Alqış Musayev:“Bayrağımızı yüksəltməyə artıq heç nə mane olmur”
Siyasət 10 Noyabr 2026, 08:26
283
Dövlət himnimizin 3-cü bəndi oxunanda,-
Namusunu hifz etməyə
bayrağını yüksəltməyə…-
içimizi bir xəcalət duyğusu göynədirdi.
Düşünürdük, daşınırdıq
Kim hifz edəcək?
Atasının gözü önündə döşləri kəsilən 11 yaşlı azərbaycanlı qızcığazın fəryadı qulaqlarımızda əks səda verirdi.
Erməni əsirliyində məşəqqətlər yaşamış yeganələrin, dürdanələrin iztirabı dil açırdı.
Himnimiz yarımçıq idi.
Təkrar-təkrar oxunsa da, axırda yarımçıq qalırdı.
Tamamlana bilmirdi.
Tamamlaya bilmirdik.
İlham Əliyev dövlət suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməklə bərabər, Dövlət himnimizi də məzmunca tamamladı, bütövləşdirdi...
Alqış Musayev
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Əməkdar jurnalist. YAP İdarə Heyətinin üzvü
Xalid Kazımlı: “Öz dövlətinin yanında olanlara niyə trol deyirsiniz?”
Əməkdar jurnalist Xalid Kazımlı Azərbaycan-Türkiyə münasibətlərində son dövrlər yaşanan gərginlik və bu proses ətrafında aparılan müzakirələrlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan dövlətinin və xalqının mövqeyini müdafiə edən şəxslərin “trol” adlandırılmasını tənqid edib.Xalid Kazımlı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra son 30 gündən artıq müddətdə yaşanan gərginliyin başa çatdığını düşünən bəzi şəxslərin paylaşımlarında hücum edənlə hücuma məruz qalan arasında bərabərlik yaradılır.Əməkdar jurnalistin sözlərinə görə, son bir ay ərzində Azərbaycana qarşı yüzlərlə video paylaşılıb, minlərlə təhqiramiz və ağır ifadələrdən ibarət status dərc edilib. Buna cavab olaraq isə Azərbaycandan yalnız...
10 Noyabr 2026, 08:12
N.Sabirqızı: Bəziləri Türkiyəni Rusiya və İranla səhv salıb
Jurnalist Nigar Sabirqızı Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginlik və bu proses ətrafında səsləndirilən fikirlərlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan cəmiyyətində Türkiyəyə münasibətin Rusiya və İrana münasibətdən fərqli olduğunu vurğulayıb.Nigar Sabirqızı bildirib ki, Azərbaycan indiyədək Rusiya və İranla ciddi gərginliklər yaşasa da, bu hadisələr cəmiyyətdə Türkiyə ilə münasibətlərdə yaranan vəziyyət qədər narahatlıq doğurmayıb. Bunun əsas səbəbi isə Türkiyənin Azərbaycan xalqı üçün xüsusi yerə malik olmasıdır.Jurnalistin sözlərinə görə, Moskva və Tehranla münasibətlər kəskinləşəndə Bakıdan səsləndirilən sərt bəyanatlar cəmiyyətdə birmənalı qarşılanırdı. Türkiyə ilə bağlı yaranan vəziyyət isə hər iki ölkədə insanları narahat edirdi.O qeyd edib...
10 Noyabr 2026, 08:06
Aydın Quliyev: “Trampın İranı yenidən vurması ehtimalı var”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün hərbi qərarları barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Aydın Quliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Politoloq hesab edir ki, Donald Tramp İranla bağlı yenidən hərbi əməliyyatlara başlaya bilər. O, belə bir ehtimalı Trampın müharibə kimi ciddi qərarları emosional reaksiyalar əsasında verməsi ilə əlaqələndirib.Aydın Quliyev xatırladıb ki, onun iddiasına görə, iyulun 7-də Ankarada keçirilən NATO sammitindən sonra, ertəsi gün Tramp İrana zərbə endirmək barədə əmr verib. Halbuki bundan əvvəl Xomeyninin dəfn mərasimi ilə əlaqədar bir həftəlik atəşkəs elan edilmişdi.Politoloqun fikrincə, dəfn mərasimində səsləndirilən “Trampa ölüm” şüarları...
10 Noyabr 2026, 02:35
Elçin Rüstəmli: Azərbaycan-Türkiyə müttəfiqliyi cəmiyyətin bütün təbəqələrini əhatə edir
Jurnalist və siyasi şərhçi Elçin Rüstəmli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin cəmiyyətdə yaratdığı rezonansa münasibət bildirib.Citypost.az xəbər verir ki, Elçin Rüstəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Siyasi şərhçi qeyd edib ki, ilk dəfədir Türkiyə Prezidentinin Azərbaycana səfəri bu qədər böyük ictimai maraq doğurur. Onun sözlərinə görə, səfərlə bağlı çıxışlar və videolar milyonlarla baxış toplayır.Elçin Rüstəmli vurğulayıb ki, Azərbaycan-Türkiyə müttəfiqliyi cəmiyyətin bütün təbəqələrini əhatə edir və insanları birləşdirən mühüm amildir.Jurnalistin fikrincə, son dövrlər iki ölkə arasında münasibətlərlə bağlı cəmiyyətdə ciddi narahatlıq yaranmışdı və Ərdoğanın Azərbaycana səfəri bu narahatlığın aradan qalxmasına töhfə verə bilər.Turan...
10 Noyabr 2026, 02:04
Rəsmi Bakı Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı bəyanatda bildirilib."Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk", -deyə bəyanatda vurğulanıb.Xatırladaq ki, bu gün Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayış baş verib....
09 Noyabr 2026, 20:51
İlham Əliyevə görün kim ZƏNG ETDİ
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib."Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir.Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur".
09 Noyabr 2026, 15:02