Roma Papası xəstəxanadan çıxdı
Dünya 24 Mart 2025, 17:17

424
Ağır bronxit səbəbiylə ikitərəfli pnevmoniya diaqnozu ilə Romadakı Gemelli xəstəxanasında 37 gün müalicə olunan 88 yaşlı Papa bu gün ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Citypost.az xəbər verir ki, Papa Fransisk ənənəvi bazar günü namazı zamanı Gemelli Xəstəxanasının qarşısındakıları eyvandan salamlayıb.
Əlil arabası ilə eyvana gətirilən Papa təxminən 2 dəqiqə balkonda qalıb. Görünən odur ki, yorğun olan Papa salamlaşma zamanı deyib: "Mən sarı çiçəkli bir xanım görürəm, necə də gözəldir". dedi. Papanın salamını xəstəxanaya toplaşan minlərlə insan izləyərkən, bəzi dindarların ağladığı, bəziləri isə çox xoşbəxt olduqlarını dilə gətirdilər. Papa Fransisk camaatla salamlaşdıqdan sonra maşınla xəstəxananı tərk edib. Dünyanın bir çox yerindən mətbuat nümayəndələri də Papanın salamını və xəstəxanadan ayrılmasını izləyiblər. Roma meri Roberto Qualtieri jurnalistlərə açıqlamasında Papa Fransiskin xəstəxanada müalicəsinin başa çatmasından və evə buraxılmasından məmnun olduğunu bildirib. Bu arada Roma Papası Fransisk xəstəxanadan çıxdıqdan sonra xaricə səfərlərdən əvvəl və qayıdarkən adətən dua etməyə getdiyi Romadakı Böyük Müqəddəs Məryəm Bazilikasının yanında dayanıb, oradan da Vatikanda olan iqamətgahına gedib.
Papa fevralın 14-dən xəstəxanada müalicə alırdı
Papa Fransisk fevralın 9 və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini bildirib və köməkçilərindən çıxış mətnlərini oxumağı xahiş edib. Bildirilib ki, fevralın 14-də xəstəxanaya yerləşdirilən Papanın tənəffüs yollarında polimikrob infeksiyası olub. Vatikan fevralın 18-də Papanın ikitərəfli pnevmoniyaya tutulduğunu və onun klinik vəziyyətinin mürəkkəb mənzərə yaratdığını elan etdi. Fevralın 22-də astma tutması keçirən Papanın vəziyyətinin kritik olduğu bildirilib. Vatikan fevralın 28-də bronxospazm tutması keçirən Papaya bronxoaspirasiya edildiyini, mexaniki ventilyasiyaya başlandığını və müalicəyə müsbət cavab verildiyini qeyd edib. Katoliklərin ruhani lideri martın 3-də iki dəfə kəskin tənəffüs çatışmazlığından əziyyət çəkdi və qeyri-invaziv mexaniki ventilyasiya yenidən işə salındı. Martın 4-dən stabil olan Papada cüzi sağalma əlamətləri görünməyə başlamışdı. Bildirilib ki, Papanın martın 12-də çəkilmiş döş qəfəsinin son rentgenoqrafiyası əvvəlki günlərdə qeyd olunan irəliləyişləri radioloji olaraq təsdiqləyib. Prof. Sergio Alfieri, martın 22-də verdiyi açıqlamada Papanın bundan sonra 2 ay dincəlməsi lazım olduğunu ifadə edərək, "Papa sabah xəstəxanadan çıxacaq. İki həftədir vəziyyəti stabildir" deyib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Kılıçdaroğlu İmamoğlu ilə həbsxanada görüşdü
CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu korrupsiya ittihamı ilə həbs olunan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə Silivri həbsxanasında görüşüb.Citypost.az xəbər verir ki, ziyarətdən sonra həbsxana qarşısında jurnalistlərə açıqlama verən Kılıçdaroğlu İmamoğlunun əhval-ruhiyyəsinin çox yaxşı olduğunu bildirib.“Onun yüksək əhval-ruhiyyəsinin əsas səbəbi haqlı olduğuna inamıdır. Biz Türkiyənin məsələlərini müzakirə etdik, o, bəzi qeydlər almışdı, zatən dəftəri ilə gəlmişdi. Bizim vəzifəmiz bu ölkəyə ədalətin gəlməsidir. Silivridə çox sayda hörmətli insan var. Gələn həftə də buraya gələcəyəm və yalnız Əkrəm bəyə deyil, başqalarına da baş çəkəcəyəm”, - o vurğulayıb.(axar.az)...
26 Mart 2025, 23:00

Netanyahu: Girovlar geri qaytarılmasa, İsrail Qəzzanı alacaq
İsrail Qəzza zolağında girovlar azad edilməyincə, HƏMAS hərəkatına təzyiq göstərməyə davam edəcək.Citypost.az report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.Baş nazir qeyd edib ki, HƏMAS girovları azad etməzsə, Qəzza zolağında bir sıra ərazilər İsrailin nəzarətinə keçəcək.Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi hava zərbələri endirib.
26 Mart 2025, 22:49

Ərdoğanın anasına təhqirə görə 43 nəfər saxlanıldı
İstanbulda keçirilən etiraz aksiyası zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın mərhum anasına və ailəsinə edilən təhqirlərlə bağlı hüquqi tədbirlər görülüb.Citypost.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.Məlumata görə, tədbir çərçivəsində 43 nəfər saxlanılıb.Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
26 Mart 2025, 20:18

Putin Sankt-Peterburqda sevimli yerinin adını çəkib
Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda sevimli yeri Mariinski teatrıdır. Citypost.az xəbər verir ki, bu barədə dövlət başçısı “Rossiya” milli mərkəzində keçirilən sərgidə danışıb.Rusiya lideri qeyd edib ki, o, müntəzəm olaraq teatra, yəni “Şelkunçik” baletinə baş çəkməyə çalışır.“Rossiya” Milli Mərkəzində Vladimir Putin “Rusiyaya səyahət” və “Ölçənin doğulması” sərgisi ilə tanış olub. Birincisi ölkənin federal rayonlarına həsr olunub, “Ölçənin doğulması” rus memarlığı və şəhərsalma tarixindən bəhs edir.Yeganə...
26 Mart 2025, 19:00

Almaniyanın dövlət borcu 2,5 trilyon avronu keçib
Almaniyanın dövlət borcu keçən il 63,9 milyard avro artaraq 2 trilyon 509 milyard avroya çatıb.Citypost.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı ilkin məlumatlara görə, ölkənin qeyri-dövlət qurumlarına ümumi dövlət borcu, o cümlədən federal, əyalət, sosial təminat fondları, bələdiyyə və bələdiyyə birlikləri səviyyəsində bütün əsas və əlavə büdcələr keçən il 63,9 milyard avro artıb. Borc 2023-cü ilin sonu ilə müqayisədə 2,6 faiz artaraq 2 trilyon 509 milyard avroya çatıb.Sözügedən dövr ərzində federal dövlət borcu 36,5 milyard avro artıb. Dövlətlərin borcu 12,7 milyard (2,1 faiz) artaraq 606,9 milyard avroya çatıb.Destatisin açıqlamasında, Covid-19 epidemiyası zamanı şirkətlərə kömək etmək üçün yaradılan...
26 Mart 2025, 18:51

İkibarmaqlı pəncələri olan yeni dinozavr növü aşkar edilib
Kanadalı elm adamları milyonlarla il əvvəl yaşamış üçbarmaqlı Terizinozavrlar qrupuna aid olmasına baxmayaraq, yalnız iki barmaqlı caynaqları olan yeni dinozavr növü aşkar ediblər.Citypost.az xəbər verir ki, tədqiqatçılar Monqolustanın Qobi səhrasında su kəməri çəkilişi zamanı tapılan fosillərin dinozavrların təkamül prosesi ilə bağlı mühüm ipuçlarına işarə etdiyini vurğulayıblar.Alimlər "duonychus tsogtbaatari" adlanan bu dinozavr növünün kəşfinin dinozavrların müxtəlifliyini və təkamül proseslərini daha yaxşı anlamaq üçün mühüm addım olduğunu qeyd ediblər.Yeganə...
26 Mart 2025, 18:42