Somali dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Siyasət 26 Mart 2025, 15:00

717
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Citypost.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Ramazan bayramı mənəvi düşüncə, birlik və yenilənmə dövrüdür, dünyadakı müsəlmanları şəfqət, xeyirxahlıq və sülh ruhunda bir araya gətirir. Bu mübarək bayramın Azərbaycan xalqına və hökumətinə sevinc, rifah və davamlı harmoniya gətirməsini arzulayıram.
Somali Federativ Respublikası ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq əlaqələrinə önəm verir. Biz gələcək illərdə bu ikitərəfli əlaqələrin daha da gücləndiriləcəyinə ümidvarıq.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb
Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq, ona qarşı sərt etiraz bildirilib.Citypost.az-ın məlumatına əsasən, qarşı tərəflə danışıq olduqca sərt aparılıb.Almaniya səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirsə də, XİN-in məlumatında qeyd olunduğu kimi, Azərbaycan Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib.Maraqlıdır ki, Almaniya tərəfi hələ də məsələ ilə bağlı üzrxahlıq etməyib.Əgər bu, həqiqətən də, texniki səhvdirsə, ictimai təxribat deyilsə, nəyə görə Almaniya üzrxahlıq etməkdən çəkinir?!Qeyd edilən paylaşım fonunda, əgər Almaniya tərəfi məsələ ilə bağlı üzrxahlıq...
31 Mart 2025, 20:18

Almaniya səfiri XİN-ə çağırılıb, Ştaynmayerin qondarma rejimin “bayrağını” paylaşmasına görə kəskin etiraz bildirilib
Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.Bununla yanaşı, Qarabağ bölgəsinin erməni...
31 Mart 2025, 20:02

Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti arasında telefon danışığı olub
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İran Prezidentini və xalqını bayram münasibətilə təbrik edib.Məsud Pezeşkian təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.Telefon danışığı əsnasında ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb....
31 Mart 2025, 14:24

Türkjiyə Azərbaycanda sülhə töhfə verir - Ərdoğan
Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir.Citypost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Amfibiya Korpusu Komandanlığının şəxsi heyətinə müraciətində deyib.O bildirib ki, Türkiyə Suriya və İraqda terrorla mübarizə aparır: “Eyni zamanda biz Albaniya, Liviya, Azərbaycan, Qətərdə sülh və təhlükəsizliyin təsis olunmasına töhfə veririk”.
30 Mart 2025, 16:34

Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub
Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.Citypost.az-ın xəbərinə görə, Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.Pakistanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib.Məhəmməd Şahbaz Şərif bu il ölkəmizə dövlət səfərini və Prezident İlham Əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin...
30 Mart 2025, 15:24

Azərbaycan və Çin arasında siyasi məsləhətləşmələr keçirilib
26-28 mart 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub.XİN-dən Citypost.az-a verilən xəbərə görə, 28 mart tarixində Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər.Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.Müzakirələr çərçivəsində, 3 iyul...
28 Mart 2025, 14:30