Bizə yazın

Baku

-°C

USD

-

Məhəmməd Türkmən: Dövlətlər danışıb problemləri həll edəcək, fürsətçilər isə...

Siyasət 03 Noyabr 2026, 08:25

1835

Jurnalist Məhəmməd Türkmən Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranan müzakirələrə və sosial şəbəkələrdəki bəzi reaksiyalara sərt münasibət bildirib.

Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək iki ölkə arasındakı münasibətlərin zamanla yenidən qaydasına düşəcəyinə inandığını qeyd edib.

Məhəmməd Türkmənin fikrincə, dövlətlər arasında münasibətlərdə maraqların müəyyən məsələlərdə üst-üstə düşməməsi mümkündür və belə vəziyyətlər danışıqlar yolu ilə həll edilə bilər. Onun sözlərinə görə, əsas problem siyasi proseslər fonunda mövqelərini dəyişən, dünən Türkiyəyə sevgisini ifadə edən, bu gün isə türk düşmənçiliyi nümayiş etdirən şəxslərin davranışıdır.

Jurnalist bildirib ki, bəzi şəxslər yaranmış vəziyyətdən istifadə edərək uzun müddətdir daxilində saxladıqları münasibəti və kin-küdurəti ortaya qoyurlar. O, belə insanların mövqelərinin prinsipial deyil, sifarişdən asılı olduğunu iddia edib.

Məhəmməd Türkmən qeyd edib ki, bu şəxslər üçün əsas olan həqiqət və prinsiplər deyil, sifariş verənin istəyidir. Onun fikrincə, siyasi vəziyyət dəyişdikcə onların da mövqeyi, münasibəti və ritorikası dəyişir.

Jurnalist paylaşımını sərt ifadələrlə yekunlaşdıraraq yazıb: “Sizdə prinsip yoxdur, sifariş var. Mahnı dəyişir, rəqs dəyişir, mövqe dəyişir. Təki sifariş verən razı qalsın”.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Azərbaycan, ABŞ və Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsini həyata keçirmək üçün üçtərəfli texniki qrupları fəaliyyətə başlayıb."Report"un məlumatına görə, bu barədə üç ölkə hökumətlərinin 6 noyabrda dərc olunmuş birgə bəyanatında bildirilib.İşçi qruplarının işə başlaması ilə bağlı görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak ediblər.Bəyanatda qeyd edilir ki, yeni format üç ölkənin hökumət nümayəndələrini, və texniki mütəxəssislərini regional nəqliyyat əlaqələrini inkişaf etdirmək, uzunmüddətli sabitliyi gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə işləmək üçün bir araya gətirir.Tərəflər...

07 Noyabr 2026, 08:00

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏliyevəZati-aliləri,Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi möhkəmləndirmək üçün etibarlı zəmin yaratmağa imkan vermişdir.Sülhün qurulması istiqamətində aparılan işlərdə Cənubi Qafqazda baş verən mühüm prosesləri nəzərə alaraq, Qafqaz ölkələrinin müdrikliyi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu regionun sülh və sabitlik məkanına çevriləcəyinə inanıram.Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram”....

06 Noyabr 2026, 21:44

Zaur Şükürov: Azərbaycan xalqı Vətən müharibəsində yumruq kimi birləşdi

44 günlük Vətən müharibəsi boyu ölkəmiz Ali Baş Komandanımızın qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin, düzgün strateji planlaşdırmanın və əsgər-mülki vətəndaş birliyinin nümunəsini göstərdi.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov noyabrın 8-i Zəfər Günü münasibətilə Citypost.az  saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı və qürurverici günlərindən birini böyük fərəh və iftixar hissi ilə qeyd edir: “Şuşa şəhərinin azad edilməsi ilə işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edən qalib Azərbaycan öz gücünü, qüdrətini, cəsarətini, xalq-iqtidar, xalq-ordu birliyini, Vətən, torpaq sevgisini döyüş meydanında sübut etdi”.Z.Şükürov...

06 Noyabr 2026, 20:44

İlham Əliyev: Biz ədaləti, ləyaqətimizi və haqqımızı bərpa etdik

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısı ədaləti bərpa etdiklərini bildirib:"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanında alınıb və bu gün onların əziz...

06 Noyabr 2026, 20:22

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə, Azərbaycanın Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya Şəhərsalma Forumu...

06 Noyabr 2026, 17:21

Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşdü

Litva xarici işlər naziri Kestutis Budris Vilnüsdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Kestutis Budris sosial media hesabında paylaşım edib."Litva ilə Azərbaycan enerji, ticarət, xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin edilməsi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl irəliləyiş əldə edir",- o bildirib.

06 Noyabr 2026, 16:50