Eyyubovun oğlu İngiltərədə 17 daşınmaz əmlak alıb
Cəmiyyət 25 Noyabr 2026, 14:56
348
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun ailəsinin xaricdəki biznes və əmlak maraqları ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Citypost.az Nocomment.az-a istinadla xəbər verir ki, Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Böyük Britaniyada geniş daşınmaz əmlak portfelinə sahib olması ilə bağlı araşdırma təqdim edib.
Araşdırmaya görə, Orxan Eyyubov son 14 il ərzində İngiltərədə ümumi alış dəyəri təxminən 10 milyon funt sterlinqə çatan 17 daşınmaz əmlak əldə edib. Əmlakların alınması onun benefisiar nəzarətində olduğu bildirilən NEW CANADA CAPITAL LTD şirkəti vasitəsilə həyata keçirilib.
Britaniyanın rəsmi şirkət reyestrindəki məlumatlar da Orxan Eyyubovun bu şirkətlə əlaqəsini təsdiqləyir. O, 2009-cu ildən şirkətin direktorudur. "Companies House" məlumatlarında Orxan Eyyubov şirkətin 50 faizdən çox, 75 faizdən az səhmlərinə və səsvermə hüquqlarına sahib şəxs kimi göstərilir.
Şirkətin öz internet səhifəsində isə idarə etdiyi aktivlərin dəyərinin 17 milyon funt sterlinqdən artıq olduğu qeyd edilir.
Cavanşir Həsənlinin təqdim etdiyi məlumatlarda Orxan Eyyubovla əlaqələndirilən əmlakların siyahısı diqqət çəkir. Siyahıda London, Banbuiy, Aşford, Bukingem, Vaysbeç, Kinqs-Linn, Sevenoks, Uelvin Qarden Siti (Welwyn Garden City), Northempton və Vindzor şəhərlərində yerləşən obyektlər var.
Əmlakların bir qismi və onların alış qiymətləri belədir:
19 "High Street", Aşford – 340 min funt;
345 "Upper Richmond Road West", London – 400 min funt;
212 "Upper Richmond Road", Putney – 395 min funt;
* 1 "Horse Fair", Banburi – 2 milyon 200 min funt;
* 2 "Horse Fair", Banburi – 300 min funt;
* 16 "Market Square", Bukingem – 385 min funt;
* 1 "High Street", Banburi – 300 min funt;
* 36 və 37 "Market Place", Vaysbeç – 465 min funt;
* Unit 2, 14 "Norfolk Street", Kings Linn – 350 min funt;
Həmçinin oxuyun
* 123 "High Street", Sevenoks – 317 min 500 funt;
* 37 "Wigmores North", Uelvin Qarden Siti – 336 min funt;
* 72 "High Street", Uinçester – 725 min funt.
Bundan başqa, Londonun "New Kings Road" və "Camden Walk" ünvanlarında, Northempton şəhərində "The Drapery" ərazisində, eləcə də Vindzor şəhərində "High Street"də yerləşən obyektlər də siyahıda yer alır. Həmin əmlakların bir qisminin alış qiyməti açıqlanmayıb.
Diqqətçəkən obyektlərdən biri Vindzor şəhərindəki 29–30 "High Street" ünvanında yerləşən, əvvəllər "Barclays Bank"ın binası olmuş və hazırda "Indelibly Windsor"un fəaliyyət göstərdiyi tikilidir.
NEW CANADA CAPITAL LTD özünü Böyük Britaniyada kommersiya və yaşayış daşınmaz əmlaklarının alınması, idarə olunması və investisiya fəaliyyəti ilə məşğul olan şirkət kimi təqdim edir.
Şirkətin rəsmi saytında idarə olunan aktivlərin ümumi dəyərinin 17 milyon funt sterlinqdən artıq olduğu bildirilir. Şirkət həmçinin portfel üzrə doluluq səviyyəsinin 97 faiz olduğunu açıqlayıb.
Bu göstəricilər Orxan Eyyubovun rəhbər şəxslərindən biri olduğu şirkətin Britaniya daşınmaz əmlak bazarında kifayət qədər böyük portfelə malik olduğunu göstərir.
Qeyd edək ki, Yaqub Eyyubovun ailəsinin xarici ölkələrdəki biznes fəaliyyəti ilk dəfə deyil ki, mətbuatın diqqətinə gəlir.
Hələ 2019-cu ildə Meydan TV Yaqub Eyyubovun ailə biznesi və oğlu Orxan Eyyubovun Britaniyadakı şirkətləri ilə bağlı geniş araşdırma dərc etmişdi. Həmin araşdırmada şirkətin daşınmaz əmlak investisiyaları, kapitalının artması və ofşor şirkətlərlə əlaqələri barədə məlumatlar yer almışdı.
2021-ci ildə isə araşdırmaçı jurnalist Cavanşir Həsənli Eyyubovlar ailəsinin Kanada, İngiltərə, İsveçrə və Macarıstanda şirkətlərinin olduğunu bildirmişdi. Həmin məlumatlarda Yaqub Eyyubovun qardaşı Yusif Eyyubovun Xorvatiyada, qardaşı oğlu Kamran Eyyubovun isə Azərbaycanda biznes maraqları olduğu da iddia edilirdi.
O zaman Yaqub Eyyubovun Qusar rayonunda 16 milyon manat dəyərində torpaq sahələri və fındıq bağları əldə etməsi barədə də məlumatlar yayılmışdı.
2024-cü ildə isə Orxan Eyyubovun Britaniyada qeydiyyatdan keçmiş NEW CANADA LIMITED şirkətinin ləğv edilərək reyestrdən çıxarılması barədə xəbərlər dərc olunmuşdu.
Beləliklə, yeni araşdırma Eyyubovlar ailəsinin xaricdəki biznes və daşınmaz əmlak portfeli ilə bağlı əvvəllər mətbuatda gündəmə gələn məlumatları yenidən aktuallaşdırır.
Misir Mərdanov Məleykə Abbaszadəyə tabe olacaq - Bir-birlərini ittiham edirdilər
Keçmiş təhsil naziri Misir Mərdanov bundan sonra Məleykə Abbaszadənin tabeliyində işləyəcək.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu, Məleykə Abbaszadənin noyabrın 19-da və Bakı Dövlət Universitetinin rektoru təyin edilməsindən sonra baş verib.Məsələ burasındadır ki, eks-nazir, professor Misir Mərdanov hazırda BDU-nin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. Fizika-riyaziyyat elmləri doktoru M.Mərdanov 1997-1998-ci illərdə BDU-nun rektoru, 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri işləyuib.Qeyd edək ki, Misir Mərdanovla Məleykə Abbaszadə arasında münasibətlər əvvəllər heç də yaxşı olmayıb. Xüsusilə 2011–2012-ci illərdə tərəflər arasında qarşılıqlı ittihamlar açıq şəkildə mətbuat orqanlarına da çıxmışdı. Söhbət o vaxtkı Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası...
25 Noyabr 2026, 15:00
Gürcüstanın Baş naziri gələn il Azərbaycana səfər edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze gələn il Azərbaycana rəsmi səfər edəcək."Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Bakıya səfəri çərçivəsində bildirib.M.Boçorişvili qeyd edib ki, onun Azərbaycana rəsmi səfəri ən yüksək səviyyəli görüşlərlə müşayiət olunub və bu, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycan Prezidenti, Baş naziri və parlament sədri ilə görüşdüyünü bildirib.Nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər strateji xarakter daşıyır."Gələn ilin əvvəlində biz Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tbilisiyə səfərini gözləyirik. Bundan başqa, baş nazirin (red. - İrakli Kobaxidzenin) Azərbaycana rəsmi səfərinə hazırlığa...
25 Noyabr 2026, 14:49
İxracdan gələn pulların ölkəyə köçürülməsi ilə bağlı YENİ QAYDALAR
Prezident İlham Əliyev ixracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və 24 iyun 1997-ci il tarixli fərmanla təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.Fərmana əsasən, Nazirlər Kabineti ixrac olunan malların müqabilində əldə edilən vəsaitin Azərbaycandakı müvəkkil bankların hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.Bundan başqa, İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) ilə razılaşdırmaqla, xarici ölkələrə malların ixracı üzrə hesablaşmaların aparılması qaydalarına dair təkliflərini 2 ay müddətində Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim etməlidir.AMB isə təqdim olunan təkliflər nəzərə alınmaqla, ixrac hesablaşmalarının aparılması...
25 Noyabr 2026, 14:47
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
“BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.Citypost.az xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-dan 01:00-dək “Mastercard” kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir.Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir....
25 Noyabr 2026, 14:45
Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud vakant yerlərə tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında uğur qazanaraq 40 bal və daha yüksək nəticə göstərmiş namizədlər vakant yerlər üzrə 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində BŞTİ-yə müraciət edə bilərlər.Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədin və təhsil haqqında sənədin surəti təqdim edilməlidir.Namizədlər BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrindəki mövcud vakansiyalarla aşağıdakı linkə keçid edərək tanış ola bilərlər....
25 Noyabr 2026, 14:37
BDYPİ: Yuxusuz sürücü yollarda ciddi təhlükə mənbəyidir
"Az qala hər gün qeydə alınan toqquşma, aşma, maneə vurma hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərin sayı az deyil".Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.Bildirilib ki, iş və istirahət rejiminə əməl etməyən, fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra, xüsusilə günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir."Təəssüf ki, bu kimi neqativ hallar ən çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur. Bu...
25 Noyabr 2026, 14:22