Bizə yazın

Baku

-°C

USD

-

MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib

Cəmiyyət 03 Noyabr 2026, 14:33

463

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib.

Citypost.az MKA-ya istinadən xəbər verir ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.

"MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəşad İsmayılov Hacıqabulda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Hacıqabul rayonunda Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan sakinləri qəbul edib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, vətəndaş qəbulu zamanı ətraf mühitin və meşələrin mühafizəsi, yaşıllıqların qorunması, hidrometeorologiya, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb....

03 Noyabr 2026, 15:13

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub.Citypost.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərdə tutulub.

03 Noyabr 2026, 14:28

Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı

3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəməsi keçirilib.Citypost.az Teleqraf-a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilib.Şahid qismində ifadə verən Vüqar Əliyevin xələfi - “Azenco”nun İdarə Heyətinin hazırkı sədri Pərviz Hacıyev dövlət ittihamçısı Valeh Ələkbərovun suallarını cavablandırıb.Bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyıb, şirkətdə maliyyə məsələləri rəhbər kimi Vüqar Əliyevin nəzarətində olub:“Azenco” Özbəkistandan olan şirkətlə işlərin görülməsi üçün 16 milyon manatlıq müqavilə bağlamaq barədə razılığa gəlib. Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyona, sonra isə 8 milyon manata saldı. Məbləğin aşağı salınması...

03 Noyabr 2026, 14:20

Zahid Oruc:"Qurucu babaların azadlıq arzularını Ali Baş Komandan Zəfər himninə çevirdi”

Otuz ildən artıqdır ki, Dövlət Himnimizi hər bir azərbaycanlı qürur və ehtiramla oxuyur. Lakin böyük Üzeyir Hacıbəyli və Əhməd Cavadın bizə miras qoyduğu müqəddəs sətirlər heç vaxt 44 gündə olduğu qədər gerçək məna qazanmamışdı. Müstəqilliyini yenidən əldə edən xalqımız Himnin birinci cümləsində qəhrəman övladlarından danışırdı, lakin torpaqlarının beşdə biri işğal altında idi.Millətimizin hərbi andı kimi səslənən "Səndən ötrü can verməyə cümlə hazırız" nidasını mərd oğullarımız nəhayət, 27 sentyabrda gerçəkliyə çevirdi. Üç əsrə yaxın itirilmiş torpaqların, süquta uğramış dövlətlərimizin, yarımçıq qalmış azadlıq mübarizələrinin də ruhu həmin gün döyüşə qalxdı. Səfəvilərdən Əfşarlara, xanlıqlardan Cümhuriyyətə, imperiya quruluşlarından müstəqilliyə qədər keçdiyimiz yol xalqımıza bir...

03 Noyabr 2026, 13:57

DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı xəbərdarlıq edib.İdarədən Citypost.az-a verilən məlumatda bildirilib ki, qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır: "Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə şərtlər altında mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır.İlk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2...

03 Noyabr 2026, 13:28

Milli Məclis çoxdan gözlənilən QƏRARI QƏBUL ETDİ

Milli Məclis zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyətinin artırılmasını birinci oxunuşda qəbul edib.CityPost.az  xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Qeyd edilib ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər. Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.Əvvəlki...

03 Noyabr 2026, 13:19