Bizə yazın

Baku

-°C

USD

-

Anasını 57 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu  

Cəmiyyət 13 Mart 2025, 13:14

174

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəşad Çıraqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Citypost.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 16 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü il avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.

İttihama görə, Rəşad Çıraqov anasının Vatsap vasitəsilə "Nunu" adı ilə qeydiyyata alınmış istintaq materialları ilə soyadı, adı və atasının adının olduğu müəyyən edilmiş şəxslə sevgi məzmunlu SMS-lər yazdığını aşkarlayıb. Sonra o, anasının onun namusuna xələl gətirən hərəkətlər etdiyini düşünərək qadını gecə ümumilikdə 57 bıçaq vuraraq qətlə yetirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edilib  

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.Məktubda vurğulanır ki, Xocalıda törədilmiş cinayətlər təsadüfi deyil, əksinə, etnik və dini nifrət və dözümsüzlük zəminində həyata keçirilən geniş və sistemli siyasətin tərkib hissəsidir.Qeyd olunur ki, ağır cinayətlərə görə məsuliyyət mütləq və qaçılmazdır: “Ağır cinayətlərə görə məsuliyyət mütləqdir və qaçılmaz olmalıdır. Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi heç vaxt unutmayacaq"....

13 Mart 2025, 19:36

Azərbaycanda bu xəstəxanalar ləğv edilir  

Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərarına uyğun olaraq dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb.

13 Mart 2025, 16:36

Obyektini icarəyə verən sahibkarların nəzərinə - Qərar  

Azərbaycan Respublikası Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin müəyyən edən daha bir qərar qəbul edib.

13 Mart 2025, 15:30

XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə keçirilib  

XII Qlobal Bakı Forumu çərçivəsində “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda panel müzakirəsi keçirilib.

13 Mart 2025, 14:00

XII Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB  

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

13 Mart 2025, 12:30

Sabah bəzi yerlərdə zəif duman olacaq  

Martın 14-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən 

13 Mart 2025, 12:18