İnsultdan əvvəl hansı xəbərdarlıq əlamətləri yaranır? – Nevroloqdan ciddi xəbərdarlıq
Tibb 03 Noyabr 2026, 08:30
2239
İnsult dünyada ölüm və əlilliyə səbəb olan ən ciddi sağlamlıq problemlərindən biridir. Bu xəstəlik zamanı beynin müəyyən hissəsinə qan axını qəfil pozulur və nəticədə beyin hüceyrələri oksigen çatışmazlığı ilə üzləşir. İnsultun təhlükəli tərəflərindən biri isə onun hər zaman heç bir xəbərdarlıq olmadan baş verməməsidir. Bəzi hallarda əsas hadisədən əvvəl orqanizm müəyyən siqnallar verir. Lakin bu əlamətlər qısa müddətdə aradan qalxdığı üçün insanlar çox vaxt onları ciddi qəbul etmir, həkimə müraciəti təxirə salırlar.
Uzman nevroloq Nailə Ələkbərova Citypost.az-a açıqlamasında bildirib ki, insultdan əvvəl yaranan bəzi əlamətlərə xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, bu simptomlar bir neçə dəqiqə və ya saat davam etdikdən sonra heç bir müdaxilə olmadan keçə bilər. Məhz əlamətlərin öz-özünə aradan qalxması insanlarda yanlış arxayınlıq yaradır və onlar tibbi yardım almağa ehtiyac olmadığını düşünürlər.
Nevroloq qeyd edib ki, xüsusilə qəfil başlayan və qısa müddətdə keçib gedən nevroloji əlamətlər təhlükəli xəbərdarlıq hesab edilməlidir. Belə hallarda insanın bədəninin bir tərəfində keyimə, hissiyyat itkisi və ya gücsüzlük yarana bilər. Məsələn, qolun və ya ayağın qəfil zəifləməsi, əşyaları tutmaqda çətinlik çəkmək, üzün bir tərəfində əyrilik və ya hissiyyatın dəyişməsi diqqətdən kənarda qalmamalıdır.
A.N. Ələkbərovanın sözlərinə görə, danışıqda qəfil dəyişiklik də insultun mühüm xəbərdarlıq əlamətlərindəndir. İnsan sözləri düzgün ifadə edə bilməyə, danışarkən çətinlik çəkə, deyilənləri anlamaqda problem yaşaya bilər. Bəzən nitq qısa müddət ərzində normallaşır və pasiyent əvvəlki vəziyyətinə qayıdır. Lakin bu, təhlükənin sovuşduğu anlamına gəlmir. Nitqin qəfil pozulması, hətta bir neçə dəqiqədən sonra tamamilə düzəlsə belə, təcili tibbi qiymətləndirmə tələb edir.
Nevroloq görmə ilə bağlı dəyişikliklərin də ciddi siqnal ola biləcəyini diqqətə çatdırıb. Qəfil görmə bulanıqlığı, bir və ya hər iki gözdə görmənin zəifləməsi, göz qaralması və görmə sahəsinin müəyyən hissəsinin itməsi beyin qan dövranı pozğunluqları ilə əlaqəli ola bilər. Bu əlamətlər qısa müddət davam edib keçdikdə belə, onları adi yorğunluq və ya təzyiq dəyişməsi ilə əlaqələndirərək gözardı etmək düzgün deyil.
Bundan başqa, qəfil başlayan və əvvəlkilərdən fərqlənən güclü baş ağrısı da diqqət tələb edir. Xüsusilə ağrı saniyələr və ya dəqiqələr ərzində çox şiddətli həddə çatırsa, buna ürəkbulanma, qusma, huşun dəyişməsi və ya digər nevroloji əlamətlər qoşulursa, təcili tibbi yardım çağırılmalıdır. Baş ağrısının hər növü insult əlaməti olmasa da, qəfil və qeyri-adi xarakter daşıyan ağrılar ciddi səbəblərdən qaynaqlana bilər.
Mütəxəssisin diqqət çəkdiyi əsas məqamlardan biri də keçici işemik həmlədir. Bu vəziyyət zamanı beynin müəyyən hissəsinə qan axını müvəqqəti olaraq azalır və insultu xatırladan əlamətlər meydana çıxır. Simptomlar bir neçə dəqiqə və ya saat ərzində aradan qalxa bilər. Lakin keçici işemik həmlə gələcək insult riskinin mühüm xəbərdarlıq göstəricisi hesab olunur. Əlamətlərin keçməsi beynin təhlükədən tamamilə xilas olması demək deyil.
Həmçinin oxuyun
Nailə Ələkbərova vurğulayıb ki, belə simptomlar müşahidə edildikdə insanın özünü yaxşı hiss etməsini gözləmək və ya vəziyyətin təkrar baş verməyəcəyini düşünmək təhlükəlidir. Xüsusilə bədənin bir tərəfində qəfil zəiflik, üzün əyilməsi, nitqin pozulması və görmə dəyişiklikləri yaranarsa, dərhal təcili tibbi yardım çağırılmalıdır. Əlamətlərin başladığı vaxtı qeyd etmək də vacibdir, çünki bu məlumat müalicə taktikasının müəyyənləşdirilməsində həkimlər üçün əhəmiyyət daşıyır.
Nevroloq onu da bildirib ki, insult riskini artıran amillərə yüksək arterial təzyiq, şəkərli diabet, qanda xolesterinin yüksək olması, ürək ritm pozğunluqları, siqaret istifadəsi, artıq çəki və fiziki hərəkətsizlik daxildir. Bu risk faktorlarının nəzarətdə saxlanılması insultun qarşısının alınmasında mühüm rol oynayır. Xüsusilə yüksək təzyiqi olan şəxslər mütəmadi müayinədən keçməli, təyin edilmiş müalicəni həkim göstərişinə uyğun davam etdirməlidirlər.
Həkimin sözlərinə görə, insultun qarşısının alınmasında ən vacib məsələlərdən biri orqanizmin verdiyi xəbərdarlıq siqnallarını vaxtında tanımaqdır. Bir neçə dəqiqəyə keçən keyimə, danışıq pozuntusu və ya görmə problemi belə adi hal kimi qəbul edilməməlidir. Bu əlamətlər keçici işemik həmlənin göstəricisi ola bilər və sonrakı insult riskinin qiymətləndirilməsi üçün təcili tibbi müayinə tələb edir.
Beləliklə, insultun ilk əlamətlərini tanımaq və vaxt itirmədən tibbi yardım almaq insan həyatının xilas edilməsində həlledici əhəmiyyət daşıyır. Əlamətlərin öz-özünə keçməsini gözləmək olmaz. İnsultdan şübhələnilən hər bir vəziyyətdə dərhal 103 və ya 112 nömrəsinə zəng etmək lazımdır.
Əli
Hansı əlamətlər ağır nikotin asılılığını göstərir? – Pulmonoloq izah etdi
Siqaret çəkmək bir çox insan tərəfindən sadəcə gündəlik vərdiş kimi qəbul edilsə də, əslində bu, nikotinin yaratdığı güclü fizioloji və psixoloji asılılıqdır. Bəzi insanlar siqareti yalnız müəyyən vaxtlarda, məsələn, yeməkdən sonra və ya çay içərkən çəkdiklərini düşünsələr də, digərləri gün ərzində siqaretsiz qala bilmir. Xüsusilə səhər yuxudan oyanan kimi siqaretə ehtiyac hiss etmək, gün ərzində bir qutudan çox siqaret çəkmək və siqaret çəkmədikdə əsəbilik, gərginlik, narahatlıq yaşamaq nikotin asılılığının ciddi göstəriciləri ola bilər.Bəs hansı əlamətlər insanda ağır nikotin asılılığının olduğunu göstərir? Siqaret orqanizmdə hansı dəyişikliklərə səbəb olur? Təkcə siqaret çəkən şəxs deyil, onun ətrafındakı insanlar da bu vərdişin zərərli təsirləri...
11 Noyabr 2026, 11:00
Hepatit B, C və D virusları bir-birindən necə fərqlənir? Həkim AÇIQLADI
Hepatit virusları qaraciyəri zədələyən və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilən infeksion xəstəliklərdir. Hepatit A, B, C, D və E viruslarının hər birinin yoluxma mexanizmi, orqanizmdə yaratdığı fəsadlar və müalicə yanaşmaları fərqlidir. Xüsusilə hepatit B, C və D virusları qaraciyərdə uzunmüddətli iltihaba, xroniki xəstəliyə, bəzi hallarda isə sirroz və qaraciyər xərçənginə səbəb ola bilər. Bununla yanaşı, cəmiyyətdə bu viruslarla bağlı bir sıra yanlış təsəvvürlər mövcuddur. Məsələn, hepatit B-yə yoluxan şəxsin sonradan hepatit C xəstəliyinə tutulması və ya bir virusun digərinə çevrilməsi barədə suallar tez-tez səsləndirilir.Bəs hepatit B, hepatit C-yə çevrilə bilərmi? Bu xəstəliklərdən qorunmağın ən effektiv yolu nədir? Hepatit D...
11 Noyabr 2026, 10:00
Böyrəklərin sağlamlığını hansı analizlərlə yoxlamaq olar? – Nefroloqdan vacib tövsiyələr
Böyrəklər orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan orqanlardandır. Onlar qanın süzülməsi, orqanizmdə artıq maye və zərərli maddələrin xaric edilməsi, su-duz balansının qorunması və qan təzyiqinin tənzimlənməsində iştirak edir. Böyrəklərin fəaliyyətində yaranan pozuntular isə ilkin mərhələdə hər zaman aydın simptomlarla özünü göstərmir. Bu səbəbdən insan özünü sağlam hiss etsə belə, böyrəklərinin vəziyyətini müəyyən aralıqlarla yoxlatdırması vacibdir.Bəs böyrəklərin sağlam olub-olmadığını hansı müayinələrlə öyrənmək mümkündür? Bunun üçün hansı analizlər verilməli, ultrasəs müayinəsinə nə zaman müraciət edilməlidir?Nefroloq Rəşid Mahmudov Citypost.az-a açıqlamasında bildirib ki, böyrəklərdə yaranan problemlər bəzi hallarda insanın xarici görünüşündə də müəyyən dəyişikliklərlə özünü göstərə bilər. Xüsusilə üz nahiyəsində, göz ətrafında və...
11 Noyabr 2026, 09:00
Hansı baş ağrıları uşaqlarda təhlükə əlaməti sayılır? Nevroloq AÇIQLADI
Uşaqların baş ağrısından şikayət etməsi bir çox valideyn tərəfindən bəzən ciddi qəbul olunmur. Xüsusilə azyaşlı uşaqlarla bağlı belə bir fikir formalaşıb ki, baş ağrısı daha çox böyüklərdə rast gəlinən problemdir və uşaqların bu cür şikayətləri ya yorğunluqdan, ya da adi narahatlıqdan qaynaqlanır. Halbuki baş ağrısı uşaqlarda da kifayət qədər rast gəlinən şikayətlərdən biridir və bəzi hallarda ciddi sağlamlıq problemlərinin ilkin əlaməti ola bilər. Buna görə də valideynlər uşağın baş ağrısı şikayətinə laqeyd yanaşmamalı, xüsusilə ağrı təkrarlanırsa və ya digər əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət etməlidirlər.Həkim-nevroloq Elşən Qarayev Citypost.az-a açıqlamasında bildirib ki, baş ağrısı yalnız böyüklərə xas problem deyil, bu...
10 Noyabr 2026, 11:40
Biopsiya xərçəng hüceyrələrini yayır? – Cərrahdan xəstələrə vacib xəbərdarlıq
Xərçəng xəstəlikləri ilə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri də biopsiyanın şişi qıcıqlandırması, xərçəng hüceyrələrinin hərəkətə keçməsinə və xəstəliyin digər orqanlara yayılmasına səbəb olmasıdır. Bu səbəbdən bəzi xəstələr həkim tərəfindən biopsiya təyin edilsə də, qorxu və tərəddüd səbəbindən müayinədən imtina edirlər. Halbuki biopsiya onkoloji xəstəliklərin diaqnostikasında ən mühüm üsullardan biridir və əksər hallarda düzgün müalicə strategiyasının müəyyənləşdirilməsi üçün vacib məlumatlar verir.Ümumi cərrah Səməd Həsənli Citypost.az-a açıqlamasında bildirib ki, biopsiyanın xərçəngi qıcıqlandırması və xəstəliyin yayılmasına səbəb olması barədə fikirlər tibbi baxımdan əsası olmayan yanlış təsəvvürlərdir. Onun sözlərinə görə, xəstələr arasında bu mövzuda ciddi qorxu var və həkim qəbuluna gələn zaman...
10 Noyabr 2026, 10:40
Yüksək təzyiqin gizli təhlükələrinə diqqət! – KARDİOLOQ DANIŞDI
Arterial təzyiq insan sağlamlığının əsas göstəricilərindən biridir. Təzyiqin normadan yüksək olması uzun müddət heç bir ciddi əlamətlə özünü göstərməsə də, zaman keçdikcə ürək-damar sistemində, beyində və digər orqanlarda ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə bəzi insanlar yüksək təzyiqi hiss etmədikləri üçün həkimə müraciət etmir, müalicəni gecikdirir və bununla da sağlamlıqlarını risk altına qoyurlar.Kardioloq Afaq Qəhrəmanova Citypost.az-a açıqlamasında arterial təzyiqin göstəriciləri, normal hesab olunan rəqəmlər və yüksək təzyiqin yarada biləcəyi təhlükələr barədə danışıb.Həkimin sözlərinə görə, arterial təzyiq iki əsas göstəricidən – sistolik və diastolik təzyiqdən ibarətdir. Sistolik təzyiq ürək yığıldığı zaman qanın damarlara vurulması nəticəsində yaranan təzyiqi, diastolik təzyiq isə ürək...
09 Noyabr 2026, 10:30