Aktrisa Rubi Rouz Keti Perrini cinsi istismarda ittiham edib
Sənət aləmi 14 Aprel 2026, 11:00
4198
Ruby Rose pop ulduzu Katy Perryni təxminən 20 il əvvəl baş vermiş cinsi təcavüzdə ittiham edib.
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rouz bu iddianı 12 apreldə “Threads” sosial şəbəkəsində Keti Perri ilə bağlı müzakirələrə cavab olaraq bir sıra paylaşımlarda irəli sürüb. O bildirib ki, hadisə Melburndakı “Spice Market” gecə klubunda, onun 20 yaşlarının əvvəllərində baş verib.
Aktrisa paylaşımında “Keti Perri Melburndakı Spice Market-də mənə cinsi təcavüz etdi. Onun nə düşündüyünə kim əhəmiyyət verir ki?” sözlərini yazıb.
Daha sonra o, illər sonra bu barədə danışa bildiyini və bunun onun üçün çətin, eyni zamanda vacib bir addım olduğunu qeyd edib. Rouz bildirib ki, uzun illər susmasının səbəbi həm psixoloji travma, həm də ictimai reaksiyalardan qorxu olub.
O, həmçinin hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq iddialarla bağlı araşdırma aparılmasının mümkünlüyünü öyrənəcəyini bildirib. “Böyük ehtimalla müddət keçib, amma yenə də cəhd etmək vacibdir. Uzun bir siyahım var,” – deyə o qeyd edib.
Digər tərəfdən, Keti Perrinin nümayəndələri yayılan iddiaları qəti şəkildə rədd ediblər. Onların açıqlamasında bu iddiaların “tamamilə yalan və əsassız” olduğu bildirilib və sosial mediada yayılan məlumatların “təhlükəli və məsuliyyətsiz” xarakter daşıdığı vurğulanıb.
Bəyanatda həmçinin Rubi Rouzun əvvəl də müxtəlif şəxslərə qarşı irəli sürdüyü və sonradan mübahisəli hesab edilən iddialara istinad edildiyi qeyd olunub.
Qeyd edək ki, Keti Perri daha əvvəl də müxtəlif ittihamlarla gündəmə gəlib. 2019-cu ildə “Teenage Dream” klipində iştirak edən aktyor Coş Kloss müğənninin onu narahat edən davranışlara məruz qoyduğunu iddia etmişdi. Bundan başqa, Rusiya televiziya aparıcısı Tina Kandelaki də oxşar iddialar irəli sürüb.
2018-ci ildə “American Idol” verilişinin çəkilişləri zamanı Perri iştirakçı Benjamin Qleyzi gözlənilmədən öpmüş, həmin şəxs isə sonradan bunun təcavüz sayılmadığını, lakin özünü narahat hiss etdiyini bildirmişdi.
Həmçinin oxuyun
Yeganə
“Korkut Ata” Film Festivalında iki Azərbaycan filmi mükafata layiq görülüb
İstanbulda keçirilən 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi keçirilib. Tədbirdə festivalın qaliblərinə mükafatlar təqdim olunub.Citypost.az xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin dəstəyi ilə istehsal olunan “Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. “Azərbaycan irsinə səyahət” silsiləsinə daxil olan filmin çəkilişləri “Alpha Prodüksion və Ajans Hizmetleri” şirkəti tərəfindən həyata keçirilib.Kino Agentliyinin dəstək verdiyi “Tağıyev: Məktəb” filminin rejissoru Zaur Qasımlı “Ən yaxşı rejissor” mükafatını qazanıb. Film Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.Qeyd edək ki, “Korkut Ata” Festivalının əsas mükafatı Türk dünyasının birliyini simvolizə edən “Durna quşu” fiqurudur....
09 Noyabr 2026, 18:55
"Tağıyev: Məktəb" filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında nümayiş edilib
VI "Korkut Ata" Türk Dünyası Film Festivalı çərçivısində rejissor Zaur Qasımlının "Tağıyev: Məktəb" filmi nümayiş olunub."Report"un İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, ekran işi festivalın tammetrajlı bədii film kateqoriyasında yarışır.Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin sonuncu - dördüncü hissəsidir.Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.Ekran işində böyük xeyriyyəçinin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması hadisəsi, onun bu zaman üzləşdiyi çətinliklər, maneələr bədii və estetik formada tamaşaçıya təqdim edilir.Layihə Heydər...
06 Noyabr 2026, 21:00
"Həkim sevgini qadağan edib" - Cem Yılmaz
Məşhur komediyaçı Cem Yılmaz son aylarda yaşadığı səhhət problemi ilə pərəstişkarlarını narahat edib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, Ayvacık rayonundakı evində infarkt keçirən və xəstəxanaya aparılan Yılmaz Çanaqqala Onsekiz Mart Universitetində angioqrafiya əməliyyatından keçib.Bir müddətdir evdə dincələn və müayinələrini də laqeyd qoymayan məşhur ötən gün tədbirlərin birində görüntülənib. Səhhətinin yaxşı olduğunu deyən Yılmaz, eşq həyatı ilə bağlı sualları da cavablandırıb. "Münasibətiniz varmı?" sualınacavab verən Yılmaz, "Mənim münasibətim yoxdur; həkimim bunu qadağan edib", - deyib.Cemin bu cavabı sosial mediada diqqət çəkib. ...
06 Noyabr 2026, 17:50
14 yaşlı uşağın görüntüləri Nura Surini sarsıtdı – Zelenskiyə çağırış etdi
Müğənni Nura Suri Ukraynada baş verən hadisələrlə bağlı narahatlığını ifadə edərək ölkə prezidenti Volodimir Zelenskini yaranan suallara aydınlıq gətirməyə çağırıb.Citypost.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək Kiyev yaxınlığında yayılan görüntülərin, xüsusilə 14 yaşlı uşağın vəziyyətinin onu dərindən sarsıtdığını bildirib.Nura Suri qeyd edib ki, uşağın gözlərindəki qorxu və yaşananların yaratdığı mənzərə onun yaddaşından silinmir. O, zorakılığa məruz qalan şəxslərin saxlanıldığı bildirilən binanın qarşısına insanların toplaşmasına da diqqət çəkib.Nura Suri baş verənlərlə bağlı bir sıra suallar ünvanlayıb: binada olan dörd nəfərin hansı səbəbdən tibbi yardıma ehtiyacı yaranıb və həmin şəxslər hansı əsasla orada saxlanılıblar?Müğənninin fikrincə, müharibə şəraitində yaşayan bir...
04 Noyabr 2026, 01:09
“13 illik ayrılığa təbrik düşmür axı” – Mərhum aktyorun xanımından kövrək sözlər
Mərhum aktyor Fərman Abdullayevin həyat yoldaşı İradə Abdullayeva onun doğum günü ilə bağlı duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, İradə Abdullayeva sosial şəbəkə hesabında həyat yoldaşını sevgi və həsrətlə yad edərək onun doğum gününü qeyd etməyi və hədiyyə qəbul etməyi sevmədiyini bildirib.O, paylaşımında Fərman Abdullayevin həyatında xüsusi və unudulmaz insan olduğunu vurğulayıb. İradə Abdullayeva qeyd edib ki, həyat yoldaşının illər əvvəl onu çətinliklər qarşısında tək qalmağa hazırladığını indi daha yaxşı anlayır:“ Mən həyatda qarşıma çıxan çətinlikləri asanlıqla həll edə bilirəm! Çünki sən illər öncə məni sənsizliyə hazırlayırmışsan. Mənsə, sadəlövh uşaq kimi heç nə anlamamışam. Demək, məni tək qoyacağını, bu dünya...
04 Noyabr 2026, 01:04
Ağdam teatrında “Skapenin kələkləri” olacaq
Ağdam Dövlət Dram Teatrında fransız dramaturq Jan-Batist Molyerin (1622–1673) “Skapenin kələkləri” (1671) komediyası əsasında eyniadlı tamaşanın məşqləri başlanıb.Bu barədə teatrdan Citypost.az-a məlumat verilib.Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur.Səhnə əsərində rolları Fərhad Fərhadzadə (Skapen), Elman Məhərov (Jeront), Rüstəm Məmmədov (Oktav), Ramil Hüseyzadə (Leandr), Sərdar Əlizadə (Arqant), Zərifə Ağayeva (Giasinta), Nuranə Əliyeva (Zerbinetta), Tural Yusifov (Silvestr) və Mahir Xəlilov (Karl) canlandıracaqlar.Kütləvi səhnələrdə Anar Zeynalov, Teymur Kərimov, Sadiq Bağırov, Ruslan Əliyev və Nahid Məmmədov iştirak edəcəklər.Tamaşanın premyerasının dekabr ayında keçirilməsi...
03 Noyabr 2026, 16:15