Bizə yazın

Baku

-°C

USD

-

Xocalı qatilləri Bakıya təhvil veriləcək? - yeni konstitusiyada ŞOK müddəa

Siyasət 25 Noyabr 2026, 15:55

391

Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sənədinin imzalanması üçün tələb olunan əsas şərtin icrası istiqamətində Nikol Paşinyan hakimiyyətinin addımları, yeni konstitusiyanın mətninin ictimailəşdirilməsi revanşist-radikalların daha da quduzlaşması ilə müşayiət olunmaqdadır. Musavat.com-un məlumatına görə, erməni mediası hər gün bu mövzu ilə bağlı ağlasığmaz iddiaları tirajlamaqla hakim komandaya qarşı ictimai qəzəbi artırmağa çalışır.

Bu dəfə isə yeni konstitusiya ilə bağlı xüsusi qabardılan müddəa layihədə Ermənistan vətəndaşlarının Azərbaycana təhvil verilməsi imkanı yaradılmasıdır. Bu fikri vəkil Ovannes Xudoyan deyib.

Xudoyanın qiymətləndirməsinə görə, yeni müddəa onunla şərtlənir ki, vətəndaşlıqdan məhrumetmə təzyiq alətinə çevrilməlidir. Belə ki, insanlar öz əqidələrinə görə həbsxanaya düşməkdən qorxmadıqları üçün hakimiyyət yeni təzyiq üsulu fikirləşib. Eyni zamanda, bununla Ermənistan vətəndaşlarının digər ölkələrə verilməsinə dair qadağa aradan qaldırılır və o cümlədən Azərbaycanın tələbi ilə təhvil vermək imkanı yaranır.

Xudoyan bildirib ki, Azərbaycan hakimiyyəti üçün “Dağlıq Qarabağ” və ətraf rayonların ərazisində xidmət etmiş hər bir şəxs cinayətkar hesab olunur: ya sərhədi qanunsuz keçib, ya da döyüş əməliyyatlarının iştirakçısıdır.

“Vaxtilə Artsaxda xidmət etmiş hər kəs vətəndaşlıqdan məhrum edildikdən sonra Azərbaycana təhvil verilə bilər. İlk baxışdan bu, absurd görünür, lakin Azərbaycanın maraqlarına necə canfəşanlıqla xidmət edildiyini nəzərə alsaq, bu ssenarini real hesab etmək olar”, - deyə Xudoyan bildirib.

Citypost.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ermənistanın yeni konstitusiya mətnində bu müddəanın təsbit olunması Azərbaycan üçün nəzərdə tutulmayıb:

“Ermənistan hesab edir ki, hər hansı bir şəxsi bu və ya digər səbəblərdən vətəndaşlıqdan məhrum edə bilər. Təbii ki, vətəndaşlıqdan məhrum etdikdən sonra digər hüquqi prosedurların başlanması istisna deyil. Yəni Ermənistan öz vətəndaşlarını ikinci və ya üçüncü ölkəyə təhvil vermək üçün qanunlarında məhdudiyyət qoyubsa, yeni konstitusiyada bu məhdudiyyət aradan qaldırılırsa, bəli, gələcəkdə rəsmi İrəvan müqavilə bağladığı dövlətlərə ikitərəfli və ya çoxtərəfli müqavilələr əsasında cinayət törətmiş şəxsləri digər dövlətlərə təhvil verə bilər. Amma bu, kütləvi hal ala bilməz. Yəni bu, absurd bir ideyadır. Bu, ölkənin tarixində hər 5-10 ildən bir tək-tək baş verə bilən hallardandır”.

Onun sözlərinə görə, Ermənistanın onminlərlə vətəndaşı Qarabağda gedən döyüşlərdə iştirak edib: “Onda belə çıxır ki, Paşinyan həmin onminlərlə insanı vətəndaşlıqdan məhrum edib, Azərbaycana təhvil verəcək?! Xeyr, bu, real deyil. İnanmıram ki, rəsmi İrəvan keçmiş Dağlıq Qarabağda döyüşlərdə iştirak etmiş şəxsləri - mən sıraviləri, əmrə tabe olaraq oraya gələnləri, hərbi çağırış xətti ilə göndərilənləri nəzərdə tutmuram - mülki və ya komandirlər heyəti səviyyəsində kimlərisə Azərbaycana təhvil versin”.

Çingiz Qənizadə Xocalı qatilləri - Serj Sərkisyan, Robert Köçəryan kimi canilərim təhvil verilməsini istərdi: “Çünki təkcə Xocalıda bir gecədə 613 mülki şəxsin və hərbçinin qətlə yetirilməsi soyqırımıdır. Soyqırımı törədənləri Azərbaycana təhvil verməkdən imtina edirlərsə, gələcəkdə reallaşması inandırıcı görünmür”.

Hüquqşünas hesab edir ki, Xudayan revanşist qüvvələrə bağlıdır və yeni konstitusiya mətnini gözdən salmaq üçün təbliğatda iştirak edir.

Müsahibimiz qeyd edib ki, Paşinyan referendumdan sonra Sərkisyan, Köçəryan və digər qatilləri vətəndaşlıqdan məhrum edərək Azərbaycana təhvil verərsə, bu, tək-tək hal kimi müsbət dəyərləndirilə bilər: “Çünki onlar həm soyqırımı, həm müharibə cinayətləri törədiblər, terrorçuluqla məşğul olublar və ölkəmizə qarşı digər bir çox cinayət əməllərinə yol veriblər. Bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətlərdir. Baxaq görək, zaman nə deyəcək, gələcəkdə nələr baş verəcək”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib 

Azərbaycan Prezidenti İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin!"Xatırladaq ki, noyabrın 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetin 89 yaşında vəfat edib....

25 Noyabr 2026, 15:04

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Litvanın xarici işlər naziri Kestutis Budrisin qəbuluna dair video paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyev Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbul edib. https://t.co/CEHv2l8SZN— İlham Əliyev (@azpresident) November 25, 2026

25 Noyabr 2026, 15:04

Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Baş naziri Əli Əsədov noyabrın 25-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub.Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib.Görüş zamanı ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib....

25 Noyabr 2026, 13:45

Kestutis Budris: Azərbaycan malların Avropaya çatdırılmasında mühüm rol oynayacaq

“Bu səhər cənab Prezident İlham Əliyev ilə çox məzmunlu, səmərəli və maraqlı görüşüm oldu və bu məni 25 il əvvələ qaytardı”.Citypost.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, 25 il əvvəl onun Xəzər dənizi regionuna və Avrasiya qitəsinin enerji ehtiyatları və yeni nəqliyyat marşrutları ilə bağlı bütün bir hissəsinin yeni gələcəyinə böyük akademik marağı olub: “İndi sübut olunub ki, Azərbaycan regionları — Mərkəzi Asiyanı, Cənubi Qafqazı birləşdirən əsas ölkə olacaq, bütün malları Avropaya gətirəcək və Avropaya bunu etməkdə kömək edəcək. Mən bunu həm də o vaxt...

25 Noyabr 2026, 13:43

Kestutis Budris: Azərbaycan ilə Avropa arasında tərəfdaşlıq çox vacibdir

"Azərbaycanın güclü ölkəyə çevriləcəyinə ümid edirik".Citypost.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.“İkitərəfli əlaqələrdə çox maraqlı layihələr həyata keçirilə bilər və bu layihələrə digər əsas tərəfdaşların da cəlb olunması mümkündür. Azərbaycanın daha da güclü ölkəyə çevriləcəyinə ümid edirik. Azərbaycan ilə Avropa arasında tərəfdaşlıq çox vacibdir. Hazırda elə bir dövrdür ki, münasibətlərimizi daha da gücləndirməliyik. Liderlərimizin çox fəal təmasları mövcuddur. Azərbaycanlı tələbələrin Litvada təhsil almasından qürur duyuruq. Sabahkı biznes forumda iqtisadiyyat nazirləri arasında görüşlər, eləcə də biznes icmalarımızın təmasları keçiriləcək. İnvestisiya imkanları bizim üçün xüsusi əhəmiyyət daşıyır. Litva...

25 Noyabr 2026, 13:41

Kestutis Budris: Litva yekun sülh sazişinin imzalanacağına ümid edir

Litva Vaşinqton prosesini dəstəkləyir.Citypost.az  xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.“Vaşinqton prosesini dəstəkləyirik və son baş verən hadisələri diqqətlə izləyirik. Ümid edirik ki, yekun sülh sazişi imzalanacaq. Biz regionda sabitliyin təmin olunmasında maraqlıyıq”, - nazir qeyd edib.O əlavə edib ki, Litva sülh prosesinə öz töhfəsini verməyə hazırdır: “Öz təcrübəmizi Azərbaycanla bölüşməkdə maraqlıyıq. Həmçinin, minaların təmizlənməsi prosesinə də töhfə veririk”....

25 Noyabr 2026, 13:40