Elçin Əmirbəyov Kanadada Azərbaycanla Ermənistan arasında sülh prosesindən danışdı
Siyasət 27 Noyabr 2026, 10:05
102
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kanadaya işgüzar səfəri çərçivəsində bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirib.
Citypost.az xəbər verir ki, Elçin Əmirbəyov Kanada Senatının spikeri Reymond Qanye, Baş nazirin diplomatik və beynəlxalq məsələlər üzrə baş müşaviri Devid Morrison, xarici işlər nazirinin müavini Arun Tanqarac, beynəlxalq ticarət nazirinin parlament katibi Yasir Naqvi, eləcə də Kanada parlamentinin nümayəndələri ilə görüşüb.
Görüşlərdə Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub.
Tərəflər 2025-ci ildə iki ölkənin xarici işlər nazirlikləri arasında keçirilmiş ilk siyasi məsləhətləşmələrin əhəmiyyətini vurğulayıb, növbəti məsləhətləşmələrin yaxın vaxtlarda keçirilməsi üçün hazırlıq işlərinə başlanılması barədə razılığa gəliblər.
Həmçinin siyasi dialoqun intensivləşdirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili məqsədilə konkret müddətləri və tədbirləri əhatə edən yol xəritəsinin hazırlanmasının vacibliyi qeyd olunub.
Kanada şirkətlərinin Azərbaycanda enerji, o cümlədən bərpaolunan enerji, nəqliyyat və logistika, təhlükəsizlik, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrində fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi də görüşlərin əsas müzakirə mövzularından biri olub.
Həmçinin oxuyun
Kanada tərəfinə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşünün nəticələri, sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar və dayanıqlı sülhün təmin olunması üçün həllini gözləyən məsələlər barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, Zəngəzur dəhlizinin strateji əhəmiyyəti və regional bağlantı layihələrinin Kanada şirkətləri üçün yaratdığı yeni investisiya imkanları müzakirə edilib.
Səfər çərçivəsində Elçin Əmirbəyov Ottavadakı Makdonald-Lorye İnstitutunda təşkil olunan dəyirmi masada və “Allies for a Strong Canada” təşkilatının ev sahibliyi etdiyi tədbirdə də iştirak edib.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyi, beynəlxalq münasibətlər sistemindəki rolu, multikulturalizm və dini tolerantlıq ənənələri barədə danışıb.
F
Azərbaycanı səfiri Latviya Prezidentinin müşaviri ilə görüşdü
Azərbaycanın Riqadakı səfiri Nərminə Mustafayeva Latviya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Edvins Severs ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.Görüş zamanı iki ölkə arasında mövcud siyasi əlaqələrin inkişafı, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.Bundan əlavə, tərəflər regional və beynəlxalq gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.
27 Noyabr 2026, 16:15
Zahid Oruc:“Prezidentin növbəti əmlak amnistiyası qərarını alqışalyırıq”…
Müzakirəmizə təqdim olunan qanun layihəsi dövlətimizin həyata keçirdiyi əmlak amnistiyası siyasətinin növbəti nümunəsidir. Mülki Məcəllənin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinə torpaq sahəsinin planı və ölçüsü sənədinin dövlət qeydiyyatı üçün əsas sayılması barədə müddəa əlavə olunur. Hüquqi təşəbbüs on illərdir torpağından istifadə edən, lakin mülkiyyət hüququnu rəsmiləşdirə bilməyən vətəndaşlar üçün humanist xarakterli mühüm qərar olduğu üçün onu müdafiə edirik. Layihənin nə qədər vətəndaşı əhatə edəcəyinə dair məlumatıların da yer almasına ehtiyac var.Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı sahələrin bir hissəsi 2006-cı il iyulun 6-dək mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələrlə rəsmiləşdirilirdi. Sonradan çıxarış sisteminə keçildi,...
27 Noyabr 2026, 16:00
Estoniyalı nazir: Aİ Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Azərbaycanla regional əməkdaşlığı genişləndirmək istəyirik.Citypost.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.“Energetika, investisiyalar və ticarət dəhlizləri sahələrində əməkdaşlığın artırılmasında maraqlıyıq. Avropa İttifaqı olaraq Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bununla yanaşı, rəqəmsallaşma, müdafiə sənayesi və süni intellekt sahələrində də əməkdaşlığın inkişafında maraqlıyıq”, - estoniyalı nazir qeyd edib.
27 Noyabr 2026, 13:05
Estoniya-Rusiya sərhədi dekabrın 1-dən bağlanacaq – XİN rəhbərindən AÇIQLAMA
Rusiya ilə Estoniya arasında sərhəd dekabrın 1-dən bağlanacaq.Citypost.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.O bildirib ki, bu baxımdan bütün regiona mesaj vermək lazımdır. Nazir qonşu ölkələrə Ukraynada sülhlə bağlı göstərdikləri dəstəyə görə təşəkkür edib.
27 Noyabr 2026, 13:01
Estoniyalı nazir Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
Son bir il yarım ərzində ölkələrimiz arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib.Citypost.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.“Özəl sektor şirkətlərinin fəallığı və dövlətlərarası münasibətlərimizin dinamikası ortaq maraqlarımızın mövcudluğundan xəbər verir. Azərbaycanın enerji sahəsindəki təcrübəsi, Şərq-Qərb və Orta Dəhliz layihələri, eyni zamanda, regionda normallaşma prosesi böyük perspektivlər vəd edir.Ermənistanda da səfirliyimizi açmışıq. Bu, regiona marağımızın və Cənubi Qafqazda iştirakımızı genişləndirmək niyyətimizin göstəricisidir. Cənab Prezident İlham Əliyevlə görüşümüz zamanı qlobal təhlükəsizliklə bağlı narahatlıqlarımızı da müzakirə etdik”, - estoniyalı nazir vurğulayıb....
27 Noyabr 2026, 12:58
Azərbaycanda neçə estoniyalı tələbə təhsil alır? – RƏSMİ AÇIQLAMA
Azərbaycanda Estoniyadan 200 tələbə təhsil alır.Citypost.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tshakna ilə brifinqdə deyib.Nazir deyib ki, görüş zamanı iki ölkənin beynəlxalq təşkilatlardakı münasibətləri də müzakirə edilib:"Estoniya Avropa İttifaqının çox önəmli və fəal üzvüdür. Görüşümz zamaanı Avropa İttifaqı-Azərbaycan münasibətləri də müzakirə edildi".C.Bayramov ikitərəfli əlaqələrin digər istiqamətlərinə toxunaraq Azərbaycanda Estoniyadan 200 tələbənin təhsil aldığını, həmçinin ötən il bu ölkədən Azərbaycana 2000-ə yaxın turistin gəldiyini bildirib:"Həmçinin təhsil müəssisələri arasında akademik mübadilə proqramları və akademik əlaqələr mövcuddur. Bunlar bizim tərəfdən müsbət qarşılanır, bu fəaliyyətə hər iki tərəfdən dəstək verilir"....
27 Noyabr 2026, 12:55