Bizə yazın

Baku

-°C

USD

-

“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər BƏYANAT YAYDI

Cəmiyyət 03 Noyabr 2026, 13:19

528

Meydan TV-nin hǝbsdǝ olan üç ǝmǝkdaşı telekanalın Berlindəki rəhbərliyinə qarşı sərt bəyanat yayıb.

Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə jurnalist Əfqan Muxtarlı sosial şəbəkə hesabında paylaşım edib. 

Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudova tərəfindən hazırlanan bəyanatda Meydan TV-nin hazırda pis idarǝçilik altında olduğu qeyd olunub: “Yaradıcı azadlığın qamçılandığı, işçilǝri psixoloji tǝzyiq altında saxlayan media bu gün dǝyǝrli ǝmǝkdaşlarını, TV-nin ǝsas işçi heyǝtini itirmǝklǝ üzlǝşib. Redaksiyada bu şǝrtlǝrǝ boyun ǝymǝyib baş qaldıran işçilǝr ard-arda istefa vermǝyǝ mǝcbur buraxılır. 

...Menecer kimi işǝ başlayan Matt Kasper gedişatda özünü direktor vǝ tǝk söz sahibi elan edib. Bu şǝxs baş ofisi Berlindǝ yerlǝşǝn Meydan TV-ni qeyri-demokratik vǝ qeyri-şǝffaf formada idarǝ edir. Peşǝsi sorğulamaq olan, azad ruhlu, kimsǝnin diktǝsi ilǝ hǝrǝkǝt etmǝyǝn jurnalistlǝr üzǝrindǝ iyerarxiya qurub aldığı qǝrarları qeyri-şǝrtsiz qǝbul etdirmǝyǝ çalışır. Onun ǝn böyük dǝstǝkçisi, baş redaktor vǝzifǝsini müvǝqqǝti icra edǝn Sevda Sǝmǝdova işçilǝrǝ mobbinq vǝ zorbalıq edir. Yaradıcı mühiti onlar üçün dözülmǝz hala gǝtirir. S. Sǝmǝdova “işçi haqları tanımıram” deyǝ bǝyan edǝrǝk daxili strukturun demokratiyanın ǝsas sütunu olan seçki yolu ilǝ formalaşmasını qǝbul etmir”.

Bəyanatda vurğulanıb ki, jurnalistlərin hǝbsdǝ olduqları 23 ay ǝrzindǝ müdafiǝ kampaniyası qurulmayıb, rǝhbǝrliyǝ ünvanladıqları suallar cavabsız qalıb, hesabatlılıq tǝmin olunmayıb: “Hǝbsxanadan yazdığımız mǝqalǝlǝrin dǝrci süni şǝkildǝ gecikdirildi, mǝhkǝmǝmiz ǝhatǝli formada işıqlandırılmadı. Bunlara etiraz edǝrkǝn “Nǝyi, necǝ, nǝ vaxt etmǝk lazım olduğunu biz bilirik” cavabını aldıq. “Hǝr kǝsin meydanı, alternativ media olacağıq” şüarları ilǝ yaradılan TV sǝhifǝlǝri mǝhdud mövzular vǝ Azǝrbaycan cǝmiyyǝtinǝ xitab etmǝyǝn xarici kontentlǝ doldurulur. Biz bu cür fǝaliyyǝt göstǝrǝn kanalımızın hazırkı rǝhbǝrliyini qǝbul etmirik. Meydan TV-dǝ demokratik mühit bǝrqǝrar olana, adıçǝkilǝn şǝxslǝr vǝzifǝdǝn uzaqlaşdırılana qǝdǝr onların yanında duruş gǝtirmǝdiyimizi bǝyan edirik”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zahid Oruc:"Qurucu babaların azadlıq arzularını Ali Baş Komandan Zəfər himninə çevirdi”

Otuz ildən artıqdır ki, Dövlət Himnimizi hər bir azərbaycanlı qürur və ehtiramla oxuyur. Lakin böyük Üzeyir Hacıbəyli və Əhməd Cavadın bizə miras qoyduğu müqəddəs sətirlər heç vaxt 44 gündə olduğu qədər gerçək məna qazanmamışdı. Müstəqilliyini yenidən əldə edən xalqımız Himnin birinci cümləsində qəhrəman övladlarından danışırdı, lakin torpaqlarının beşdə biri işğal altında idi.Millətimizin hərbi andı kimi səslənən "Səndən ötrü can verməyə cümlə hazırız" nidasını mərd oğullarımız nəhayət, 27 sentyabrda gerçəkliyə çevirdi. Üç əsrə yaxın itirilmiş torpaqların, süquta uğramış dövlətlərimizin, yarımçıq qalmış azadlıq mübarizələrinin də ruhu həmin gün döyüşə qalxdı. Səfəvilərdən Əfşarlara, xanlıqlardan Cümhuriyyətə, imperiya quruluşlarından müstəqilliyə qədər keçdiyimiz yol xalqımıza bir...

03 Noyabr 2026, 13:57

DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı xəbərdarlıq edib.İdarədən Citypost.az-a verilən məlumatda bildirilib ki, qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır: "Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə şərtlər altında mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır.İlk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2...

03 Noyabr 2026, 13:28

Milli Məclis çoxdan gözlənilən QƏRARI QƏBUL ETDİ

Milli Məclis zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyətinin artırılmasını birinci oxunuşda qəbul edib.CityPost.az  xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Qeyd edilib ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər. Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.Əvvəlki...

03 Noyabr 2026, 13:19

Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, buna səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir."İl ərzində daha çox dumanlı hava şərati dekabr, yanvar, fevral, mart, aprel ayına təsadüf edir, amma maydan oktyabr ayına qədər isə müəyyən azalma qeydə alınsa da, noyabr ayından isə dumanlı günlərin sayı tədricən artmağa başlayır", məlumatda deyilir....

03 Noyabr 2026, 12:50

Sabah bəzi ərazilərdə yağış və duman gözlənilir

Noyabrın 4-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 11-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°...

03 Noyabr 2026, 12:26

Parlament Səbinə Əliyevanı yenidən ombudsman SEÇDİ

Səbinə Əliyeva yenidən ombudsman seçilib.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə səsvermə keçirilib.Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva 100, Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs toplayıb. Qeyd edək ki, yeni ombudsmanın seçilməsi üçün parlamentdə 83 səs çoxluğu kifayət idi.Daha sonra Səbinə Əliyeva ombudsman kimi and içib.

03 Noyabr 2026, 12:23