Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib
Hadisə 25 Noyabr 2026, 16:34
140
Sumqayıt şəhərində marketlərdən birində ahıl yaşlı qadına qarşı cibgirlik edilib.
Citypost.az APA-a istinadən xəbər verir ki, qadının çantasının açıq olduğunu görən naməlum şəxs onu izləyib və fürsət yaranan kimi çantadan içərisində 1289 manat olan pul kisəsini oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Həmçinin oxuyun
Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş V.Nəzərov müəyyən edilərək saxlanılıb. O, ifadəsində oğurladığı pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanda tələbə binadan yıxılaraq ölüb
Azərbaycanda tələbə bədbəxt hadisə nəticəsində ölüb.Oxu.Az-ın əldə etdiyi məlumata görə, Həsən Əlili binanın 5-ci mərtəbəsindən yıxılıb.Onun tələbə olduğu bildirilir.Hadisənin təfərrüatı dəqiqləşdirilir.
25 Noyabr 2026, 16:26
Sumqayıt bulvarında dənizdə batan 20 yaşlı oğlanın meyiti tapılıb
Sumqayıt bulvarında dənizdə batan 20 yaşlı oğlanın meyiti tapılıb.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.Məlumata görə, 18 noyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....
25 Noyabr 2026, 16:20
Azyaşlı bacıların ölümü ilə bağlı - Açıqlama
Noyabrın 7-si saat 09:35 radələrində və noyabrın 22-si saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb. Citypost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.Qeyd edək ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23...
25 Noyabr 2026, 16:15
"PlayStation 5" oğurlayan şəxs saxlanıldı, evindən tapança çıxdı - Foto
Xırdalanda internet salonlarından birindən 1500 manat dəyərində "PlayStation 5" oyun konsolu oğurlanıb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən E.Fərzəliyev saxlanılıb.O, salona müştəri kimi daxil olub və oyun konsolunu özü ilə gətirdiyi idman çantasına qoyaraq ərazidən uzaqlaşıb.Əməliyyat tədbirlərinin davamı olaraq, E.Fərzəliyevin Bakıda yaşadığı mənzilə baxış zamanı "Glock" markalı tapança, daraq və 7 ədəd patron aşkarlanıb.Araşdırmalarla E.Fərzəliyevin odlu silah-sursatı tanışı S.Qocamanovla öncədən birgə əldə etdiyi və satış məqsədilə saxladığı müəyyənləşdirilib. Əməliyyat zamanı S.Qocamanov da saxlanılaraq istintaqa təqdim edilib.Faktla bağlı cinayət işi başlanıb. Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir....
25 Noyabr 2026, 15:45
Xəzər rayonunda gecə evlərdən oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Xəzər rayonunda fərdi yaşayış evindən 2 min manat dəyərində elektrik naqilləri və mis boru oğurlanıb.Citypost.az APA-a istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli tərədən 25 yaşlı E. Eynili saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, E. Eynili axşam saatlarında məhəllələri gəzərək işığı yanmayan evləri seçirmiş. Evdə heç kimin olmadığını güman etdikdə içəri girir, sata biləcəyi əşyaları götürürmüş. Onun həmin evdən götürdüyü elektrik naqillərini və digər əşyaları sonradan satdığı məlum olub.Saxlanılan şəxsin eyni üsulla rayondakı digər evlərdən də oğurluq etdiyi müəyyənləşdirilib. Faktlarla bağlı araşdırma davam etdirilir....
25 Noyabr 2026, 15:30
Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi
Hacıqabulda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.Citypost.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Rəsulzadə küçəsində, qətlə yetirilən Davud Abbasovun həyətində baş verib. Cinayət ailə münaqişəsi zəminində törədilib.İlkin məlumata görə, Asim İmanov həyat yoldaşı ilə mübahisə edib və qadın atasının evinə gedib. Asim isə bir neçə gündən sonra qayınatası ilə görüşüb, həyat yoldaşının geri qayıtmasını istəyib. Kürəkənlə qayınata arasında mübahisə yaranıb və nəticədə Asim İmanov bıçaqla qayınatasına üç bıçaq zərbəsi endirib. D.İmanov aldığı xəsarətlərdən ölüb. A.İmanov polis əməkdaşları tərəfindən saxlanılıb....
25 Noyabr 2026, 15:15