Bizə yazın

Baku

-°C

USD

-

Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi

Cəmiyyət 03 Noyabr 2026, 16:28

661

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.

Citypost.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.

Fərmanla Agentliyin tabeliyində “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” büdcə təşkilatı yaradılıb.

Müəyyən edilib ki, Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir, mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.

Nazirlər Kabineti iki ay müddətində Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını, Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini, Mərkəzin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini və əməyin ödənilməsi sistemini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Maliyyə Nazirliyi Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalı, Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsinin 1.11.6.10-cu abzasında nəzərdə tutulmuş vəsait hesabına təmin etməli, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyənin turizm gəlirləri rekord həddə çatıb

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında ölkənin  turizm göstəricilərini açıqlayıb.Modern.az-ın məlumatına görə, nazir bildirib ki, bu ilin ilk doqquz ayında Türkiyənin turizm gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 51,3 milyard dollara yüksəlib. Bu, ölkə tarixində ilk doqquz ay üzrə qeydə alınan ən yüksək göstəricidir. Təkcə üçüncü rübdə turizm gəlirləri 5 faiz artaraq rekord həddə – 25,5 milyard dollara çatıb.Nazir Mehmet Nuri Ersoy beynəlxalq turizm sektorunun bu il bir sıra ciddi çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, regionda baş verən münaqişələr, hava məkanına tətbiq edilən məhdudiyyətlər, enerji daşıyıcılarının və aviabiletlərin...

03 Noyabr 2026, 17:18

Xaricdən idarə olunan radikal şəbəkənin fəaliyyəti ifşa edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Murad Qərib oğlu Fetiyev Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunub.Bu barədə Citypost.az Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə Azərbaycanın ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq xaricdə, eləcə də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb edib.Eyni zamanda, onların arasından radikal baxışları ilə xüsusilə fərqlənən şəxslərin seçilməsini, ölkə ərazisində mühüm strateji obyektlər barədə informasiya toplanılmasını, terrorçuluğa açıq çağırışlar edilməsini...

03 Noyabr 2026, 17:05

Şirkət rəhbərlərinin mükafatlandırılmasında YENİ QAYDA

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.Citypost.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası"na uyğun olaraq hüquqi şəxslər tərəfindən idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması zamanı hüquqi şəxsin fəaliyyətinin səmərəlilik əmsalı (FSƏ) meyar kimi istifadə edilməyəcək....

03 Noyabr 2026, 16:52

Prezidentin sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.Citypost.az Səbuhi Sadıqovun dosyesini təqdim edir:1984-cü ildə anadan olan Səbuhi Sadıqov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. O, 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsinə layiq görülüb.Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayan S.Sadıqov 2007–2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit şirkətində baş menecer vəzifəsinədək yüksəlib. 2018–2021-ci illərdə “PMD” şirkətlər qrupunda Audit departamentinin direktoru, həmçinin bir sıra şirkətlərin Audit komitələrinin üzvü...

03 Noyabr 2026, 16:37

Naxçıvanda bəzi vəzifəlilər VİP siyahısından ÇIXARILDI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.Citypost.az  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri siyahıdan çıxarılıb.Daxili hava daşımaları üzrə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəisi, Naxçıvan hərbi prokuroru, Azərbaycan Respublikası...

03 Noyabr 2026, 16:33

İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi 

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

03 Noyabr 2026, 16:24