Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Hərbi 25 Noyabr 2026, 18:10

540

Türkiyə Respublikası Milli Müdafiə Universiteti rektorunun müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti tədris gəzintisi proqramı çərçivəsində Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.

Proqram çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovla görüşüb. Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq əlaqələri və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Qənimətlər Parkında və Heydər Əliyev Mərkəzində olub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kərim Vəliyev Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi general-mayor Şaraf Egamzodun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Qeyd edilib ki, qonaqları salamlayan Baş Qərargah rəisi ölkələrimiz arasında hərbi əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edib, bu əməkdaşlığın gələcəkdə hərbi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-mayor Ş.Egamzod ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirib, bu cür görüşlərin, o cümlədən müdafiə sahəsində təcrübə mübadiləsinin aparılmasının ordularımız arasında əlaqələrin daha da inkişaf...

25 Noyabr 2026, 16:29

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinndən məlumat verilib.Başsağlığında deyilir: "Eskişehir şəhərində AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin"....

24 Noyabr 2026, 23:15

Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib

Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair görüş keçirilib.Citypost.az xəbər verir ki, görüşdə müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin edilməsi, təchizat zəncirinin dayanıqlılığın gücləndirilməsi və NATO-nun kollektiv logistik təminat fəaliyyətləri barədə təqdimatlar verilib.Tərəflər, NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması, Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının (OLSP) fəaliyyət istiqamətləri, üzv dövlətlərin milli, çoxtərəfli və NATO çərçivəsində mövcud olan logistik imkanlarından birgə istifadə mexanizmləri, həmçinin Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.Görüşdə, bununla yanaşı hərbi qulluqçular üçün təlim...

21 Noyabr 2026, 12:11

Azərbaycan-Gürcüstan-Türkiyə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.Müdafiə Nazirliyindən Citypost.az--a verilən məlumata görə, əvvəlcə qonaqlar təlim poliqonunda bölmələr tərəfindən enerji daşınması üzrə kritik infrastruktur obyektlərinin mühafizəsi və müdafiəsi, ehtimal olunan təhdidlərə və asimmetrik qüvvələrdən qaynaqlanan təhlükələrə qarşı icra edilən fəaliyyətləri izləyiblər.Qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, eləcə də təlim iştirakçılarının peşəkarlığı müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.Sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin yekunlaşması münasibətilə bağlanış mərasimi keçirilib.Tədbir hər üç ölkənin azadlığı uğrunda canından keçənlərin əziz xatirəsinin bir...

20 Noyabr 2026, 20:15

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib

Azərbaycan və Belarus respublikaları müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi – Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla “Rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü” keçirilib. Tədbirdə həmçinin rabitə bölmələrinin və vasitələrinin tətbiqi, eləcə də digər mövzulara dair qarşılıqlı fikir mübadiləsi aparılıb.Sonra nümayəndə heyəti N saylı hərbi hissədə olub. Burada qonaqlara Azərbaycan Ordusunda rabitə işinin təşkili haqqında ətraflı məlumat verilib, müasir tələblərə cavab verən müxtəlif...

20 Noyabr 2026, 18:28

XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, toplanışa qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat vasitələri ilə təmin olunub.Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Çıxış edənlər toplanışın ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb. Tədbir hərbi vəzifəlilərin təntənəli marşla...

19 Noyabr 2026, 19:40