Bizə yazın

Baku

-°C

USD

-

Rəşad İsmayılov Hacıqabulda vətəndaşları qəbul edib

Cəmiyyət 03 Noyabr 2026, 15:13

517

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Hacıqabul rayonunda Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan sakinləri qəbul edib.

Nazirlikdən Citypost.az-a verilən məlumata görə, vətəndaş qəbulu zamanı ətraf mühitin və meşələrin mühafizəsi, yaşıllıqların qorunması, hidrometeorologiya, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər

Azərbaycan Ordusunun hərbi pilotları hava kəşfiyyatının aparılması tapşırıqlarını icra ediblər.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, təlimin planına uyğun olaraq, pilotların uçuşların şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.Hərbi pilotlar havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqlarını icra ediblər.Təlim uçuşlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərinin və ölkənin hava məkanında yaranmış yeni təhdidlərə qarşı uçuş bacarıqlarının...

03 Noyabr 2026, 15:54

Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" 

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər.Citypost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.Belə ki, Kamilə Əliyeva ifadəsində atasının evində baş verən hadisələr, ona təqdim edilən sənəd və Ramiz Mehdiyevin həmin sənədlə bağlı mövqeyi barədə danışıb.Onun sözlərinə görə, 2025-ci il oktyabrın 8-də qardaşı Teymur Mehdiyev ona zəng edərək atalarının evində nəsə baş verdiyini, bəzi sənədlərin isə evdən aparıldığını bildirib. Bundan sonra o, atasının Abbas Səhhət küçəsində yerləşən evinə gedib.Kamilə Əliyeva bildirib ki, evdə atası və anası...

03 Noyabr 2026, 15:49

Azərbaycanda bu dövlət qurumları LƏĞV EDİLDİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus regional yol istismar qurumları ləğv olunub.Citypost.az Ölkə.az-a istinadən xəbərinə görə, bununla bağlı qərar verilib.Sözügedən idarələr aşağıdakılardır:“2 №-li Yol İstismarı” MMC - Siyəzən şəhəri, “3 №-li Yol İstismarı” MMC - Şabran şəhəri,“4 №-li Yol İstismarı” MMC - Xaçmaz şəhəri“5 №-li Yol İstismarı” MMC - Quba şəhəri“6 №-li Yol İstismarı” MMC - Qusar şəhəri“24 №-li Yol İstismarı” MMC - Göygöl şəhəri“25 №-li Yol İstismarı” MMC - Şəmkir şəhəri“27 №-li Yol İstismarı” MMC - Ağstafa şəhəri“28 №-li Yol İstismarı” MMC - Qazax şəhəri“29 №-li Yol İstismarı” MMC - Naftalan şəhəri“30 №-li Yol İstismarı” MMC - Samux şəhəri“32...

03 Noyabr 2026, 15:39

MKA "WhatsApp"da yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib.Citypost.az MKA-ya istinadən xəbər verir ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir."MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub....

03 Noyabr 2026, 14:33

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub.Citypost.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərdə tutulub.

03 Noyabr 2026, 14:28

Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı

3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəməsi keçirilib.Citypost.az Teleqraf-a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilib.Şahid qismində ifadə verən Vüqar Əliyevin xələfi - “Azenco”nun İdarə Heyətinin hazırkı sədri Pərviz Hacıyev dövlət ittihamçısı Valeh Ələkbərovun suallarını cavablandırıb.Bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyıb, şirkətdə maliyyə məsələləri rəhbər kimi Vüqar Əliyevin nəzarətində olub:“Azenco” Özbəkistandan olan şirkətlə işlərin görülməsi üçün 16 milyon manatlıq müqavilə bağlamaq barədə razılığa gəlib. Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyona, sonra isə 8 milyon manata saldı. Məbləğin aşağı salınması...

03 Noyabr 2026, 14:20