Səddam Laçın: “44” filminin bəzi səhnələri sevgi hekayəsini xatırladır
Söz adamı 03 Noyabr 2026, 08:11
494
Şair Səddam Laçın “44 filmi” ilə bağlı təəssüratlarını bölüşərək ekran əsərinin ayrı-ayrı məqamlarına münasibət bildirib.
Citypost.az xəbər verir ki, şair sosial şəbəkə hesabında paylaşım edərək filmin həm müsbət, həm də mübahisəli tərəflərinin olduğunu qeyd edib.
Səddam Laçının fikrincə, filmi iki hissəyə ayıraraq qiymətləndirmək daha doğru olardı. O, ekran əsərindəki döyüş səhnələrini yüksək qiymətləndirərək onların Hollivud filmlərindən heç də geri qalmadığını bildirib.
Bununla yanaşı, şair filmin digər hissəsində üstünlük təşkil edən romantik yanaşmanı tənqid edib. Onun sözlərinə görə, bəzi səhnələr döyüş filmi təsiri yaratmaq əvəzinə, daha çox romantik sevgi hekayəsini xatırladır.
Səddam Laçının paylaşımından aydın olur ki, o, filmin döyüş səhnələrini uğurlu hesab etsə də, romantik xəttin təqdimatına fərqli yanaşır.
Turan
Tanrım bilər, mən bilərəm...
Aramıza yağırsa qar,tanrım bilər, mən bilərəm,necə gəlib keçir rüzgar,tanrım bilər mən bilərəm, bu yol təklərin yoludur,bu yol müqəddəs, uludur,qəlbim boşdur, ya doludur,tanrım bilər, mən bilərəm, dərəyəm, ya dağam, oğul, ya saralmış tağam, oğul, ölmüşəm, ya sağam, oğul, tanrım bilər, mən bilərəm...Saday Şəkərli
02 Noyabr 2026, 22:38
Azərbaycana qurban! -Camal Zeynaloğlu
Taleyimin nur payı,Azərbaycana qurban!Sönməz Günəşi, Ayı...Azərbaycana qurban!Bir qucaqlıq canım da,Bir qaşıqlıq qanım da,Şöhrətim də, şanım da,Azərbaycana qurban!Tanrım arxam, dirəyim...Daşdan çıxan çörəyim,Şan-şan olmuş ürəyim,Azərbaycana qurban!Vətənsiz gülməz üzüm,Dərdlərim düzüm-düzüm,Dilimdə var bir sözüm -Azərbaycana qurban!24.10.2026
28 Oktyabr 2026, 13:18
Anna Axmatovaya -Saday Şəkərlinin şeiri
...qalıb ürəyimdə zülmün çatları,bir də qollarımda qandalın yeri,düzgün işləmədi qum saatları,yerimdə sayıramillərdən bəri,hələ də qaradırdamarımda qan, gözlərim dünyanıqanlı görmədə, bir Saday qartaldırazad, firavan, bir Saday hələ dəölür türmədə,elə hey nəmlidirgözlərim, sudur, qurutmaq çətindirbu kəhrizləri, sanki dən səpilmişquş axurudur,qolumda saralanqandal izləri...Saday Şəkərli
26 Oktyabr 2026, 13:29
Samir Feyruzov: Yazıçılıq istedadla yanaşı intellekt də tələb edir
Bizim cəmiyyətdə savadlılıq heç vaxt yüksək səviyyədə olmayıb, kütləvi savadsızlıq həmişə öndə dayanıb. Məhz buna görə də azacıq bicliyi olan, amma heç bir intellekti, savadı və əxlaqı olmayan şəxslər, xüsusilə də yazıçılar bu savadsız cəmiyyəti təəccübləndirə biliblər. Onlara ziyalı deyib efirlərə dırmaşdırırlar. Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma özünü kitab əhli, Kafkadan bir iki əsər oxuyub dərin mütaliəçi kimi göstərən, hökumətdən yararlanmaq üçün hər cür məxfi alçaqlığa imza atan yazıçıların gəlişi gözəl və dərin tülkülüyə əsaslanan fikirləri çoxlarını təəccübləndirir.Bu adamların özlərini qabaqcıl fikir adamı və ziyalı kimi göstərmək üçün Mirzə Cəlilə istinad etmələri də təsadüfi deyil. Çünki Mirzə Cəlillə...
26 Oktyabr 2026, 12:08
Məzarlıqda bitən yovşan... Rüstəm Behrudi
Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzaraYenə məndən danışırsan,Məzarlıqda bitən yovşan.Əlim qoynumda gəlmişəm,Əfv et, hönkürüb ağlasam;Öz qəbrim üstə qoyacam,Sənnən bir dəstə bağlasam,Məzarlıqda bitən yovşan.Sən arxasız, mən kimsəsiz,Sənnən axır göz yaşlarım;Burda daşlar daş deyil ki,Bacılarım, qardaşlarım,Məzarlıqda bitən yovşan.Bu son bahar da ölmədim,Ölmədim, yaz, yaz günaha.Mən öz tabutundan tutub,Dönən bir ölüyəm dahaMəzarlıqda bitən yovşan.Məni dərd deyil, adamlar,Adamlar öldürdü; sən, sən...Baş daşıma qoyulacaqÇiçəklərdən də gözəlsən,Məzarlıqda bitən yovşan.Vədə tamamdı, dönəcəm,Gəlim qarışım tüstünə.Gələcəm dua oxuyaq,Ölən bir şairin üstünə,Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni,Bağrım oldu yenə şan-şan.Gördüm ki, boş bir məzara,Yenə məndən danışırsan,Məzarlıqda bitən yovşan....
20 Oktyabr 2026, 10:59
Bir qızın telləri əsdi üzümə... Vaqif Bayatlı Odərin ŞEİRİ
Gizlicə-gizlicə gəldi buludlar,Gizlicə-gizlicə döndü ümidlər,İndiki buludlar beləcə gəlmir,İndiki yağışlar beləcə yağmır.İllərin o başındanbir qız yaylığı üstdəbir ipək xatirə döndü qəlbimə,bir qızın telləri əsdi üzümə.Gülüm yağış! Çiçəyim yağış!O ipək illərdən,atlaz günlərdən,Gilənar göylərdən dolan yağışım,yollarda yorulubgözümdə, könlümdə qalan yağışım,bir çinar üstündəqoyub gəlmişdim səni,çinarın altında bir gilənar qız.İndiki yağışlar beləcə yağmır...Bu gilənar yağışmənim qəsdimə yağır,O dost çinarın üstündən yağır,On ildən, beş ildən, dünəndən yağır,bütün sevgilərindönən yerindən yağır.Bəlkə də, bəlkə də lal məhəbbətlərindinən yerindən yağır.İllərin altında solmaz o tellər,Hər bulud lələyi ümidlə gələr,O barlı illərin sevgisi qızlarBir də gilə-gilə qızardı bəlkə......
19 Oktyabr 2026, 23:28