Milli Məclis çoxdan gözlənilən QƏRARI QƏBUL ETDİ
Cəmiyyət 03 Noyabr 2026, 13:19
712
Milli Məclis zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyətinin artırılmasını birinci oxunuşda qəbul edib.
CityPost.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər. Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Əvvəlki redaksiyada isə bu xəta üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 günədək müddətə inzibati həbs tətbiq olunurdu.
Daha bir təklif edilən dəyişikliyə görə yuxarıdakı maddədə nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək. Bu müddəada işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qüvvədə olan qanuna əsasən isə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunurdu.
Bundan əlavə, qanun layihəsində həmçinin hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarətinin gücləndirilməsi əks olunub.
Qeyd edilib ki, hazırkı qanunvericilikdə müvafiq qurumun hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə, səlahiyyətli şəxs hərbi prokurora yazılı məlumat verməklə kifayətlənir.
Həmçinin oxuyun
Təklif olunan qanun layihəsi isə müvafiq qərarların (qərardadların), protokolların surətlərinin hərbi prokurora göndərilməsini təsbit etməklə bərabər, prokurorun həmin sənədlər üzrə müvafiq hərəkətlər etmək və qərar qəbul etmək səlahiyyətlərini də nəzərdə tutur.
Yuxarıda adı çəkilən inzibati xətalar üzrə prokurorun qərar qəbul etmək səlahiyyəti müəyyənləşdiyindən, həmin işlərə baxılmasında prokurorun iştirakını təmin edən İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə müvafiq müddəanın əlavə edilməsi təklif edilir.
Müddəada qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərarların (qərardadların), habelə protokolların surətləri dərhal müvafiq hərbi prokurora göndərilir. Hərbi prokuror həmin aidiyyəti sənədlərin yoxlanılması ilə qanuni əsaslar olduqda yazılı göstəriş verir.
Vurğulanıb ki, hərbi prokuror səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsi haqqında qərardadının və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının qanuniliyini və əsaslılığını onun daxil olduğu vaxtdan 30 gün müddətində yoxlayır, həmin qərardadın və ya qərarın qanunsuz və ya əsassız olduğunu müəyyən etdikdə, onu ləğv edərək, müvafiq qərar (qərardad) qəbul edir və ya protokol tərtib edir, yaxud inzibati xəta haqqında məlumata yenidən baxılması üçün icraat materiallarını səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.
Bildirilib ki, nəzərdə tutulmuş yoxlama ilə əlaqədar müvafiq qərarı və ya qərardadı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında materialları iş üzrə icraatın tələb edildikdə, materiallar bir gün ərzində hərbi prokurora təqdim edilməlidir.
Qanun layihəsi, həmçinin hərbi qulluqçuların xidməti vəzifələrinin xüsusiyyətini nəzərə alaraq, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə dərhal və ya 48 saat müddətində deyil, 15 gün müddətində baxılmasını təklif edir.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Zahid Oruc:"Qurucu babaların azadlıq arzularını Ali Baş Komandan Zəfər himninə çevirdi”
Otuz ildən artıqdır ki, Dövlət Himnimizi hər bir azərbaycanlı qürur və ehtiramla oxuyur. Lakin böyük Üzeyir Hacıbəyli və Əhməd Cavadın bizə miras qoyduğu müqəddəs sətirlər heç vaxt 44 gündə olduğu qədər gerçək məna qazanmamışdı. Müstəqilliyini yenidən əldə edən xalqımız Himnin birinci cümləsində qəhrəman övladlarından danışırdı, lakin torpaqlarının beşdə biri işğal altında idi.Millətimizin hərbi andı kimi səslənən "Səndən ötrü can verməyə cümlə hazırız" nidasını mərd oğullarımız nəhayət, 27 sentyabrda gerçəkliyə çevirdi. Üç əsrə yaxın itirilmiş torpaqların, süquta uğramış dövlətlərimizin, yarımçıq qalmış azadlıq mübarizələrinin də ruhu həmin gün döyüşə qalxdı. Səfəvilərdən Əfşarlara, xanlıqlardan Cümhuriyyətə, imperiya quruluşlarından müstəqilliyə qədər keçdiyimiz yol xalqımıza bir...
03 Noyabr 2026, 13:57
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı xəbərdarlıq edib.İdarədən Citypost.az-a verilən məlumatda bildirilib ki, qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır: "Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə şərtlər altında mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır.İlk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2...
03 Noyabr 2026, 13:28
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər BƏYANAT YAYDI
Meydan TV-nin hǝbsdǝ olan üç ǝmǝkdaşı telekanalın Berlindəki rəhbərliyinə qarşı sərt bəyanat yayıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə jurnalist Əfqan Muxtarlı sosial şəbəkə hesabında paylaşım edib. Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudova tərəfindən hazırlanan bəyanatda Meydan TV-nin hazırda pis idarǝçilik altında olduğu qeyd olunub: “Yaradıcı azadlığın qamçılandığı, işçilǝri psixoloji tǝzyiq altında saxlayan media bu gün dǝyǝrli ǝmǝkdaşlarını, TV-nin ǝsas işçi heyǝtini itirmǝklǝ üzlǝşib. Redaksiyada bu şǝrtlǝrǝ boyun ǝymǝyib baş qaldıran işçilǝr ard-arda istefa vermǝyǝ mǝcbur buraxılır. ...Menecer kimi işǝ başlayan Matt Kasper gedişatda özünü direktor vǝ tǝk söz sahibi elan edib. Bu şǝxs baş ofisi Berlindǝ yerlǝşǝn Meydan TV-ni...
03 Noyabr 2026, 13:19
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, buna səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir."İl ərzində daha çox dumanlı hava şərati dekabr, yanvar, fevral, mart, aprel ayına təsadüf edir, amma maydan oktyabr ayına qədər isə müəyyən azalma qeydə alınsa da, noyabr ayından isə dumanlı günlərin sayı tədricən artmağa başlayır", məlumatda deyilir....
03 Noyabr 2026, 12:50
Sabah bəzi ərazilərdə yağış və duman gözlənilir
Noyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 11-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°...
03 Noyabr 2026, 12:26
Parlament Səbinə Əliyevanı yenidən ombudsman SEÇDİ
Səbinə Əliyeva yenidən ombudsman seçilib.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə səsvermə keçirilib.Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva 100, Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs toplayıb. Qeyd edək ki, yeni ombudsmanın seçilməsi üçün parlamentdə 83 səs çoxluğu kifayət idi.Daha sonra Səbinə Əliyeva ombudsman kimi and içib.
03 Noyabr 2026, 12:23