Pensiya, müavinət və maaşlar ARTIRILIR – Detallar açıqlandı
İqtisadiyyat 24 Noyabr 2026, 11:43
394
2027-ci ildə Azərbaycanda növbəti sosial islahat paketinin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı maliyyə təminatı dövlət büdcəsinin layihəsində öz əksini tapıb.
Proses hansı sahələrə şamil olunacaq?
Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, nəzərdə tutulan sosial paketin əsas istiqaməti əhalinin gəlirlərinin artırılması və inflyasiyanın insanların alıcılıq qabiliyyətinə təsirinin yumşaldılması olacaq:
“Artıq rəsmi açıqlamalardan da görünür ki, söhbət yalnız pensiyaların artırılmasından getmir. Əməkhaqlarının və sosial ödənişlərin artırılması da nəzərdə tutulan tədbirlər sırasındadır. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bununla bağlı növbəti, altıncı sosial islahat paketinin hazırlanması üçün büdcədə maliyyə təminatının yaradıldığını bildirib. İlk növbədə pensiyaların artırılması gözləniləndir. Çünki Azərbaycanda pensiyaların indeksləşdirilməsi orta aylıq əməkhaqqının artımına uyğun həyata keçirilir. Mövcud büdcə proqnozlarında 2027-ci ildə pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, pensiyaçıların gəlirlərində artım olacağını göstərir”.
Həmçinin oxuyun
İqtisadçı bildirib ki, minimum əməkhaqqının, minimum pensiyanın, müavinətlərin və dövlət sektorunda çalışanların əməkhaqlarının artırılması da sosial paketin mümkün istiqamətlərindəndir:
“Xüsusilə aztəminatlı ailələrə, əlilliyi olan şəxslərə, şəhid ailələrinə və digər həssas sosial qruplara dəstəyin genişləndirilməsi gündəmdə ola bilər. Amma burada bir məqamı nəzərə almaq lazımdır. Maaş və pensiyaların artırılması özü-özlüyündə əhalinin real rifahının yüksəlməsi demək deyil. Əgər artımla paralel olaraq ərzaq, kommunal xidmətlər və digər gündəlik tələbat məhsullarının qiymətləri də yüksəlirsə, vətəndaşın əldə etdiyi əlavə gəlirin bir hissəsi yenidən xərclərə gedəcək. Ona görə də sosial paketin effektivliyi yalnız ayrılacaq vəsaitin həcmi ilə yox, insanların real alıcılıq qabiliyyətinə göstərəcəyi təsirlə ölçülməlidir. Konkret artım faizləri, məbləğlər isə müvafiq qərarlar və fərmanlar imzalandıqdan sonra məlum olacaq”.
DSMF: 10 ayda 26 mindən çox şəxsə əmək pensiyası təyin olunub
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 145 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.Citypost.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.Məlumata görə, onların 62,65 %-ni kişilər, 37,35 %-ni isə qadınlar təşkil edib.
24 Noyabr 2026, 10:53
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,12 ABŞ dolları və ya 2,19 % azalaraq 94,81 ABŞ dolları təşkil edib.Bu barədə Citypost.az-a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 88,74 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,87 ABŞ dolları və ya 2,03 % azalaraq 90,11 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda...
24 Noyabr 2026, 10:15
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb.Bu barədə Citypost.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Qeyd edilib ki, ilk dəfə olaraq müvafiq şirkət tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) Çin bazarına ixrac edilib."Bu ixrac AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində reallaşıb. AQTA-nın dəstəyi ilə görülən tədbirlər nəticəsində müəssisə Çinə qabığı təmizlənmiş fındıq ixrac etmək üçün rəsmi icazə alıb".Vurğulanıb ki, Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə tam cavab verən ilk partiya müvafiq sertifikatlarla təmin olunub:"Azərbaycan fındığının bu nəhəng bazara çıxışı yerli istehsalçılar üçün yeni...
23 Noyabr 2026, 18:00
Azərbaycanda kartlardan 2 milyondan çox pul oğurlanıb
2026-cı ilin üçüncü rübündə Azərbaycan banklarına məxsus ödəniş kartları ilə ölkədaxili və ölkəxarici xidmət şəbəkələrində 13 min 319 fırıldaqçılıq əməliyyatı qeydə alınıb.Citypost.az AMB-yə istinadla xəbər verir ki, bu əməliyyatların ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib.Əvvəlki rüblə müqayisədə belə əməliyyatların ümumi sayı 49.02 faiz, məbləği isə 47.48 faiz artıb. Məişət texnikasıÜçüncü rübdə ölkədaxili xidmət şəbəkəsində kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 1 milyon 635 min 257 manat olub. Bu, ikinci rübdəki 1 milyon 74 min 526 manatla müqayisədə 52.18 faiz çoxdur.Ölkəxarici xidmət şəbəkəsində isə Azərbaycan banklarına məxsus kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 289 min 423 manatdan 376 min 293 manata...
23 Noyabr 2026, 17:45
AIIB Bakı metrosunun maliyyələşdirilməsini 1 milyard dollara çatdıracaq
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) "Bakı Metropoliteni" QSC-nin "Yaşıl" xəttinin genişləndirilməsi layihəsinin həyata keçirilməsi üçün 820 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını nəzərdən keçirir."Report" Banka istinadən xəbər verir ki, bu layihə ilə ("Baku Metro Expansion Project - Phase II") ümumi uzunluğu təxminən 8 kilometr olan ikiyollu tunellərin inşası və dörd yeraltı stansiyanın tikintisi nəzərdə tutulur."Layihə hazırda Direktorlar Şurasında təsdiqlənmək üçün bankdaxili prosedurlardan keçir", - AIIB-dən "Report"a bildirilib.Bu təşəbbüs üç əsas komponenti əhatə edir: mülki infrastrukturun və mühəndislik sistemlərinin inkişafı (tunellərin çəkilməsi və stansiyaların inşası üzrə tikinti işləri, o cümlədən MEP mexaniki, elektrik və santexnika sistemlərinin quraşdırılması), müasir siqnallaşdırma və rabitə...
23 Noyabr 2026, 10:46
Pensiya alanlara şad xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.Bu barədə Citypost.az-a ƏƏSMN-dan məlumat verilib.Bildirilib ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
20 Noyabr 2026, 13:38