Gənc tədqiqatçıdan gözəl addım
Söz adamı 24 Noyabr 2026, 11:29
1489
Onun elmə, tədqiq etdiyi sahəyə bağlılığı həm valideynlərini, həm də elmi rəhbəri kimi məni çox sevindirir. Əvvəlcə əsas mövzusu olan uşaq mətbuatı çərçivəsində "Məktəb" jurnalının M.Ə.Sabirə həsr olunmuş xüsusi nömrəsini transliterasiya etdi. Sonra həmin jurnalın 1911-ci ildə nəşr olunmuş bütün nömrələrini latın əlifbasına çevirdi. Daha sonra isə 1906-1925-ci illərdə nəşr olunmuş “Dəbistan”, “Rəhbər”, “Məktəb” və “Məktəb məcmuəsi” uşaq jurnallarının biblioqrafiyasını hazırlayaraq nəşr etdirdi.
Bu günlərdə isə mətbu irsimizdə əhəmiyyətli yer tutan “Qırmızı günəş” uşaq jurnalının transliterasiyasını hazırlayaraq çap edib. 1921-1922-ci illərdə çıxmış həmin jurnalda uşaqların maraq dünyasına uyğun olan çox maraqlı elmi, ədəbi-bədii və publisistik materiallar vardır. Ona görə də belə hesab edirəm ki, “Qırmızı günəş”in transliterasiyası Azərbaycan uşaq mətbuatının öyrənilməsi, onun zəngin tarixi irsinin qorunması, dövrün maarifçilik ideyalarının və mətbu ənənələrin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bu dəyərli işləri görən elmi rəhbəri olduğum, həm də xatirini övladım qədər istədiyim Bakı Slavyan Universitetinin müəllimi, mətbuat tədqiqatçısı Fərqanə Məlikovadır. Onun ən gözəl addımı budur ki, dissertasiya işini yazıb tamamlasa da (AAK-ın uzun sürən müdafiə bürokratiyasından ruhdan düşmədən), elmi vicdanına sadiq qalaraq uşaq mətbuatı problemini daha geniş miqyasda və təmənnasız şəkildə davam etdirir.
Gördüyü bu qiymətli işlərə görə gənc tədqiqatçıya "sağ ol" deyir və milli mətbuat tariximizi araşdırmaqda uğurlar diləyirəm!
Qulu Məhərrəmli
Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru
Həmçinin oxuyun
Sevil Gültən “Xəzər” jurnalına sərt tənqid: “İngilis dilindən tərcümə edənlər niyə heyətə daxil edilməyib?”
Tərcüməçi Sevil Gültən “Xəzər” jurnalının redaksiya heyətinin formalaşdırılması və tərcümə istiqamətləri ilə bağlı suallar səsləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sevil Gültən qeyd edib ki, Tərcümə Mərkəzi bağlandıqdan sonra akademik Kamal Abdulla “Xəzər” jurnalını himayəsinə götürüb. Jurnal 2025-ci ilin yanvar ayından etibarən Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi nəşr olunur. Tərcüməçi jurnalın fəaliyyətinin davam etdirilməsini müsbət qarşıladığını, lakin yaradıcı heyətin tərkibinin onda müəyyən suallar yaratdığını bildirib.Onun diqqətini çəkən əsas məqam redaksiya heyətində yer alan şəxslərin əsasən rus dilindən tərcümə ilə məşğul olmalarıdır.Sevil Gültən paylaşımında redaksiya heyətinə Etimad Başkeçid, Mahir N. Qarayev, Saday...
24 Noyabr 2026, 00:15
Orxan Adıgözəldən süni intellektlə yazılan əsərlərlə bağlı maraqlı paylaşım
Yazıçı Orxan Adıgözəl süni intellekt vasitəsilə roman və şeir yazanların sayının artması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, yazıçı paylaşımında bu tendensiyanı yumoristik şəkildə şərh edib:“Süni intellektlə roman, şeir yazanların sayı çoxalıb.Bir azdan kitabların üzərində "kənd yumurtası" "ev südü" kimi "bio kitab" yazılacaq.Feysbukdakı yazıların bəzilərini oxuyanda da "ChatGbt" tərzi hiss olunur”.Turan
23 Noyabr 2026, 08:41
Ey Vətən bu torpaq mənimçün azdı - Sayman Aruzun ŞEİRİ
Bilmirəm bu sənsən ya mənəm vətən,Həyatın önündən cavabsız ötən...O qədər qəfildən dəyişdim ki, mən,Özümü güzgüdə tanımadım heç ..Yağa bilmirsənsə qaraltma məni...Külək də əsmir ki, aparsın səni...O tayda əzilmiş azadlıq dəniBu qara torpaqdan cücərməmiş keç...Sən keçən dərinlər mənə dayazdı.Bu tay nəğmədirsə, o tay da sazdı,Ey Vətən bu torpaq mənimçün azdı...Zirvə axtarırsan buqartalı seç..
19 Noyabr 2026, 11:05
Gəncliyimizin sevimli Səyyad müəllimi - Sərvaz Hüseynoğlu yazır...
Sosial şəbəkələrdə millət vəkili Səyyad Aranla , onun Milli Məclisdə etdiyi çıxışla bağlı etikadan kənar, arzuolunmaz, daha çox da qəbuledilməz fikirlər paylaşırlar.Bu əsassız şərhləri oxumaq şəxsən mənim üçün çox ağırdı. Ağırdı ona görə ki, mən Səyyad müəllimin tale yolunu, bu yoldakı çabalarını, sözün həqiqi mənasında, əsl ziyalı, istedadlı insan kimi mücadiləsini həmişə heyranlıqla izləmişəm. Səyyad müəllim ötən əsrin səksəninci illərində İmişli rayonunda işləyən gənc müəllimlər, ziyalılar , gənc yaradıcı insanlar üçün örnək idi. Biz gənclərin təsvirolunmaz Səyyad sevgisi, qibtə yeri vardı. Səyyad müəllim bütöv bir nəsil gəncliyə ədəbiyyatı, mədəniyyəti sevdirirdi. Təbliğ edirdi. Onun zövqü istinad yerimiz idi. O, tanıyıb -...
18 Noyabr 2026, 14:53
Firuz Mustafa: “Arbuz” və “sobaka” sözləri türk mənşəlidir
Əməkdar incəsənət xadimi, yazıçı Firuz Mustafa “Türkizmlər” silsiləsindən növbəti paylaşımında rus dilində işlənən “arbuz” və “sobaka” sözlərinin mənşəyinə toxunub.Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkə hesabında yazıb.Firuz Mustafa qeyd edib ki, rus dilində qarpız mənasında işlədilən “arbuz” sözü türk mənşəlidir. Onun sözlərinə görə, rus dilçiləri də bu sözün türk dillərindən alındığını vurğulayırlar. Müəllif “arbuz” sözünün “qar” və “buz” sözlərinin birləşməsindən yarandığını irəli sürüb. O, rus dilindəki “арбуз” sözünün türk dillərindəki “χarbuz/karpuz” formasından keçdiyini də xatırladıb.Yazıçı “sobaka” sözünün mənşəyinə də diqqət çəkib. O bildirib ki, bu sözün də türk dilləri ilə əlaqəli olduğu barədə dilçilik araşdırmaları mövcuddur. Müəllifin qeyd...
18 Noyabr 2026, 00:50
Qulu Məhərrəmli: “Atatürk haqqında nə qədər yazılsa, yenə də azdır”
Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında yazılmış yeni kitab və onun təqdimat mərasimi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında yazıb.Qulu Məhərrəmli qeyd edib ki, Mustafa Kamal Atatürk təkcə türk dünyasının deyil, bütün bəşəriyyətin yetişdirdiyi böyük dühalardan, dünya tarixinə istiqamət vermiş qüdrətli şəxsiyyətlərdən biridir. Buna görə də onun haqqında nə qədər yazılsa, yenə də azdır.Professorun sözlərinə görə, peşəcə həkim, tanınmış araşdırmaçı-publisist Səxavət Əlisoy da Atatürk haqqında fərqli yanaşma ilə qələmə aldığı yeni kitabında bu tarixi şəxsiyyətin fenomenini liderlik anlayışı üzərindən təqdim etməyə çalışıb.Qulu Məhərrəmli kitabın maraqlı və oxunaqlı...
17 Noyabr 2026, 08:28