Sabahın hava proqnozu açıqlandı
Cəmiyyət 24 Mart 2025, 12:55

317
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah bu küçə bağlı olacaq
Sabah paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq. Bu barədə AYNA məlumat yayıb.Bildirilib ki, məhdudiyyətlə əlaqədar 32 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq Əlişir Nəvai küçəsi ilə təşkil ediləcək.
25 Mart 2025, 21:19

“Radioquraşdırma zavodu”na yeni direktor təyin edilib
Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Radioquraşdırma zavodu” MMC-nin direktoru Soltan Qasımov vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, müəssisəyə rəhbərlik Samir İbrahimova həvalə olunub.Xatırladaq ki, "Radioquraşdırma zavodu" 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin аvqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin, 2006-cı ildən isə MSN-in tabeliyinə verilib. Onun nizamnamə kapitalı 14 583 798 manatdır....
25 Mart 2025, 21:09

Azərbaycan və Belarus millilərinin start heyətləri açıqlanıb
Yoxlama oyununda qarşılaşacaq Azərbaycan və Belarus millilərinin start heyətləri açıqlanıb.Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək matç saat 21:45-də başlayacaq.Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:Azərbaycan: Rza Cəfərov, Bəhlul Mustafazadə (k), Ozan Can Kökçü, Mahir Emreli, Zamiq Əliyev, Toral Bayramov, Səbuhi Abdullazadə, Nəriman Axundzadə, Mert Çelik, Xəyal Əliyev, Şahin ŞahniyarovBelarus: Fyodor Lapouxov, Kirill Peçenin, Pavel Zabelin, Aleksey Qavriloviç, Sergey Politeviç (k), Maks Ebonq, Valeri Qromko, Yevgeni Yablonski, Vitali Lisakoviç, Yuri Kovalev, Trofim Melniçenko...
25 Mart 2025, 21:07

Sabah hava yağmursuz keçəcək
Martın 26-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumat görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq....
25 Mart 2025, 12:14

Azərbaycan XİN Yunanıstanı təbrik etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.“Yunanıstanı və onun xalqını Milli Günü münasibətilə təbrik edirik! Milli bayramınız mübarək, Yunanıstan”, - paylaşımda qeyd edilib.
25 Mart 2025, 10:57

QMİ hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılmasını tövsiyə edir
"Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar".Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.“Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar”,- o qeyd edib.F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: “Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər...
24 Mart 2025, 15:44