Prezident: Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək
Siyasət 24 Noyabr 2026, 11:34
460
İlham Əliyev: Azərbaycan və Türkiyənin layihələri Avrasiya regionunun bağlantı xəritəsini yenidən tərtib etdi
Xarici siyasət
24 noyabr, 2026
11:29
İlham Əliyev: Azərbaycan və Türkiyənin layihələri Avrasiya regionunun bağlantı xəritəsini yenidən tərtib etdi
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edinAzərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
Citypost.az xəbər verir ki, müraciətdə deyilir:
Sizi İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresinin işə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.
Tarix boyu mühüm ticarət yolları üzərində yerləşən İğdır bu gün də özünün əlverişli mövqeyini qoruyaraq regional əməkdaşlığın inkişafına töhfə verməyə davam edir. İğdırın Naxçıvanla birbaşa qonşuluğu, bölgələr arasında tarixən mövcud olan sıx təmaslar və qarşılıqlı rəğbət qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmlənməsinə və regional bağlılığa xidmət edir.
Ortaq soy-kökə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə qalxdı. Fəxrlə qeyd edə bilərik ki, üstün coğrafi mövqeyi ilə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrimizin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi.
Həmçinin oxuyun
Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir. Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir.
İnanıram ki, Beynəlxalq Qafqaz Konqresi regionumuzun gələcək inkişaf perspektivlərinin, İpək Yolunun bərpası imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma olacaq, bölgədə sülhün, sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Bütün iştirakçılara səmərəli müzakirələr və tədbirin işinə uğurlar arzulayıram.
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirib
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyəni COP31 iqlim konfransının uğurlu təşkilinə görə təbrik edib.Citypost.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.Rəfiyev COP31 çərçivəsində Ədalətli Keçid üzrə İş Proqramı, Qlobal Adaptasiya Məqsədi, İqlim Maliyyəsi üzrə İş Proqramı və Adaptasiya Fondu ilə bağlı mühüm nəticələrin əldə olunduğunu bildirib.Nazir müavini COP31 sədrliyinə və danışıqlara rəhbərlik edən Avstraliyaya xüsusi təşəkkürünü ifadə edib.O, Avstraliyanın yekun qərarın könüllü şəkildə irəli sürülməsində göstərdiyi cəsarəti, eləcə də inklüziv, şəffaf və tərəflərin iştirakına əsaslanan proses vasitəsilə konsensus əldə etmək istiqamətində səylərini yüksək qiymətləndirib.“İqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusa nail olmaq hər zaman mümkün...
23 Noyabr 2026, 22:33
Prezident İlham Əliyev Trampa təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “X” hesabında paylaşım edib.“Əziz Prezident Donald Tramp, "Trump Route for International Peace and Prosperity" layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm”, – dövlət başçısı qeyd edib.Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər. Donald Tramp isə layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib....
23 Noyabr 2026, 16:30
İtaliya ilə Azərbaycan arasında arxeoloji əməkdaşlıq genişlənir
Azərbaycanda iki İtaliya arxeoloji missiyası fəaliyyət göstərir.Citypost.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, mədəni əlaqələrin yalnız universitetlər səviyyəsində deyil, daha geniş miqyasda inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır: “Bildiyimə görə, universitetimiz də minilliklər ərzində bu ərazidə yaşamış insanların tarixinin və maddi-mədəni irsinin öyrənilməsinə töhfə verməkdə maraqlıdır. İtaliyalı arxeoloqlarımız da bu missiyalarda iştirak etməyə hazırdırlar”....
23 Noyabr 2026, 15:09
Antonio Tayani: Azərbaycanla əməkdaşlıq bizə böyük uğur qazandıracaq
“İtaliya məhsullarına olan marağı gördükcə, Azərbaycan bazarına həm iqtisadi, həm siyasi baxımdan yatırım edirik”.Citypost.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, bu gün keçirilən Biznes Foruma olan maraq da bunu təsdiq edir: “Biz enerjidən fərqli sahələrdə də əməkdaşlıq edə bilərik. Həmçinin, enerji sahəsində, o cümlədən TAP layihəsində də əməkdaşlıq edirik. Azərbaycan TAP və CQD vasitəsilə 16 Avropa ölkəsinə qaz təchiz edir. Azərbaycan İtaliya üçün dost ölkədir. Bu münasibətlər bizə çox böyük uğur gətirəcək”....
23 Noyabr 2026, 15:08
Ceyhun Bayramov: İtaliya minatəmizləmə sahəsində Azərbaycana dəstək verir
Azərbaycan və İtaliya arasında hərbi-texniki əməkdaşlıq yeni istiqamətdir.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.“Hazırda iki ölkə şirkətləri arasında hərbi-texniki əməkdaşlıqla bağlı bir sıra layihələrə baxılmaqdadır. İtaliya şirkətləri ADEX sərgisində iştirak edib və bu yeni bir əməkdaşlıq istiqamətidir və biz bunu yüksək qiymətləndiririk. Minatəmizləmə sahəsində də İtaliya bizə dəstək göstərib. İtaliyanın müvafiq qurumları ANAMA ilə əməkdaşlıq edir. Buna görə İtaliyaya təşəkkür edirik” – nazir qeyd edib.Nazir İtaliyanın beynəlxalq təbdirlərdə Azərbaycana dəstək verdiyini vurğulayıb.O, İtaliyanın COP29-da da Azərbaycanın 8 təşəbbüsünə qoşulduğunu bildirib....
23 Noyabr 2026, 15:07
Ceyhun Bayramov: İtaliya ilə əlaqələrimiz möhkəm təmələ söykənir
Azərbaycan-İtaliya münasibətləri çox möhkəm təməl üzərində qurulub, əlaqələr uğurla inkişaf edir.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, gələn il diplomatik münasibətlərin 35 illiyi qeyd ediləcək.Bu illər ərzində çoxlu sənədlərin imzalandığını vurğulayan XİN rəhbərinin sözlərinə görə, Azərbaycan və İtaliya liderləri arasında müntəzəm təmaslar və dialoq xüsusi önəm kəsb edir....
23 Noyabr 2026, 15:05