Bizə yazın

Baku

-°C

USD

-

"PlayStation 5" oğurlayan şəxs saxlanıldı, evindən tapança çıxdı - Foto 

Hadisə 25 Noyabr 2026, 15:45

392

Xırdalanda internet salonlarından birindən 1500 manat dəyərində "PlayStation 5" oyun konsolu oğurlanıb.

Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən E.Fərzəliyev saxlanılıb.

O, salona müştəri kimi daxil olub və oyun konsolunu özü ilə gətirdiyi idman çantasına qoyaraq ərazidən uzaqlaşıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, E.Fərzəliyevin Bakıda yaşadığı mənzilə baxış zamanı "Glock" markalı tapança, daraq və 7 ədəd patron aşkarlanıb.

Araşdırmalarla E.Fərzəliyevin odlu silah-sursatı tanışı S.Qocamanovla öncədən birgə əldə etdiyi və satış məqsədilə saxladığı müəyyənləşdirilib. Əməliyyat zamanı S.Qocamanov da saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanıb. Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəzər rayonunda gecə evlərdən oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Xəzər rayonunda fərdi yaşayış evindən 2 min manat dəyərində elektrik naqilləri və mis boru oğurlanıb.Citypost.az APA-a istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli tərədən 25 yaşlı E. Eynili saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, E. Eynili axşam saatlarında məhəllələri gəzərək işığı yanmayan evləri seçirmiş. Evdə heç kimin olmadığını güman etdikdə içəri girir, sata biləcəyi əşyaları götürürmüş. Onun həmin evdən götürdüyü elektrik naqillərini və digər əşyaları sonradan satdığı məlum olub.Saxlanılan şəxsin eyni üsulla rayondakı digər evlərdən də oğurluq etdiyi müəyyənləşdirilib. Faktlarla bağlı araşdırma davam etdirilir....

25 Noyabr 2026, 15:30

Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi

Hacıqabulda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.Citypost.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Rəsulzadə küçəsində, qətlə yetirilən Davud Abbasovun həyətində baş verib. Cinayət ailə münaqişəsi zəminində törədilib.İlkin məlumata görə, Asim İmanov həyat yoldaşı ilə mübahisə edib və qadın atasının evinə gedib. Asim isə bir neçə gündən sonra qayınatası ilə görüşüb, həyat yoldaşının geri qayıtmasını istəyib. Kürəkənlə qayınata arasında mübahisə yaranıb və nəticədə Asim İmanov bıçaqla qayınatasına üç bıçaq zərbəsi endirib. D.İmanov aldığı xəsarətlərdən ölüb. A.İmanov polis əməkdaşları tərəfindən saxlanılıb....

25 Noyabr 2026, 15:15

Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir

Azərbaycanda içlərində hərbçilər də olmaqla, ümumilikdə 15 nəfər yanacaq mənimsəməkdə ittiham olunur.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, həmin şəxslərdən 4 nəfəri həbs edilib, 11 nəfər barəsində alternativ qətimkan tədbirləri seçilib. İş üzrə Mehdiyev Elman, İmanlı Tehran, Əmirov Həsən, Bayramzadə Kənan, Məmmədov Mobil, Əliyev Qəhrəman, Quliyev Nihad, Məmmədov Zaur, Baxşiyev Samir, Hüseynli Məhəmməd, Mustafayev Elçin, Əliyev Məmməd, Mahmudov Cahid, Seyidov Mirmusa və Tərlanzadə Ravid təqsirləndirilən şəxs qismində cəlb olunub.Onlardan bir neçəsi kapitan və mayor rütbəli hərbçilər, qalanları isə yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləridir. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 10 ildən...

25 Noyabr 2026, 11:29

Azərbaycanda iş adamı HƏBS OLUNDU

Binəqədi Rayon Məhkəməsində “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev barələrində qətimkan tədbirlərinin seçilməsinə dair təqdimatlara baxılıb.Citypost.az xəbər verir ki,APA-nın əldə etdiyi məlumata görə, məhkəmənin qərarlarına əsasən, Elşən Usubov barəsində 2 ay 11 gün müddətinə həbs, Nazim Məmmədov və Mahir Mirzəyev barələrində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.Qeyd edək ki, istintaq materiallarına əsasən, “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin istehsalat sahəsində yararlılıq müddəti bitmiş, eləcə də istehsal tarixi 24 dekabr 2026-cı il kimi göstərilmiş toyuq əti və dondurulmuş toyuq hissələri aşkar edilib.Cinayət işi üzrə Azərbaycan...

25 Noyabr 2026, 10:32

Daha bir gənc müəllim qəfil dünyasını dəyişdi

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın kollektivinə ağır itki üz verib. Citypost.az "Unikal"a istinadən xəbər verir ki, gimnaziyanın gənc fizika müəllimi Aygün dünyasını dəyişib. Onun qəfil öldüyü bildirilir. 

25 Noyabr 2026, 09:12

Şirvan sakininin əlində ov tüfənginin patronu partlayıb

Şirvan sakininin əlində patronun partlaması nəticəsində sol əlindən ağır xəsarətlər alıb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.Belə ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Abdullazadə Həmdül Tahir oğlunun, özünün bildirdiyinə görə, onun əlində ov tüfənginin patronu partlayıb.Nəticədə o, sol əlin çoxsaylı ağır travmaları ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.Onun əlində ixtisaslı cərrahiyə əməliyyatının aparılması üçün paytaxt xəstəxanalarından birinə təxliyə olunması gözlənilir.Faktla bağlı araşdırma aparılır....

25 Noyabr 2026, 07:15