Bizə yazın

Baku

-°C

USD

-

SOCAR İsraildə qaz yatağında qazıntı işlərinə başlayıb

İqtisadiyyat 25 Noyabr 2026, 18:30

416

SOCAR-ın strukturuna daxil olan “Caspian Drilling Company” (CDC) şirkəti İsrailin cənubunda qaz perspektivli quyunun qazılmasına başlayıb.

Bu barədə "APA-Economics" CDC-yə istinadən xəbər verir.

Məlumata görə, şirkət “Mosestro” şirkətinin sifarişi əsasında "Sifra North 01" quyusunda qazma işləri aparır.

""Caspian Drilling Company Ltd" (CDC) və Kompleks Qazma İşləri Tresti (KQİT - SOCAR-ın qazma struktur bölməsi) sifarişçimiz "Mosestro" üçün İsraildə "Sifra North 01" quyusunda birgə qazma işlərinə başlanıldığını məmnuniyyətlə bildirirlər. Qazma öncəsi yoxlama siyahısı üzrə bütün yoxlamalar tamamlandıqdan sonra 22 noyabr 2026-cı il saat 11:20-də quyunun qazılmasına başlanılıb. Bu mühüm mərhələ hər iki komandanın hazırlığını və əlaqələndirilmiş işini əks etdirir. Sifarişçimiz Mosestro-ya, layihə tərəfdaşlarımıza və hazırlıq işlərinə töhfə verən hər kəsə təşəkkür edirik. CDC və KQİT qazma işlərinin təhlükəsiz və səmərəli aparılması üçün sıx əməkdaşlığı davam etdirəcəklər", - məlumatda qeyd olunur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gələn il 1,1 milyon insanın pensiyası artırılacaq

Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək.Citypost.az ƏƏSMN-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.Vurğulanıb ki, sosial müdafiə sisteminin inkişafı Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırığı ilə son 7 ildə illik əlavə 8 milyard manat vəsaitin ayrıldığı 5 böyük sosial islahat paketi icra olunub. Minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu...

25 Noyabr 2026, 18:18

Bu rüsum 4 dəfə azaldılır

Məhkəmə əmri ilə bağlı dövlət rüsumunun məbləği 4 dəfəyə qədər azaldılır.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahiibkarlıq komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.Layihəyə əsasən, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində olan dövlət rüsumu 25 manata endirilir.Qeyd edilib ki, eləcə də qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılması təklif olunur.Qüvvədə olan qanuna görə, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 1000 manatadək qiymətləndirilən iddia ərizəsinə...

25 Noyabr 2026, 12:25

Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA

"Pensiyaların 7,5 faiz artırılması gözlənilsə də, bu artım vətəndaşların gündəlik xərclərini qarşılamaq və alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etməyə bilər".BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.Onun sözlərinə görə, pensiyaların indeksləşdirilməsi yalnız ödənişlərin nominal məbləğinin yüksəldilməsi kimi qiymətləndirilməməlidir:"Bu addım eyni zamanda inflyasiyanın əhalinin gəlirlərinə təsirinin azaldılmasına və ailə büdcəsinin qorunmasına xidmət etməlidir. Hazırda 320 manat məbləğində olan pensiyanın 7,5 faiz artırılması təxminən 344 manata çatması deməkdir. Bununla belə, pensiya artımının hər kəsə eyni məbləğdə tətbiq olunacağını düşünmək düzgün deyil. Çünki yekun ödənişlər fərdi hesablamalar əsasında müəyyənləşdirilir. Burada şəxsin əmək stajı və fərdi hesabında topladığı pensiya kapitalı...

25 Noyabr 2026, 11:42

Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq

Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.Citypost.az bu barədə Fonda istinadən xəbər verir.Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.

24 Noyabr 2026, 17:20

Pensiya, müavinət və maaşlar ARTIRILIR – Detallar açıqlandı 

2027-ci ildə Azərbaycanda növbəti sosial islahat paketinin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı maliyyə təminatı dövlət büdcəsinin layihəsində öz əksini tapıb.Proses hansı sahələrə şamil olunacaq?Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, nəzərdə tutulan sosial paketin əsas istiqaməti əhalinin gəlirlərinin artırılması və inflyasiyanın insanların alıcılıq qabiliyyətinə təsirinin yumşaldılması olacaq:“Artıq rəsmi açıqlamalardan da görünür ki, söhbət yalnız pensiyaların artırılmasından getmir. Əməkhaqlarının və sosial ödənişlərin artırılması da nəzərdə tutulan tədbirlər sırasındadır. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bununla bağlı növbəti, altıncı sosial islahat paketinin hazırlanması üçün büdcədə maliyyə təminatının yaradıldığını bildirib. İlk növbədə...

24 Noyabr 2026, 11:43

DSMF: 10 ayda 26 mindən çox şəxsə əmək pensiyası təyin olunub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 145 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.Citypost.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.Məlumata görə, onların 62,65 %-ni kişilər, 37,35 %-ni isə qadınlar təşkil edib.

24 Noyabr 2026, 10:53