Zahid Oruc:"Qələbənnin davamı insan hüquqlarının və ədalətin hər bir vətəndaşın həyatında əksini tapmasıdır"
Cəmiyyət 03 Noyabr 2026, 12:12
1257
Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin İnsan hüquqları üzrə Müvəkkil vəzifəsinə üç namizədi Milli Məclisə təqdim etməsi ölkəmizin konstitusion həyatında mühüm hadisədir. Yeddi il əvvəl, torpaqlarımızın işğal altında olduğu dövrdə keçirilən seçkidən fərqli olaraq, indiki şəraitdə Ombudsmanın seçilməsi Vətən müharibəsindəki parlaq Qələbədən və dövlət suverenliyimizin tam bərpasından sonra insan hüquq və azadlıqlarının qorunmasında yeni mərhələdir. Bununla yanaşı, 24 illik tarixi olan bir təsisatın keçdiyi yola qiymət verməyə ehtiyac var.
1990-cı illərin əvvəllərində Azərbaycanı xaosdan və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edən Ümummilli Lider Heydər Əliyev, sözün əsil mənasında, xalqımızın bir nömrəli Müvəkkili idi. İnsanların təhlükəsizlik və sabitlik şəraitində yaşaması, ilk növbədə, dövlətin qorunub saxlanılmasını və ölkədə qanuni hakimiyyətin bərqərar olmasını tələb edirdi. Heydər Əliyev xalqımızı anarxiya və parçalanmadan qurtarmaqla yanaşı, gələcəyə inamını bərpa etdi, hüquqlarımızın müdafiəsi üçün zəruri konstitusion əsasları formalaşdırdı.
1998-ci ildə imzalanan Fərmanda və İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında yeni institutun yaradılması nəzərdə tutuldu. 2001-ci il dekabrın 28-də isə müvafiq Konstitusiya Qanunu qəbul edildi. 2002-ci ilin iyulunda mərhum Elmira Süleymanova ilk Ombudsman seçildi və həmin ilin oktyabrından vətəndaşların müraciətlərinin qəbuluna başlanıldı.
Konstitusiya Qanunu Müvəkkilin müstəqil statusunu, səlahiyyətlərini və dövlət hakimiyyəti orqanları ilə münasibətlərinin hüquqi əsaslarını müəyyənləşdirdi.
Müvəkkilin Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclisdə 83 səs çoxluğu ilə seçilməsi, səlahiyyət müddətinin yeddi il müəyyənləşdirilməsi, eyni şəxsin Ombudsman vəzifəsinə iki dəfədən artıq seçilə bilməməsi, eləcə də insan hüquqlarının vəziyyətinə dair illik məruzəsinin parlamentdə dinlənilməsi onun konstitusion statusunun mühüm təminatlarıdır.
Ötən dövrdə Müvəkkil institutuna ictimai etimad güclənib. Təkcə bir faktı xatırlatmaq yerinə düşər: 2011-ci ildə Ombudsmana vətəndaş müraciətlərinin sayı 12 min 680 təşkil edirdisə, 2025-ci ildə müvafiq göstərici 42 min 685-ə çatıb. Ona görə də həqiqi etimadın ölçüsü artan məsuliyyət və pozulmuş hüquqların bərpası deməkdir.
Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Qələbə və dövlət suverenliyimizin tam bərpası bir milyona yaxın qaçqın və məcburi köçkünlə yanaşı, bütövlükdə xalqımızın ən ali hüquqlarını təmin etdi. Otuz ilə yaxın müddətdə işğalın nəticələrinə, humanitar məhrumiyyətlərə, mülkiyyət və təhlükəsiz yaşamaq hüquqlarının pozulmasına həsr edilən Ombudsman məruzələrinin artıq gündəliyi və fəsilləri dəyişir.
Həmçinin oxuyun
Dövlətimizin konstitusion yurisdiksiyası bütün ərazilərimizdə bərpa olunub. Gələcək Ombudsmanın məruzələrində işğalın doğurduğu problemlərin sənədləşdirilməsi ilə yanaşı, Böyük Qayıdışın hüquqi nəticələri, yeni yaşayış məntəqələrində vətəndaş hüquqlarının qorunması, dövlət xidmətlərinə çıxış imkanları daha geniş əks olunacaqdır.
Parlament Müvəkkili yeddiillik müddətə seçərkən, əslində, 2033-cü ilə qədər qalib dövlətimizin insan hüquqlarının müdafiəsi sahəsində yeni vəzifələri də müəyyənləşdirir. Qarşıdakı dövr işğal, qaçqınlıq və məcburi köçkünlük taleyini yaşamayan yeni nəslin yetişəcəyi gələcək deməkdir. Qələbənnin davamı insan hüquqlarının və ədalətin hər bir vətəndaşın həyatında əksini tapmasıdır.
Digər tərəfdən, beynəlxalq vəziyyətin və insan hüquqlarına yönələn təhlükələrin dəyişən xarakteri bütün dünya ombudsmanlarının qarşısında yeni vəzifələr qoyur. Müharibələr, miqrasiya böhranları, informasiya qarşıdurmaları, süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı yeni hüquqi problemlər yaradır. Bir çox dövlətin insan hüquqları məsələsindən siyasi təzyiq və geoiqtisadi maraqlarını irəlilətmək vasitəsi kimi istifadə etməsi, ölkə rəhbərinin də qeyd etdiyi kimi, sərhədləri olmayan ideoloji məkanda milli kimliyimizi, ailə və insani dəyərlərimizi daha güclü qorumağı tələb edir. Ombudsman beynəlxalq təşkilatların hesabatlarına cavab verməklə yanaşı, özü də insan hüquqları sahəsində beynəlxalq platformalarda mühüm təşəbbüslər irəli sürən təsisat olmalıdır.
Prezidentin təqdim etdiyi namizədlər arasından növbəti yeddi il üçün Müvəkkili seçərkən əsas məqsəd ötən illər ərzində qazanılan ictimai etimadı qorumaq və xalqa ləyaqətlə xidmət etmək olmalıdır.
Gələcək Ombudsmanın dövlət orqanları ilə səmərəli əməkdaşlığı davam etdirəcəyinə, eyni zamanda, onların fəaliyyətindəki nöqsanlara münasibətdə prinsipial mövqe tutacağına inanırıq. Müvəkkilin müstəqilliyi, peşəkarlığı və obyektivliyi onun ictimai nüfuzunun əsas təminatıdır.
Dövlət hakimiyyətinin bütün qolları insan hüquqlarının müdafiəsində maraqlı olmalıdır.
Ombudsmanın vəzifəsi isə həmin hüquqlar pozulduqda vətəndaşın yanında olmaqdır!
Hörmətli Sədr, dəyərli həmkarlar!
Prezident tərəfindən İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə təqdim edilən hər üç namizədin ardıcıllıq üzrə tərcümeyi-halı, elmi və peşəkar fəaliyyəti barədə qısa məlumat vermək istəyirəm.
Səbinə Yaşar qızı Əliyeva 1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsili alıb, 2012-ci ildə Dövlət İdarəçilik Akademiyasını beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. İngilis və rus dillərini sərbəst bilir. 2000-ci ildən Konstitusiya Məhkəməsinin Aparatında əmək fəaliyyətinə başlayıb, müxtəlif məsul vəzifələrdə çalışıb. 2019-cu il noyabrın 29-da Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili seçilib.
Səbinə Əliyevanın rəhbərliyi ilə ötən yeddi ildə Ombudsman institutunun fəaliyyəti həm ölkəmiz daxilində, həm də beynəlxalq müstəvidə daha da genişlənib, Konstitusion hüquqi baza təkmilləşib, peşəkar mərkəzi aparatı, regional strukturları formalaşıb. Vətən müharibəsi zamanı mülki əhalinin hüquqlarının pozulmasına dair faktların sənədləşdirilməsi, müharibədən sonrakı dövrdə mina qurbanlarının, itkin düşmüş şəxslərin ailələrinin və keçmiş məcburi köçkünlərin hüquqlarının müdafiəsi fəaliyyətinin uğurlu istiqamətlərini təşkil edib.
Səbinə Əliyeva 2023-cü ildən Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti və İdarə Heyətinin üzvü, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvüdür. Dövlət qulluğunda və beynəlxalq əməkdaşlıq sahəsində xidmətlərinə görə müxtəlif dövlət medalları ilə təltif olunub.
Ceyhun Yasin oğlu Qaracayev 1965-ci il iyunun 20-də Bakı şəhərində anadan olub. 1987–1990-cı illərdə Odessa Dövlət Universitetində, 1990–1993-cü illərdə Bakı Dövlət Universitetində hüquq təhsili alıb. 1998-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru, 2017-ci ildə hüquq elmləri doktoru elmi dərəcəsini qazanıb. Əmək fəaliyyətinə məhkəmə sistemində başlayıb, sonrakı illərdə ali təhsil və elmi müəssisələrdə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında və Milli Məclisin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 2010–2025-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən BDU-da professor, 2026-cı ilin aprelindən isə Fransanın Strasburq Universitetində dəvət olunan professor kimi fəaliyyət göstərir. Rus və ingilis dillərini sərbəst bilir.
Elşanə Rafiq qızı Vəliyeva 1975-ci ildə Biləsuvar rayonunda anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Ali Arbitraj Məhkəməsində başlayıb, sonra İqtisad Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb. 2007–2010-cu illərdə Nərimanov Rayon Məhkəməsinin, 2010–2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2017-ci ildən hazırki tarixə qədər Ali Məhkəmənin hakimi vəzifəsində fəaliyyət göstərir. Məhkəmə-hüquq sahəsində müxtəlif beynəlxalq təlim və seminarlarda aktiv iştirak edib. 2023-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Hörmətli millət vəkilləri, inanırıq ki, hər üç namizəd barəsində obyektiv müzakirələrdən sonra Milli Məclis qarşıdakı yeddi il üçün İnsan hüquqları üzrə müvəkkilin seçilməsinə dair ədalətli qərar qəbul edəcəkdir.
Milli Məclisin deputatı Zahid Oruc
Zahid Oruc:"Qurucu babaların azadlıq arzularını Ali Baş Komandan Zəfər himninə çevirdi”
Otuz ildən artıqdır ki, Dövlət Himnimizi hər bir azərbaycanlı qürur və ehtiramla oxuyur. Lakin böyük Üzeyir Hacıbəyli və Əhməd Cavadın bizə miras qoyduğu müqəddəs sətirlər heç vaxt 44 gündə olduğu qədər gerçək məna qazanmamışdı. Müstəqilliyini yenidən əldə edən xalqımız Himnin birinci cümləsində qəhrəman övladlarından danışırdı, lakin torpaqlarının beşdə biri işğal altında idi.Millətimizin hərbi andı kimi səslənən "Səndən ötrü can verməyə cümlə hazırız" nidasını mərd oğullarımız nəhayət, 27 sentyabrda gerçəkliyə çevirdi. Üç əsrə yaxın itirilmiş torpaqların, süquta uğramış dövlətlərimizin, yarımçıq qalmış azadlıq mübarizələrinin də ruhu həmin gün döyüşə qalxdı. Səfəvilərdən Əfşarlara, xanlıqlardan Cümhuriyyətə, imperiya quruluşlarından müstəqilliyə qədər keçdiyimiz yol xalqımıza bir...
03 Noyabr 2026, 13:57
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı xəbərdarlıq edib.İdarədən Citypost.az-a verilən məlumatda bildirilib ki, qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır: "Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə şərtlər altında mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır.İlk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2...
03 Noyabr 2026, 13:28
Milli Məclis çoxdan gözlənilən QƏRARI QƏBUL ETDİ
Milli Məclis zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyətinin artırılmasını birinci oxunuşda qəbul edib.CityPost.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Qeyd edilib ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər. Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.Əvvəlki...
03 Noyabr 2026, 13:19
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər BƏYANAT YAYDI
Meydan TV-nin hǝbsdǝ olan üç ǝmǝkdaşı telekanalın Berlindəki rəhbərliyinə qarşı sərt bəyanat yayıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə jurnalist Əfqan Muxtarlı sosial şəbəkə hesabında paylaşım edib. Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudova tərəfindən hazırlanan bəyanatda Meydan TV-nin hazırda pis idarǝçilik altında olduğu qeyd olunub: “Yaradıcı azadlığın qamçılandığı, işçilǝri psixoloji tǝzyiq altında saxlayan media bu gün dǝyǝrli ǝmǝkdaşlarını, TV-nin ǝsas işçi heyǝtini itirmǝklǝ üzlǝşib. Redaksiyada bu şǝrtlǝrǝ boyun ǝymǝyib baş qaldıran işçilǝr ard-arda istefa vermǝyǝ mǝcbur buraxılır. ...Menecer kimi işǝ başlayan Matt Kasper gedişatda özünü direktor vǝ tǝk söz sahibi elan edib. Bu şǝxs baş ofisi Berlindǝ yerlǝşǝn Meydan TV-ni...
03 Noyabr 2026, 13:19
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, buna səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir."İl ərzində daha çox dumanlı hava şərati dekabr, yanvar, fevral, mart, aprel ayına təsadüf edir, amma maydan oktyabr ayına qədər isə müəyyən azalma qeydə alınsa da, noyabr ayından isə dumanlı günlərin sayı tədricən artmağa başlayır", məlumatda deyilir....
03 Noyabr 2026, 12:50
Sabah bəzi ərazilərdə yağış və duman gözlənilir
Noyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 11-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°...
03 Noyabr 2026, 12:26