Şirkət rəhbərlərinin mükafatlandırılmasında YENİ QAYDA
Cəmiyyət 03 Noyabr 2026, 16:52
482
Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.
Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Həmçinin oxuyun
Qərara əsasən, "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası"na uyğun olaraq hüquqi şəxslər tərəfindən idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması zamanı hüquqi şəxsin fəaliyyətinin səmərəlilik əmsalı (FSƏ) meyar kimi istifadə edilməyəcək.
Rüfət Seyidov AzTV-dən ayrıldı
Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişikliyi baş verib. Modern.az xəbər verir ki, AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılan Rüfət Seyidovun həyat yoldaşı Vəfa Seyidova da telekanaldakı fəaliyyətini başa vurub.O, paylaşımında bu sözləri qeyd edib:"AzTV-də Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətimi yekunlaşdırdım. Bu müddətdə xeyli iş gördüm və xeyli gözəl insan tanıdım. Mediada dəyərli yoldaşlarla çiyin-çiyinə çalışdım. Möhtəşəm insanlardan ibarət komanda qurduq və hədəflərə çatdıq. AZTV mənə çox şeyi öyrətdi. Bu ailənin bir üzvü olmaq mənim üçün çox xoş idi. Komandama uğurlar arzulayıram. Çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər....
03 Noyabr 2026, 17:30
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bu ilin oktyabr ayında "Bakı Metropoliteni" QSC 16 milyondan çox sərnişin daşıyıb.Citypost.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, girişi ödənişsiz olan "Xocəsən" və "Avtovağzal" stansiyalarından, ümumilikdə 556 min 424 sərnişin istifadə edib.Bu, sentyabr ayı ilə müqayisədə 64 % çoxdur. 1 milyon 683 min 032 sərnişinlə "Koroğlu" stansiyası oktyabr ayına liderlik edib. 20 oktyabr tarixi isə 641 min 442 nəfərlə ən çox sərnişin daşınan gün olub.NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Sentyabr ayı ilə müqayisədə rəqəmsal ödənişlərin sayı 15,9 % artıb. Gediş haqqının NFC ilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3 %-ni...
03 Noyabr 2026, 17:27
Türkiyənin turizm gəlirləri rekord həddə çatıb
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında ölkənin turizm göstəricilərini açıqlayıb.Modern.az-ın məlumatına görə, nazir bildirib ki, bu ilin ilk doqquz ayında Türkiyənin turizm gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 51,3 milyard dollara yüksəlib. Bu, ölkə tarixində ilk doqquz ay üzrə qeydə alınan ən yüksək göstəricidir. Təkcə üçüncü rübdə turizm gəlirləri 5 faiz artaraq rekord həddə – 25,5 milyard dollara çatıb.Nazir Mehmet Nuri Ersoy beynəlxalq turizm sektorunun bu il bir sıra ciddi çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, regionda baş verən münaqişələr, hava məkanına tətbiq edilən məhdudiyyətlər, enerji daşıyıcılarının və aviabiletlərin...
03 Noyabr 2026, 17:18
Xaricdən idarə olunan radikal şəbəkənin fəaliyyəti ifşa edildi
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Murad Qərib oğlu Fetiyev Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunub.Bu barədə Citypost.az Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə Azərbaycanın ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq xaricdə, eləcə də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb edib.Eyni zamanda, onların arasından radikal baxışları ilə xüsusilə fərqlənən şəxslərin seçilməsini, ölkə ərazisində mühüm strateji obyektlər barədə informasiya toplanılmasını, terrorçuluğa açıq çağırışlar edilməsini...
03 Noyabr 2026, 17:05
Prezidentin sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.Citypost.az Səbuhi Sadıqovun dosyesini təqdim edir:1984-cü ildə anadan olan Səbuhi Sadıqov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. O, 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsinə layiq görülüb.Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayan S.Sadıqov 2007–2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit şirkətində baş menecer vəzifəsinədək yüksəlib. 2018–2021-ci illərdə “PMD” şirkətlər qrupunda Audit departamentinin direktoru, həmçinin bir sıra şirkətlərin Audit komitələrinin üzvü...
03 Noyabr 2026, 16:37
Naxçıvanda bəzi vəzifəlilər VİP siyahısından ÇIXARILDI
Nazirlər Kabineti “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri siyahıdan çıxarılıb.Daxili hava daşımaları üzrə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəisi, Naxçıvan hərbi prokuroru, Azərbaycan Respublikası...
03 Noyabr 2026, 16:33