Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Cəmiyyət 03 Noyabr 2026, 17:27
604
Bu ilin oktyabr ayında "Bakı Metropoliteni" QSC 16 milyondan çox sərnişin daşıyıb.
Citypost.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, girişi ödənişsiz olan "Xocəsən" və "Avtovağzal" stansiyalarından, ümumilikdə 556 min 424 sərnişin istifadə edib.
Bu, sentyabr ayı ilə müqayisədə 64 % çoxdur. 1 milyon 683 min 032 sərnişinlə "Koroğlu" stansiyası oktyabr ayına liderlik edib. 20 oktyabr tarixi isə 641 min 442 nəfərlə ən çox sərnişin daşınan gün olub.
Həmçinin oxuyun
NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Sentyabr ayı ilə müqayisədə rəqəmsal ödənişlərin sayı 15,9 % artıb. Gediş haqqının NFC ilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3 %-ni təşkil edib.
"Əlçatan metro" xidmətindən ay ərzində 113 sərnişin yararlanıb.
67 nəqliyyat vasitəsi hərracda satıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 3-də keçirilən hərracda 67 nəqliyyat vasitəsi satılıb.Dövlət Xidmətindən Citypost.az-a bildirilib ki, hərracda start qiyməti 10 min manat olan “Hyundai ix-35” markalı avtomobil 15 min 300 manata, ilkin qiyməti 5 min manat olan “Ford Transit” markalı mikroavtobus isə 9200 manata satılıb.Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.Qeyd edək ki, cari ay ərzində nəqliyyat vasitələri üzrə növbəti hərraclar noyabrın 11, 17 və 24-də keçiriləcək.Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər....
03 Noyabr 2026, 18:19
Taleh Qaraşov şəhidin məzarını ziyarət edib
Noyabrın 3-də Vətən müharibəsi şəhidi Qənbərli Mehdi Sübhi oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin Tatoba kənd qəbristanlığındakı məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Citypost.az xəbər verir ki, Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...
03 Noyabr 2026, 18:06
Rövşən Rzayev vətəndaşları qəbul edib
Noyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Dövlət KomitəsindəCitypost.az verilən məlumata görə, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin müvafiq qaydada araşdırılacağı və qanunvericiliyə uyğun həll ediləcəyi bildirilib.Müraciətlər əsasən, qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq...
03 Noyabr 2026, 18:00
Daha 20 tələbəyə təqaüd veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb.Bu barədə Citypost.az-a TİF-dən məlumat verilib.Bildirilib ki, yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.Müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.Nicat Məmmədli əməkdaşlığın davam etdirilməsinin sosial həssas qrupa aid olan gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.Sədr bildirib ki, tələbələrə göstərilən maliyyə dəstəyi onların təhsillərini davam etdirmələrinə, bilik və bacarıqlarını inkişaf etdirmələrinə, gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaradır.Yusif Poladov vətəndaşların təhsil sahəsinə göstərdiyi dəstəyin və sosial həmrəyliyin böyük əhəmiyyət daşıdığını...
03 Noyabr 2026, 17:48
Rüfət Seyidov AzTV-dən ayrıldı
Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişikliyi baş verib. Modern.az xəbər verir ki, AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılan Rüfət Seyidovun həyat yoldaşı Vəfa Seyidova da telekanaldakı fəaliyyətini başa vurub.O, paylaşımında bu sözləri qeyd edib:"AzTV-də Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətimi yekunlaşdırdım. Bu müddətdə xeyli iş gördüm və xeyli gözəl insan tanıdım. Mediada dəyərli yoldaşlarla çiyin-çiyinə çalışdım. Möhtəşəm insanlardan ibarət komanda qurduq və hədəflərə çatdıq. AZTV mənə çox şeyi öyrətdi. Bu ailənin bir üzvü olmaq mənim üçün çox xoş idi. Komandama uğurlar arzulayıram. Çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər....
03 Noyabr 2026, 17:30
Türkiyənin turizm gəlirləri rekord həddə çatıb
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında ölkənin turizm göstəricilərini açıqlayıb.Modern.az-ın məlumatına görə, nazir bildirib ki, bu ilin ilk doqquz ayında Türkiyənin turizm gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 51,3 milyard dollara yüksəlib. Bu, ölkə tarixində ilk doqquz ay üzrə qeydə alınan ən yüksək göstəricidir. Təkcə üçüncü rübdə turizm gəlirləri 5 faiz artaraq rekord həddə – 25,5 milyard dollara çatıb.Nazir Mehmet Nuri Ersoy beynəlxalq turizm sektorunun bu il bir sıra ciddi çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, regionda baş verən münaqişələr, hava məkanına tətbiq edilən məhdudiyyətlər, enerji daşıyıcılarının və aviabiletlərin...
03 Noyabr 2026, 17:18