Rəsmi Bakı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir - BƏYANAT
Cəmiyyət 31 Mart 2025, 09:48

471
Xarici İşlər Nazirliyinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.
Citypost.az xəbər verir ki, bəyanatda deyilir:
"Bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın özünün də etiraf etdiyi kimi Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgəri tərəfindən planlı şəkildə “əksinqilabçılarla mübarizə” adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.
On minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur.
Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.
Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla baş verənlərə siyasi qiymət verilib.
XX əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik nifrət və dözümsüzlük siyasəti əsrin sonunda azərbaycanlıların indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə cinayətləri ilə davam etdirilib.
Hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir.
Bu baxımdan, Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin!"
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:"Hörmətli İlham Heydər oğlu.Beynəlxalq Novruz bayramı münasibətilə Sizə və Sizin timsalınızda Azərbaycan Respublikasının qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.Dünyanın bir çox ölkəsində geniş şəkildə qeyd olunan bu gözəl bayram baharın başlanğıcını və təbiətin oyanmasını özündə təcəssüm etdirir. Novruz bayramı müxtəlif ölkələr və mədəniyyətlər arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində əsas rol oynayır. Bu işıqlı bayram müasir dünyada humanist hisslərin yaranmasına və möhkəmlənməsinə ilham verən ümid simvoludur.Qoy bu gözəl bayram Sizin və ölkənizin bütün xalqı üçün xoşbəxtlik, sevinc və yeni uğurlar gətirsin!"...
01 Aprel 2025, 18:56

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aprelin 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Naxçıvan MR, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Gəncə, Samux, Şəmkir, Ağdaş, Tovuz, Ağstafa, Qazax, Neftçala, Salyan, Sabirabad, İmişli, Hacıqabul, Zərdab, Şirvan, Şabran, Siyəzən, Tərtər, Yevlax, Bərdə, Ağdam, Göygöl, Ucar, Kürdəmir, Gədəbəy, Beyləqan, Ağcabədi, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Saatlı, Astara və Qubada qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Kəlbəcər, Daşkəsən, Naftalan, Goranboy, Göyçay, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Balakən, Zaqatala, Qax, Mingəçevir, Xaçmaz, Xızı və Qusarda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san...
01 Aprel 2025, 18:43

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılıb
Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılıb.Citypost.az xəbər verir ki, şagirdlərin yerdəyişməsi www.sy.edu.az elektron sistemi üzərindən həyata keçirilib.Qeyd edək ki, 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi 25 fevralda aktiv edilmişdi. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, 1-8 və 10-cu sinifləri əhatə edirdi.
01 Aprel 2025, 18:39

TDT Baş katibi Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Möhtərəm cənab Prezident.Təbiətin canlanmasının və torpağın oyanışının rəmzi olan, Türk xalqlarının hər il qeyd etdikləri çoxəsrlik tarixə malik Novruz bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.Qədim tariximizin və irsimizin bir parçası olan Novruz bayramı ortaq adət-ənələrimizin, mənəvi dəyərlərimizin qorunması və təşviqi, eləcə də Türk birliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.Bu əlamətdar bayram münasibətilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm"....
01 Aprel 2025, 13:55

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevi təbrik edib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:"Zati-aliləri.Yeniləşmə və ümid bayramı olan Novruz bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırır, yeni imkanlar, uğurlar və firavanlıq dolu bir mövsüm arzu edirəm.Bu əlamətdar bayramın bizim regional əməkdaşlığımıza dair ümumi öhdəliyimizi daha da gücləndirməsini diləyirəm.Fürsətdən istifadə edərək, həmçinin Zati-alinizi mübarək Ramazan bayramı münasibətilə də təbrik edirəm. Qoy bu bayram hamımıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin, bölgəmizdə birlik və həmrəyliyi daha da möhkəmləndirsin!Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"....
01 Aprel 2025, 13:48

Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, məktubda deyilir:“Hörmətli İlham Heydər oğlu.Beynəlxalq Novruz bayramı münasibətilə ən səmimi təbriklərimizi və ürəkdən gələn xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.Qədim tarixə malik bu bayram mədəni irs və çoxəsrlik ənənələrin vəhdətinin təcəssümü kimi sülh və təhlükəsizlik, qarşılıqlı hörmət və dəstək ideyaları əsasında onun coğrafiyasındakı xalqlar arasında əlaqələrin inkişafında mühüm rol oynayır.Novruzun əbədi yaradıcılıq ənənələri bizi xalqlarımız və ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün daim səy göstərməyə sövq edir.Tacikistan strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla dövlətlərarası münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə edir.Əminəm ki,...
01 Aprel 2025, 13:39