Bizə yazın

Baku

-°C

USD

-

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı

Hadisə 03 Noyabr 2026, 12:45

415

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.

Bu barədə Citypost.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir rayonunda 5 avqust 2013-cü il tarixində 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.

İstintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən edilib.

22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanlıların pullarını ələ keçirən şəbəkənin üzvləri tutuldu

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatlında deyilir.Məlumatda bildirilib ki, kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu illik zərər son beş ildə 75 faiz artaraq 6 trilyon dollardan 10,5 trilyon dollara yüksəlib. Xaraktercə qlobal miqyasda geniş yayılan kibercinayətkarlığın yaratdığı təhlükələr, heç şübhəsiz ki, Azərbaycandan da yan keçmir. Kibercinayətkarlığın transmilli xarakter alması, cinayətkar şəbəkələrin müxtəlif ölkələrdən idarə olunması və qanunsuz maliyyə əməliyyatlarında müasir texnoloji imkanlardan istifadə edilməsi bu sahədə mübarizənin əhəmiyyətini daha da artırır. Belə cinayətlərin qarşısının alınması sadəcə ayrı-ayrı...

03 Noyabr 2026, 10:43

ŞOK! Eyyubovun idarəsində əməliyyat: Həbs olunan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir.CityPost.az  “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.Əməliyyat zamanı idarənin Rüfət adlı vergi müfəttişinin saxlanıldığı bildirilir.Hələlik əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi məlum deyil.Əldə etdiyimiz məlumata görə, onun barəsində həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, idarənin rəisi Bəylər Eyyubovun qardaşı oğlu Şahin Eyyubovdur....

02 Noyabr 2026, 21:59

Cəlilabadda anasını döyən “xeyriyyəçi” tutuldu

Özünü xeyriyyəçi kimi göstərərək sosial şəbəkələrdə ehtiyacı olan şəxslərə yardım çağırışları edən bloqer Namiq Əzizin anasının evinə basqın edərək onu döyməsi ilə bağlı görüntülər yayılıb.Citypost.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib.Məlumata görə, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan rayona gedərək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.Bildirilib ki Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən anasına xəsarət yetirdiyi hələlik məlum deyil.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan vurğulanıb ki, hazırda faktla bağlı müvafiq polis orqanında...

02 Noyabr 2026, 14:10

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana Pilotsuz Uçuş Aparatı (PUA) ilə narkotik keçirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanına qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.Hadisə yerlərinə baxış zamanı "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir....

02 Noyabr 2026, 13:18

İran vətəndaşları narkotik keçirərkən yaxalandı

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə edilib.Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülüb.Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 128 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları saxlanılıb.Fakt...

02 Noyabr 2026, 11:53

Neftçalada 86 yaşlı kişi yıxılaraq ölüb

Neftçala rayonuda 86 yaşlı kişi yıxılaraq ölüb.Citypost.az xəbər verir ki, hadisə oktyabrın 31-də qeydə alınıb.Neftçala şəhər sakini 1940-cı il təvəllüdlü İ.Süleymanov yaşadığı Dördlər kəndindəki evdə yıxılaraq xəsarət alması nəticəsində ölüb.Araşdırmalar aparılır. (APA)

02 Noyabr 2026, 10:46