Bizə yazın

Baku

-°C

USD

-

Paşinyan: Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq

Cəmiyyət 15 Aprel 2025, 13:03

36310

Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq.

Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qobustanda daha bir körpü yenilənəcək

Qobustan körpüsündə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.Citypost.az  xəbər verir ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq.Bununla əlaqədar körpünün sözügedən hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

03 Noyabr 2026, 18:42

Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabının qalibləri açıqlandı

Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə keçirilən “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib.Citypost.az xəbər verir ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının həyata keçirilməsi çərçivəsində elan olunan müsabiqədə 14-17 yaşlı gənclər qrafik hekayəçilik üslubunda dövrümüzün yeni qəhrəman obrazını yaratmağa dəvət olunublar.Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş 31 əsəri nəzərdən keçirərək üç qalibi müəyyənləşdirib. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin tələbəsi, 16 yaşlı Zəhra Məmmədova birinci yerə layiq görülüb. Bakı məktəbliləri – 14 yaşlı Xədicə Şirin Derdiyok ikinci, Amir Hüseynli isə üçüncü yeri tutublar....

03 Noyabr 2026, 18:30

67 nəqliyyat vasitəsi hərracda satıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 3-də keçirilən hərracda 67 nəqliyyat vasitəsi satılıb.Dövlət Xidmətindən Citypost.az-a  bildirilib ki, hərracda start qiyməti 10 min manat olan “Hyundai ix-35” markalı avtomobil 15 min 300 manata, ilkin qiyməti 5 min manat olan “Ford Transit” markalı mikroavtobus isə 9200 manata satılıb.Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.Qeyd edək ki, cari ay ərzində nəqliyyat vasitələri üzrə növbəti hərraclar noyabrın 11, 17 və 24-də keçiriləcək.Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər....

03 Noyabr 2026, 18:19

Taleh Qaraşov şəhidin məzarını ziyarət edib

Noyabrın 3-də Vətən müharibəsi şəhidi Qənbərli Mehdi Sübhi oğlunun anım günüdür.  Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Tatoba kənd qəbristanlığındakı məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Citypost.az xəbər verir ki, Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

03 Noyabr 2026, 18:06

Rövşən Rzayev vətəndaşları qəbul edib

Noyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Dövlət KomitəsindəCitypost.az  verilən məlumata görə, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun həll ediləcəyi bildirilib.Müraciətlər əsasən, qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq...

03 Noyabr 2026, 18:00

Daha 20 tələbəyə təqaüd veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb.Bu barədə Citypost.az-a TİF-dən məlumat verilib.Bildirilib ki, yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.Müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.Nicat Məmmədli əməkdaşlığın davam etdirilməsinin sosial həssas qrupa aid olan gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.Sədr bildirib ki, tələbələrə göstərilən maliyyə dəstəyi onların təhsillərini davam etdirmələrinə, bilik və bacarıqlarını inkişaf etdirmələrinə, gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaradır.Yusif Poladov vətəndaşların təhsil sahəsinə göstərdiyi dəstəyin və sosial həmrəyliyin böyük əhəmiyyət daşıdığını...

03 Noyabr 2026, 17:48