılıb. Eyni təşkilatın, yəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi ekspert rəyini təksib edərək, həmin mallarının 85%-nin satışa yararlı olması dair ekspert rəyi verib.
Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir-birinə zidd olan iki rəsmi sənədi təəccüb və sual doğurur.
Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə qətnamə çıxarıb. Sonradan Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.
“FB COMPANY”MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən və məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial məhkəmə işinin materialları arasından yoxa çıxıb. AİİB-ə təqdim olunan məlumata görə, bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə” təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir.
Verilən məlumatda o da qeyd olunur ki, bu işdə yeni fiqurlar ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediaya müraciət etməklə bərabər, İqtisadiyyat Nazirliyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Səhiyyə Nazirliyinə rəsmi müraciətlər göndərib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana...
08 İyul 2026, 13:02
Dələduzluq edən altı nəfər saxlanıldı
Azərbaycanda dələduzluq edən altı nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Məlumata görə, polis əməkdaşlarının iyulun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
08 İyul 2026, 09:05
İlham Qəhrəman AYB-ni rüsvay etdi
İlham Qəhrəman: "Məhkəmə AYB-nin iddiasını haqlı saymadı, nə üzr istədim, nə də təzminat ödədim" - Müsahibə Kulis.az Ülvi Bahadırın şair İlham Qəhrəmanla müsahibəsini təqdim edir.– İlham bəy, Laçın azad olunandan sonra ora getmisiniz?– Laçın azad olunandan təxminən iki il sonra – 2022-ci ilin aprelində getdim. O vaxt getmək çox çətin idi. Qubadlı tərəfdən gedəndə Laçının ilk kəndi Güləbirddi. Sarı Aşığın qəbri də həmin kənddədir. Orada “Laçın” sözü yazılmış banner vardı. Maşından düşüb bannerə sarıldım, kövrəldim, özümü saxlaya bilmədim. Vaxtilə yazdığım “Laçın” şeirinin ilk bəndini xatırladım:"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" -...
26 May 2026, 10:51
Qaya uçqunu İsmayıllı–Lahıc yolunda hərəkəti dayandırıb
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır....
16 May 2026, 09:04
Qalib İbrahimoğlu: “MEDİA mətbuatın inkişafında mühüm rol oynayır”
Müasir informasiya cəmiyyətində media artıq yalnız xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır, o həm də ictimai şüurun formalaşmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya mübadiləsinin təmin olunmasında mühüm strateji institut kimi çıxış edir. Qlobal rəqəmsallaşma proseslərinin sürətləndiyi bir dövrdə medianın rolu daha da genişlənir, onun operativliyi, peşəkarlığı və texnoloji imkanlara uyğunlaşması əsas prioritetlərdən birinə çevrilir.Bu baxımdan Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən icra olunan dəstək mexanizmləri media subyektlərinin institusional güclənməsinə, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə və peşəkar jurnalistika standartlarının yüksəldilməsinə xidmət edir. Bu yanaşma xüsusilə onlayn medianın inkişafında yeni mərhələnin formalaşmasına şərait yaradır.Agentlik tərəfindən...
12 May 2026, 15:51
Azadlıq insanın Allah olmaq istəyidir - Fazil Mustafa ilə ədəbiyyat və düşüncə üzərinə söhbət
Milli Məclisin deputatları mətbuatda adətən siyasi məsələlərin şərhində yer alır. Bu bəzən həmin deputatların ədəbi görüşləri, ictimai məsələlərə subyektiv baxışlarını öyrənməyə mane olur. Cəmiyyət deputatları sadəcə siyasi fiqur kimi tanıyır. CityPost.az Crossmedia.az - a istinadən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin rəhbəri Fazil Mustafanın müsahibəsini təqdim edir:- Fazil müəllim, ədəbiyyat sahəsini nə üçün seçdiniz? Yəni ədəbiyyata gəlmək səbəbiniz nədir?- Əslində mən ədəbiyyat sahəsini indi seçməmişəm. Orta məktəb illərimdən həm mütaliə, həm də bədii yaradıcılıqla məşğul olmuşam. Çoxsaylı şeirlərim olub ki, dövri mətbuatda geniş şəkildə çap olunub. Düşünürdüm ki, elə ədəbiyyat sahəsini də seçməliyəm. İki il Bakı Dövlət Universitetinin filologiya...
05 May 2026, 15:20