Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda "Temu"ya qarşı aparılan araşdırma başa çatıb

Cəmiyyət 25 Noyabr 2026, 16:17

486

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu" elektron ticarət platformasının sahibi olan "PDD Holdings"ə qarşı rəqabət pozuntusu əlamətləri üzrə apardığı araşdırmanı yekunlaşdırıb.

Citypost.az-a bu barədə Agentlikdən məlumat verilib.

Məlumata görə, araşdırma rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etmə və rəqabət qanunvericiliyinin - Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri əsasında aparılıb.

Araşdırmanın nəticəsi olaraq, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Hazırda iş qaldırılması məsələsinə baxılması davam etdirilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Nəinki ev verildi, üstəlik əlilliyim də kəsildi” - Hərbçinin şikayətinə rəsmi cavab

16 il Azərbaycan Ordusunda zabit kimi xidmət etmiş Vətən müharibəsi qazisi Faiq Savəddin oğlu Abdullayev 5 illik müddəti bitdikdən sonra II qrup əlillik statusunun bərpa olunmamasından və sosial problemlərindən şikayətlənir.Citypost.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Salyan rayon sakininin sözlərinə görə, 2005–2021-ci illərdə orduda xidmət edib. 44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib, 2020-ci il noyabrın 7-də Xocavənddə ağır yaralanıb. Bir neçə dəfə əməliyyat olunan mayorun bədənində hələ də qəlpə qalır, eləcə də yoğun bağırsağının 20 santimetri kəsilərək götürülüb.F. Abdullayev bildirir ki, 2021-ci il iyulun 22-də ona 5 il müddətinə II qrup əlillik təyin olunsa...

25 Noyabr 2026, 16:25

Əli Əsədovdan Əmək Məcəlləsi ilə bağlı SƏRƏNCAM

Nazirlər Kabineti Əmək Məcəlləsinə edilən dəyişikliklərin icrasını təmin etmək üçün sərəncam verib.Citypost.az xəbər verir ki, noyabrın 25-də imzalanan sərəncama əsasən, Ədliyyə Nazirliyi Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay ərzində hökumətə təqdim etməlidir.Təkliflər Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə, Fövqəladə Hallar və Energetika nazirlikləri, eləcə də digər aidiyyəti qurumlarla razılaşdırılacaq.Mərkəzi icra hakimiyyəti orqanlarına dörd aydan gec olmayaraq səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.Ədliyyə Nazirliyi həmin qurumların normativ hüquqi və normativ xarakterli aktlarının qanuna uyğunlaşdırılmasını təmin etməli və altı ay ərzində Nazirlər...

25 Noyabr 2026, 16:02

İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin əmlakı üzərinə həbs qoyulub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, icra başçısının mülklərinin demək olar, hamısı Bakıda yerləşir:1. Bakıda fərqli ünvanlarda bir neçə mənzil;2. Bağ evi;3. Qeyri-yaşayış sahələri (obyektlər);4. Üç bahalı minik avtomobili;5. Doğulduğu Göyçay rayonunda bağ evi.Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında üzərinə həbs qoyulan əmlakların ümumi qiyməti 3 milyon manata yaxındır.Artıq DTX bu iş üzrə istintaqı bitirib. İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (mənimsəmə-külli miqdarda), 311.3.2, 311.3.1, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yekun ittiham...

25 Noyabr 2026, 15:50

Nigar Şirinova İŞDƏN ÇIXDI

“Best Soft” MMC-nin layihə meneceri işdən çıxıb.Citypost.az xəbər verir ki, Nigar Şirinova şirkətdəki vəzifəsindən ayrılıb.O, 2023-cü ilin noyabrından 2026-cı ilin oktyabrınadək bu şirkətdə çalışıb.Qeyd edək ki, “Best Soft” şirkəti 2009-cu ildə yaranıb. Şirkət biznes proseslərinin avtomatlaşdırılması, proqram təminatı və ticarət avadanlıqları sahəsində ixtisaslaşmış Azərbaycan İT şirkətidir./Yurd.Media/

25 Noyabr 2026, 15:40

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi məhkəmədən vaxt istəyib

Külli miqdarda mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov son sözə hazır olmadıqları üçün məhkəmədən vaxt istəyiblər.Citypost.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Raqif Abbasov məhkəməyə vəsatət təqdim edib.O, vəsatətində cinayət işi üzrə müəyyən sənədlərin ekspertizaya göndərilməsini və yenidən yoxlanılmasını xahiş edib.Məhkəmə eyni məzmunlu vəsatətin əvvəlki iclaslarda da verildiyini əsas gətirərək onu təmin etməyib.Daha sonra çıxış üçün vəkillərə söz verilib.Hər iki təqsirləndirilən şəxsin vəkili müvəkkillərinə bəraət verilməsini xahiş edib.Onlar müvəkkillərinin təqsirsiz olduqlarını və rəhbərliyin tapşırıqlarını...

25 Noyabr 2026, 15:34

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Litva Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq istəyir.Citypost.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.Nazirin sözlərinə görə, viza prosedurlarının sadələşdirilməsi Litvanın Azərbaycanla münasibətlərdə konkret nəticələr əldə etmək istədiyi istiqamətlərdən biridir."Müzakirələr hələ yeni başlayıb, lakin mən inanıram ki, hər iki tərəf səfərlər üçün daha əlverişli şərait yarada, insanlar arasında təmasları genişləndirə və qarşılıqlı anlaşmanı gücləndirə biləcək", - o bildirib.O, xatırladıb ki, 2027-ci il yanvarın 1-də Litva Avropa Birliyi Şurasında sədrliyə başlayacaq. Vilnüs AB ölkələrinə bütün 27 üzv dövlət üçün məqbul olan həll yollarını tapmaqda və AB-nin...

25 Noyabr 2026, 15:17