Nəsimi rayonunda 13 kq marixuana və həşiş aşkarlanıb
Hadisə 25 Mart 2025, 21:39

185
Nəsimi rayonunda narkokuryerdən 13 kq marixuana və həşiş aşkarlanıb.
DİN-dən verilən məlumata görə, son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb.
C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Həmçinin oxuyun
Faktla bağlı araşdırmalar aparılır.
Ümumilikdə isə Nəsimi rayonunda son üç ay ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb və nəticədə 36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DİN-dən əməliyyat: Avtomat, tapança, tüfəng tapıldı
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları martın 25-də ölkə ərazisində avtomat, qumbara atan və tapançalar aşkar ediblər.Citypost.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.Bildirilib ki, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki avtomat silahı, iki tapança, bir qumbara atan, bir tüfəng, üç patron darağı, aşkar edilərək götürülüb.
26 Mart 2025, 11:00

Polkovnik-leytenant qəfil vəfat etdi - Foto
Fövqəladə Hallar Nazirliyinin təqaüddə olan zabiti qəfil vəfat edib.“Qafqazinfo” xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin keçmiş əməkdaşı, daxili xidmət polkovnik-leytenantı Ədalət Ələkbərov səhhətində yaranmış problem səbəbindən dünyasını dəyişib.Qeyd edək ki, Ə.Ələkbərov 2018-ci ildə Prezidentin Sərəncamı ilə “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
25 Mart 2025, 10:57

Ötən gün ölkə ərazisində qumbara və silahlar aşkarlanıb
Azərbaycanda martın 24-də qumbara və silahlar aşkarlanıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 18 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
25 Mart 2025, 10:16

Mingəçevirdə meyit tapılıb
Mingəçevirdə meyit tapılıb.Citypost.az-ın məlumatına görə, hadisə şəhərdəki evdə qeydə alınıb. Meyiti tapılan şəxsin Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Allahverdi Quliyev olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.
24 Mart 2025, 16:16

Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu da həbs olundu - DTX-dən əməliyyat
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub....
21 Mart 2025, 10:48

Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Martın 19-da Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluq əməlinə görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaq orqanlarına təhvil verilib.Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilibDələduzluqla bağlı əməliyyat tədbirləriDİN-in Mətbuat Xidmətinin məlumatına əsasən, polis əməkdaşları tərəfindən dələduzluq cinayətlərinin qarşısının alınması və bu əməlləri törədən şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə ölkə ərazisində genişmiqyaslı əməliyyat tədbirləri keçirilib. Nəticədə, müxtəlif bölgələrdə dələduzluq əməllərinə görə axtarışda olan 15 şəxs saxlanılıb.Saxlanılan şəxslərin istintaqa təhviliSaxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılaraq, onların törətdikləri cinayət əməlləri ilə bağlı istintaq hərəkətləri davam etdirilir. Bu tədbirlər, ölkədə dələduzluq cinayətlərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edir....
20 Mart 2025, 12:06